Məhkəmə qərarları › İş №e-2-2(113)-2338/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2338/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2338/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X2rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X2rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X4 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı tərəfindən 17 aprel 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr üzrə təchiz edilmiş oksigen qazının dəyəri olaraq 147798,84 manat məbləğində borcun, 17451,21 manat məbləğində faizlərin, 400 manat məbləğində mediasiya xərclərinin və 56 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 165706,05 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasında ən iri texniki qazlar, o cümlədən oksigen istehsalçısı və təchizatçısıdır. Cavabdeh oksigen qazından COVİD-19 virusuna yoluxmuşxəstələrin müalicəsi zamanı istifadə edir. COVİD- 19 virusunun pandemiyasi başlandıqdan, İddiaçı ilə Cavabdeh arasında oksigen qazının alqı-satqısına dair çoxsaylı müqavilələr bağlanmışdır. İddiaçı ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixli 05/1 nömrəli yazılı müqavilə (bundan sonra “Birinci müqavilə”) bağlanmışdır. Birinci müqaviləyə əsasən İddiaçı Cavabdehə ümumi miqdarı 100 000 kub.m. olan oksigen qazı təchizedilməli idi. 16 aprel 2021-ci tarixdə Birinci müqavilə ilə nəzərdə tutulmuş miqdar İddiaçı tərəfindən tam təhvil verilmiş və bu səbəbdən, yeni yazılı müqavilənin bağlanmasınazəruriyyət yaranmışdır. Lakin, Cavabdehin rəhbərliyinin xahişini və Azərbaycan Respublikasında COVİD-19 ilə mübarizənin ümumi vəziyyətini nəzərə alaraq, İddiaçı oksigen qazının təchizatını dayandırmamış, şifahi əqd bağlayaraq yeni yazılı müqaviləni bağlamadan təchizatı davam edirdi. 14 iyun 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 65 nömrəli yeni yazılı müqavilə (bundan sonra “İkinci müqavilə”) bağlanmış və tərəflər arasında münasibətlər İkinci müqaviləyə əsasən davam edirdi. Birinci və İkinci müqavilələr üzrə müvafiq ödənişlər həyata keçirilsə də, 17 aprel 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr üzrə təchizedilmiş oksigen qazının dəyəri İddiaçıya ödənilməmişdir. 17 aprel 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr üzrə təchiz edilmiş oksigen qazının dəyərinin ödənilməsi məqsədilə İddiaçı tərəfindən Cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə (cəmi 22 elektron qaimə) Cavabdehin İddiaçıya 148206,27 manat məbləğində borcu yaranmışdır. İddiaçı Cavabdehə borcun ödənilməsinə dair pretenziya göndərsə də, Cavabdeh pretenziyailə bağlı hər hansı tədbir görməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair 24 fevral 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən 09 mart 2023-cü il tarixdə ilkin medasiya sessiyası təyin edilmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə İddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 mart 2023-cü il tarixli MŞB/MT015/2023- 00084/02 nömrəli arayış təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktlarından göründüyü kimi, yazılı müqavilənin mövcud olmamasına baxmayaraq, İddiaçı tərəfindən təhvil verilmiş oksigen qazı Cavabdeh tərəfindən təhvil alınırdı. Yəni, Cavabdehin rəftarından məlum olmuşdur ki, Cavabdeh İddiaçı ilə əqdin bağlanmasını qəbul edirdi. MM-nin müvafiq müddəlarını nəzərə alaraq, İddiaçı ilə Cavabdehin arasında təhvil verilmiş oksigen qazı ilə bağlı şifahi əqd mövcud olmuşdur. Habelə, yuxarıda qeyd edildiyi kimi, İddiaçı tərəfindən Cavabdehə təhvil verilmiş oksigen qazının dəyərinin ödənilməsi məqsədilə 22 elektron qaimə təqdim edilmişdir ki, həmin qaimələr Cavabdeh tərəfindən qəbul edilmiş və bu qaimələrlə bağlı hər hansı imtina mövcud olmamışdır. Oksigen qazının qiyməti isə Birinci müqavilədən və ondan əvvəl bağlanmış digər müqavilələrdən formalaşan praktikaya uyğun müəyyən edilmişdir. HəGa, İkinci müqavilədə və ondan sonrakı müqavilələrdə də, məhz17 aprel 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr üçün müəyyən edilmiş qiymət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İddiaçı 17 aprel 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövrdə oksigen qazının istehsal edilməsi və Cavabdehə təhvil verilməsi ilə bağlı öz öhdəliklərini icra etsə də, Cavabdeh təhvil verilmiş malın dəyərinin ödənilməsi ilə bağlı öhdəlikləri icraetməmişdir. Hesab edir ki, Cavabdeh öhdəliklərini icra etmədiyinə görə, borc məbləğindən əlavə ondan illik 5 (beş) faiz dərəcəsi ilə faizlər də tutulmalıdır. Birinci müqavilədə və İkinci müqavilədə, habelə oksigen qazının alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh arasında bağlanmış digər müqavilələrdə ödənişlər 15 (on beş) bank günü (təxminən 21 (iyirmi bir) təqvim günü) müddətində həyata keçirilməli idi. Ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanması isə ödəniş müddətindən sonra1 (bir) bank günü möhlət verilməsi şərti ilə, növbəti gündən başlamalı idi.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixli 05/1 nömrəli yazılı müqavilə bağlanmışdır.

9. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh ümumi miqdarı 100 000 kub.m. olan oksigen qazı ilə təchiz edilməlidir.

10. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 65 nömrəli xx.xx.2021ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlər çərçivəsində dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin davamlı olaraq tibbi oksigenlə təmin olunması məqsədilə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli əlavəsində göstərilmiş həcmdə tibbi oksigen qazlarının satın alınması üçün icraçının ƏDV daxil olmaqla ümumilikdə 324500 manat məbləğində təklifini qəbul etmişdir.

11. Müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavəyə əsasən satın alınan tibbi oksigen qazlarının həcmi və qiymətinin ümumilikdə 324500 manat məbləğində olması barədə razılığa gəldilər.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBA seriyalı 488886 nömrəli elektron qaimə üzrə 6225.21 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 578793 nömrəli elektron qaimə üzrə 7555.92 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 625477 nömrəli elektron qaimə üzrə 6378.37 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 778715 nömrəli elektron qaimə üzrə 711,01 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 840590 nömrəli elektron qaimə üzrə 18667.71 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 973031 nömrəli elektron qaimə üzrə 4968.22 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 973713 nömrəli elektron qaimə üzrə 4257.44 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 044274 nömrəli elektron qaimə üzrə 4797.15 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 148773 nömrəli elektron qaimə üzrə 9649.33 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 219776 nömrəli elektron qaimə üzrə 4470.96 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 284188 nömrəli elektron qaimə üzrə 3638.94 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 338063 nömrəli elektron qaimə üzrə 3919.44 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 397614 nömrəli elektron qaimə üzrə 2902.98 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 554348 nömrəli elektron qaimə üzrə 11971.32 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 623351 nömrəli elektron qaimə üzrə 10757.18 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 369287 nömrəli elektron qaimə üzrə 3311.85 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 722028 nömrəli elektron qaimə üzrə 81.77 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 799192 nömrəli elektron qaimə üzrə 122.66 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 959871 nömrəli elektron qaimə üzrə 1267.50 manat; xx.xx.2021-ci il tarixli EBBD seriyalı 423030 nömrəli elektron qaimə üzrə 12606.83 manat; xx.xx.2021-ci il tarixli EBBB seriyalı 851637 nömrəli elektron qaimə üzrə 1717.25 manat; xx.xx.2021-ci il tarixli EBBB seriyalı 931054 nömrəli elektron qaimə üzrə 1308.38 manat; xx.xx.2021-ci il tarixli EBBB seriyalı 999314 nömrəli elektron qaimə üzrə 2412.33 manat; xx.xx.2021-ci il tarixli EBBС seriyalı 060187 nömrəli elektron qaimə üzrə 1259.06 manat; xx.xx.2021-ci il tarixli EBBB seriyalı 773148 nömrəli elektron qaimə üzrə 1799.03 manat; xx.xx.2021-ci il tarixli EBBС seriyalı 135758 nömrəli elektron qaimə üzrə 3434.51 manat; xx.xx.2021-ci il tarixli EBBС seriyalı 309211 nömrəli elektron qaimə üzrə 1308.38 manat; xx.xx.2021-ci il tarixli EBBD seriyalı 254229 nömrəli elektron qaimə üzrə 163.55 manat; xx.xx.2021-ci il tarixli EBBD seriyalı 172998 nömrəli elektron qaimə üzrə 245.32 manat; xx.xx.2021-ci il tarixli EBBD seriyalı 134423 nömrəli elektron qaimə üzrə 415.36 manat; xx.xx.2021-ci il tarixli EBBC seriyalı 592392 nömrəli elektron qaimə üzrə 2044.35 manat; xx.xx.2021-ci il tarixli EBBC seriyalı 516995 nömrəli elektron qaimə üzrə 2911.15 manat; xx.xx.2021-ci il tarixli EBBB seriyalı 682931 nömrəli elektron qaimə üzrə 3025.64 manat; xx.xx.2021-ci il tarixli EBBC seriyalı 309331 nömrəli elektron qaimə üzrə 1144.84 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 578793 nömrəli elektron qaimə üzrə 7555.92 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 625477 nömrəli elektron qaimə üzrə 6378.37 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı778715 nömrəli elektron qaimə üzrə 7058.91 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 840590 nömrəli elektron qaimə üzrə 18667.71 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 973031 nömrəli elektron qaimə üzrə 4968.22 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı973713 nömrəli elektron qaimə üzrə 4257.44 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 044274 nömrəli elektron qaimə üzrə 4797.15 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 148773 nömrəli elektron qaimə üzrə 9649.33 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 219776 nömrəli elektron qaimə üzrə 4470.96 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 284188 nömrəli elektron qaimə üzrə 3638.94 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 338063 nömrəli elektron qaimə üzrə 3919.44 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 397614 nömrəli elektron qaimə üzrə 2902.98 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 554348 nömrəli elektron qaimə üzrə 11971.32 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 623351 nömrəli elektron qaimə üzrə 10757.18 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 369287 nömrəli elektron qaimə üzrə 3311.85 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 685815 nömrəli elektron qaimə üzrə 42543.22 manat; EBBA seriyalı 722028 nömrəli elektron qaimə üzrə 81.77 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 799192 nömrəli elektron qaimə üzrə 122.66 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 959871 nömrəli elektron qaimə üzrə 1267.50 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 422372 nömrəli elektron qaimə üzrə 7386.27 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 423030 nömrəli elektron qaimə üzrə 12606.83 manat; xx.xx.2021-ci il tarixli EBBA seriyalı 628198 nömrəli elektron qaimə üzrə 18315.43 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4642 nömrəli ekspert rəyindən görünür ki, materiallarda olan sənədlərə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə cavabdehin iddiaçıya 125244,13 manat (ƏDV-siz) əsas borcu, 22543,94 manat ƏDV borcu vardır. AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən (illik 5 faiz) bir günə hesablanmış faiz məbləği 17,39 manat (125244,13 + 5 % / 365) təşkil edir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Bununla yanaşı iddia ərizəsində iddiaçı ödənilməli olan əsas borcun məbləğinin 147798,84 manat olmasını göstərmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq borc ekspert rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəy iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehdən 147788,07 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə vurulmuş zərər qismində ümumilikdə 17451,21 manat, (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

32. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

33. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

34. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

35. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

40. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

41. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 147788,07 manat əsas borc, 17451,21 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 456 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

45. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X3 147788,07 manat əsas borc, 17451,21 manat faiz borcu, ödənilmiş 456 manat dövlət rüsumu, ümumilikdə 165239,28 (bir yüz altmış beş min iki yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar