Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-234/2020 25.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı x3 (MMC) x2 qarşı cərimənin ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4800 manat cərimə, 30 manat dövlət rüsumu, 90 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 4920 manat pul vəsaitinin x1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında 18-0033 saylı, 05.01.2018-ci il tarixli xidmət müqaviləsi mövcuddur. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının ünvan 1 ünvanında yerləşən “x7” adlı təsərrüfat obyektində həmin mərkəzin müştrərilərinə məxsus nəqliyyat vasitələrinə xidmət göstərmək barədə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndinin altıncı abzasına əsasən xəbərdarlıq müddətini gözləmədən müqaviləyə xitam verdikdə və ya üzrsüz səbəbə görə öhdəlilərin icrasında 2 gündən artıq yayındıqda sifarişçiyə 4800 manat cərimə ödəməlidir. S.İ.Süleymanov xəbərdarlıq müddətini gözləmədən “x7”ndə xidməti dayandırmışdır. Cavabdehə bununla bağlı şifahi və yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - 18-0033 saylı, 05.01.2018-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, S.İ.Süleymanov müqavilədə göstərilən xidmətləri İddiaçı MMC-yə göstərməyi, sonuncu isə göstərilmiş xidmətləri təhvil-təslim aktları əsasında qəbul edib xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür; - İddiaçı MMC-nin servis koordinatoru tərəfindən cəmiyyətin direktoruna ünvanlanmış təqdimatdan görünür ki, S.İ.Süleymanov 14 oktyabr 2019-cu il tarixdən müqavilə üzrə öhdəliklərinin icra olunmasından imtina etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndində qeyd olunmuşdur ki, icraçı xəbərdarlıq müddətini gözləmədən müqaviləyə xitam verdikdə və ya üzrsüz səbəbə görə müqavilə öhdəliklərinin icrasından 2 gündən artıq yayındıqda 4800 manat cərimə ödəməlidir. Məhkəmə hesab edir ki, S.İ.Süleymanov müqavilənin şərtinə zidd olaraq xəbərdarlıq müddətini gözləmədən öhdəliklərin icra olunmasından birtərəfli qaydada imtina etdiyinə görə iddianın təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlə hüquqi xidmətin göstərilməsi üçün 90 manat məbləğində pul vəsaiti ödənildiyi öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x3 x2 qarşı cərimənin ödənilməsi barədə iddiası təmin edilsin. 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə, hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 90 (doxsan) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat olmaqla ümumilikdə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaiti x1 tutularaq İddiaçı x4 ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-234/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-234/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver