Məhkəmə qərarları › İş №e-2-2(113)-2331/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2331/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2331/2022 06.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi 1.100.508 ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2000 manat məbləğində pulun və 2589 (1726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı 21.04.2022-ci il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsində də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1.100.508 ABŞ dolları məbləğində pul tələbinə dair iddia qaldırdığını, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etdiyini qeyd etmiş və ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi 1.100.508 ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2000 manat məbləğində pulun və 2589 (1726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və həmin iddia tələbi barədə 2(007)-1134/2022 nömrəli iş üzrə 16.06.2022-ci il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçının məhkəmə verdiyi ərizədən isə görünür ki, iddiaçı ərizəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisənin olması əsası ilə iddia ərizəsinin yolverilməzliyinə qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı iş Bakı Kommersiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərardadı ilə icraata götürülmüşdür. Odur ki, hazırkı iş artıq məhkəmənin icraatına qəbul edildiyindən hazırkı iş üzrə iddia ərizəsinin yolverilməzliyinə qəbul edilməsindən imtina edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə ərizəsi rədd edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar