Məhkəmə qərarları › İş №e-2-2(113)-2333/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2333/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2333/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 4081 ABŞ dolları məbləğində əsas borc və 18908 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 22989 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 15/19 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 34256,80 ABŞ dolları elektrik avadanlıqları və məişət texnikası satmağı, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mallar cavabdehə təqdim edilsə də, cavabdeh bugünə kimi iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh öhdəliyi olan ödənişi 01.01.2020-ci il tarixdən etibarən 3 ay ərzində ödəməli idi. Lakin, həmin müddətdə cavabdeh öhdəliyini icra etməmiş və müqavilə üzrə alınmış malların bir qismi hissə-hissə geri qaytarılmışdır. Ümumilikdə 4081 ABŞ dolları, yəni 6938 manat dəyərində mal geri qayarılmamış və həmin malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Hal-hazırda, cavabdehin müqavilə üzrə 4081 ABŞ dolları, yəni 6938 manat məbləğində əsas borcu və müqavilənin 3.2-ci bəndinə əsasən hesablanmış 18908 ABŞ dollan, yəni 32143 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22989 ABŞ dolları, yəni 39081 manat məbləğində icra olunmamış öhdəliyi mövcuddur. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli, 15/19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı qiymət razılaşmasında göstərilmiş çeşiddə elektrik avadanlıqları və məişət texnikasını dövlət standartalrı ilə müəyyən edilmiş normalara uyğun olmaqla alıcıya təhvil verməyi, alıcı isə alqı-satqı predmetini qəbul edib 34256,80 ABŞ dolları dəyəri ödəməyi öhdəsinə götürmüşdür. - 19.02.2021-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 4375 ABŞ dolları borcunun olmasını təsdiq etmişdir. - 21.04.2021-ci il tarixli arayışa əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli 15/19 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 4081 ABŞ dolları (6938 manat) məbləğində əsas borcu və sözügedən müqavilənin 3.2-ci bəndinə əsasən 01.04.2020-ci il tarixdən 21.04.2021-ci il tarixə kimi hesablanmış 18908 ABŞ dolları (32143 manat) məbləğində cərimə borcu olmaqla cəmi 22989 ABŞ dolları (39081 manat) məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. 34256,80 ABŞ dollareı dəyərində malların iddaçı tərəfindən cavabdehə təhvil verilməsi, həmin mallara görə 4081 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş qiymət razılaşmasına əsasən Cavabdeh MMC 01.01.2020-ci il tarixdə başlayaraq 3 ay ərzində malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 4081 ABŞ dolları əsas borca 18908 ABŞ dolları dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 18908 ABŞ dolları dəbbə pulunun miqdarı azaldılaraq 100 ABŞ dolları miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 4081 ABŞ dolları məbləğində əsas borc, 100 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 4181 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 6 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar