Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2316/2021 01.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “QAZ- A21R32-30” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, 76625144 mühərik, X96A21R32L2807553 ban nömrəli albalı rəngli avtomobilin iddiaçıya geri qaytarılması, Cavabdeh MMC-dən 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 6476.92 manat gecikdirilmiş əsas, 873.71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1140.95 manat dəbbə pulu, ümumilikdə 8491.58 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh MMC-nin sifarişi ilə 2020-ci il buraxılışlı, “QAZ-A21R32-30” yük markalı, **-JC- *** dövlət qeydiyyat nişanlı, 76625144 mühərik, X96A21R32L2807553 ban nömrəli, albalı rəngli avtomobil 37545 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə 3) əsasən Cavabdeh MMC illik 12 % hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2450.22 manat, ümumilikdə isə 40083 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 40083 manatın 37545 manatı əsas məbləğ təşkil edir. ‘‘Cavabdeh” MMC tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 dekabr 2020-ci il tarixdə 2450.22 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh” MMCnin 09 oktyabr 2020-ci il tarixli MAS- 2879 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 6476.92 manat gecikdirilmiş əsas, 873.71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1140.95 manat dəbbə pulu, ümumilikdə 8491.58 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh MMC-dən 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyətə düşdüyü 05.01.2021-ci il tarixə 9254 manat dəymiş zərər və ödənilmiş 30.4 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2316/2021 saylı 01.07.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin sifarişi ilə 2020-ci il buraxılışlı, “QAZ-A21R32-30” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, 76625144 mühərik, X96A21R32L2807553 ban nömrəli, albalı rəngli avtomobil 37545 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə Nq3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin Müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin Müqavilənin 9.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onpn təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İş materiallarına əlavə edilmiş 1 nömrəli əlavədən görürür ki, 2020-ci il buraxılışlı, “QAZ-A21R32-30” yük markalı, X96A21R32L2807553 ban nömrəli yük maşının dəyəri 37545 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı əlavədən görürnür ki, Cavabdeh MMC tərəfindən 12 ay müddətində İddiaçı MMC-yə aylıq 2450,22 manat ödəniş edilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 2 nömrəli əlavədən görünür ki, 2020-ci il buraxılışlı, “QAZ-A21R32-30” yük markalı, 76625144 mühərik, X96A21R32L2807553 ban nömrəli yük maşını Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən tərtib edilmiş qüsr aktından görürünür ki, “QAZ-A21R32-30” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə ümumilikdə 9254 manat zərər hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh MMC tərəfindən 2020-ci il buraxılışlı, “QAZ-A21R32-30” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, 76625144 mühərik, X96A21R32L2807553 ban nömrəli yük avtomobili Cavabdeh MMC-yə daxili lizinq yolu ilə verilmişdir. İddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə lizinq obyekti lizinq verənə geri qaytarılmışdır. Lakin iddiaçı cavabdeh tərəfindən lizinq obyektinə 9254 manat dəyərində ziyan vurulduğunu bildirərək, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinə vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında yaranmış lizinq münasibətləri qanuni formada yaranmışdır. Qeyd olunan münasibətlər üzrə tərəflər arasında bağlanmış əqd üzrə cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən lizinq obyekti iddiaçıya geri qaytarılmışdır. Lakin cavabdeh tərəfindən lizinq obyekti onun istifadəsində olduğu müddətdə lizinq obyektinə ziyan vurulmuşdur. İddia tələbinin əsasına dair sübutlardan lizinq obyektinin cavabdehə təqdim edilməsi və onun sərbəst istifadəsində olması təsdiq olunduğundan məhkəmə hesab edir ki, hazırda iddianın predmeti üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar mötəbərdir. Belə olan halda iddiaçı hazırda qaldırdığı iddia üzrə tələbetmə hüquqnu təmin etmiş olduğundan cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi iddiaçıya ödənilməlidir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməli və Cavabdeh MMC-dən 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyətə düşdüyü 05.01.2021ci il tarixə 9254 manat dəymiş zərər cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsümu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 09 oktyabr 2020-ci il tarixli MAS-2879 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyətə düşdüyü 05.01.2021-ci il tarixə 9254 (doqquz min iki yüz əlli dörd) manat dəymiş zərər tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30.4 (otuz manat qırx qəpik) dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2316/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2316/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver