Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2322/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bu günədək ƏDV daxil 5837,84 manat məbləğində əsas borcun, gecikdirilmiş dəbbə faizinə görə 3091,61 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cəmi 8959,45 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini "İddiaçı" MMC öz öhdəliyinə götürüb. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bunu nəzərə alaraq, cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrini müxtəlif vaxtlarda iddiaçıya məxsus servisdə təmir etdirmiş,lakin təmirə görə yaranan ƏDV daxil xx.xx.2019-cu il tarixli Mİ- 91943 saylı hesaba görə 5837,84 manat borc ödənilməmişdir. Bununla bağlı qarşı tərəflə tərəflərindən dəfələrlə borcun ödənilməsi ilə bağlı telefon danışıqları aparılsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda qeyd olunan öhdəliyin yerinə yetirilməsi üçün cavabdehin elektron ünvanına və hüquqi ünvanına xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilsə də məsələ öz həllini tapmamış və aralarında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Həmçinin müqavilənin 3.5-ci bəndinə əsasən gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanır. Təqdim olunan elektron qaimələr üzrə xx.xx.2019-cu il tarixli Mİ-91943 saylı hesaba 7026,39 manat (1188,57 manat ödənilmiş) olmaqla gecikdirilmiş 44 həftə hesablanmaqla 3091,61 manat əlavə olaraq dəbbə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC-nin mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh MMC-nin şifahi tapşırığı əsasında təmirə qəbul edilmiş, təmir işləri başa çatandan sonra Mİ-91943 nömrəli iş kartına əsasən xx.xx.2019-cu il tarixdə sistemdə avtomobilin nömrəsi göstərilməklə 7026,39 manat məbləğində borcla bağlı elektron qaimə yerləşdirilmişdir. Cavabdeh MMC sözügedən elektron qaiməyə etiraz etməyərək mülkiyyətində olmayan həmin nəqliyyat vasitəsinin özünün istifadəsində olduğunu qəbul etməklə borcun bir hissəsini ödəmiş, lakin 5837,84 manat məbləğində əsas borc ödənilməmiş qalmışdır. Cavabdeh MMC-yə qalıq borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunsa da, müsbət nəticə əldə edilməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi izahatında “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh MMC-nin təkrar şifahi tapşırığı əsasında təmir olunduğunu xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən olan 155,50 manat məbləğində borcun xx.xx.2019-cu il tarixdə ödənildiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında həmin tələbin onlara qarşı irəli sürülməsi ilə bağlı iddiaçının subyektiv hüququnun olmadığını bildirmişdir. Belə ki, “Mitsubishi Pajero” minik markalı, **- PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil “xxxx” MMC-nin mülkiyyətində olduğuna görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, Mİ-087 nömrəli “texniki servis xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, icraçı - "İddiaçı" MMC nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini, sifarişçi - "Cavabdeh" MMC isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanacaq. "İddiaçı" MMC-nin Mitsubishi Motors texniki xidmətinin xx.xx.2019-cu il tarixli Mİ- 91943 nömrəli iş kartının sürətindən görünür ki, ** PL *** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı avtomaşına texniki baxış keçirdikdən sonra dəyişdirilmiş ehtiyyat hissələrinin və görülmüş təmir işlərinin dəyəri ƏDV də daxil olmaqla, ümumilikdə 7026,39 manat məbləğində müəyyən edilmişdir. "İddiaçı" MMC tərəfindən verilən EAAZ seriyalı, 736628 nömrəli, xx.xx.2019-cu il tarixli (əsas-Mİ-91943 // **-PL-***) elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla **-PL- *** nömrəli avtomobilə 7026,39 manat məbləğində servis xidməti göstərilmişdir. ƏDV sub-uçot hesabından çıxarışın sürətindən görünür ki, "Cavabdeh" MMC tərəfindən Mİ-91943 nömrəli iş kartı ilə bağlı 181,31 manat məbləğində vəsait "İddiaçı" MMC-yə ödənilmişdir. "İddiaçı" MMC-nin təqdim etdiyi bank hesabı çıxarışın sürətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "Cavabdeh" MMC tərəfindən Mİ-91943 nömrəli iş kartı ilə bağlı 630 manat məbləğində vəsait "İddiaçı" MMC-yə ödənilmişdir. "İddiaçı" MMC tərəfindən verilən EBAA seriyalı, 452493 nömrəli, xx.xx.2019-cu il tarixli (əsas-Mİ-91985 // **-PL-***) elektron qaimədən görünür ki, **-PL-*** nömrəli avtomobilə 155,50 manat məbləğində servis xidməti göstərilmişdir. 5975/19 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının sürətindən görünür ki, "Cavabdeh" MMC tərəfindən EBAA seriyalı, 452493 nömrəli elektron qaimə ilə bağlı 155,50 manat məbləğində vəsait "İddiaçı" MMC-yə ödənilmişdir. AB seriyalı 846411 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, ** PL *** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı avtomaşın “xxxx” MMC-nin mülkiyyətindədir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, "İddiaçı" MMC tərəfindən “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin servisə qəbul və təmin edilməsi ilə bağlı üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh isə öz üzərinə düşən öhdəlikləri tam həcmdə yetirməyərək görülmüş xidmətlərin müqabilində yaranmış 7026,39 manat məbləğində borcun bir qismini ödəyərək, əsas borcdan qalan 5837,84 manat məbləğində vəsaiti ödəməmişdir. “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin "İddiaçı" MMC deyil, “xxxx” MMC-nin mülkiyyətində olması və bu əsasla iddiaçının həmin tələbi "İddiaçı" MMC-yə qarşı irəli sürməsi ilə bağlı subyektiv hüququnun olmaması ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin nəqliyyat vasitəsi cavabdehin şifahi tapşırığı əsasında təmirə qəbul edilmiş, təmir işləri başa çatandan sonra Mİ-91943 nömrəli iş kartına əsasən xx.xx.2019-cu il tarixdə avtomobilin nömrəsi göstərilməklə ƏDV daxil olmaqla 7026,39 manat məbləğində görülən işlərin həcmini əks etdirən elektron qaimə sistemdə yerləşdirilmişdir. Qanunvericiliklə nəzərədə tutulan müddətdə Cavabdeh MMC sözügedən elektron qaiməyə heç bir etiraz bildirməmiş, əksinə “xxxx” MMC-nin mülkiyyətində olan həmin nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilən xərcin bir hissəsini, yəni 1188,57 manatını ödəmiş, (iddiaçı həmin vəsaitdən 811,31 manatın ödənilməsi ilə bağlı sübutlar təqdim etmişdir) lakin 5837,84 manat məbləğində əsas borc ödənilməmiş qalmışdır. Bununla yanaşı məhkəməyə təqdim edilən sübutlardan müəyyən edilmişdir ki, “xxxx” MMC-nin mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil təkrarən Cavabdeh MMC-nin şifahi tapşırığı əsasında "İddiaçı" MMC həmin nəqliyyat vasitəni servisinə qəbul edərək təmir etmiş və 155,50 manat məbləğində çəkilən xərclə bağlı xx.xx.2019-cu il tarixdə sistemdə elektron qaimə yerləşdirmişdir. Cavabdeh MMC sözügedən “xxxx” MMC-nin mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmiri ilə bağlı borcun mövcudluğunu qəbul edərək 155,50 manat məbləğində vəsaiti xx.xx.2019-cu il tarixdə İddiaçı" MMC-nin hesabına ödəmişdir. Göründüyü kimi “Mitsubishi Pajero” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh MMCnin istifadəsində olmuş və buna görə həmin nəqliyyat vasitəsi 2 dəfə fərqli tarixlərdə İddiaçı" MMC-nin servisinə təmirə göndərilmiş, göstərilən xidmətlərə görə çəkilən xərclərdən bir təmir üçün tam, digər təmir üçün qismən ödəniş etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iki tərəfli müqavilədə təmir ediləcək avtomobilin kimin mülkiyyətində olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 5837,84 manat məbləğində əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 3091,61 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 162,16 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, Mİ-087 nömrəli “texniki servis xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə yaranmış 5837,84 manat məbləğində əsas borc, 162,16 manat cərimə borcu, cəmi 6000 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 8959,45 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 6000 manatı (66,96%) təmin olunduğuna görə 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 20,08 (66,96%) manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, Mİ-087 nömrəli “texniki servis xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə yaranmış ƏDV daxil 5837,84 manat məbləğində əsas borc, 162,16 manat dəbbə pulu, cəmi 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,08 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2322/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2322/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver