Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2341/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “X5” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X5” MMC cavabdehlər “xxxx” ASC, “X3” MMC, “X2”, MMC “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən 7711,20 manat, “X2” MMC-dən 2158,80 manat, “X3” MMC-dən 1044,60 manat, “xxxx” MMC-dən 436,80 manat borcun və cavabdehlərdən müştərək qaydada 130 manat vəkilə ödənilmiş xərcin, 20.000 (iyirmi min) manat miqdarında mənəvi zərərin və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “X5” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5” MMC ilə “X3” MMC ilə bağlanmış 14 oktyabr 2019-cu il tarixli, “X5” MMC ilə “X2” MMC ilə bağlanmış 14 oktyabr 2019-cu il tarixli, “X5” MMC ilə “xxxx” MMC ilə bağlanmış 14 oktyabr 2019-cu il tarixli, “X5” MMC ilə “X4” ASC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli malın alqı-satqı müqavilələrinə əsasən satıcı və alıcı bu müqavilənin ayrılmış tərkib hissəsi olan əlavə razılşamalarla və dövri şəkildə verilən sifarişlərlə razılşadırılmış miqdarda çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə bu sifarişlə razılaşdırılmış midarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib bu müqavilə ilə şərtləşdirilmiş qaydada malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. “X5” MMC yuxarıda qeyd olunan müqavilə öhdəliklərini tam olaraq yerinə yetirsə də, “X4” ASC müqavilədə nəzərdə tutulan malları aldığı halda bu günə qədər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. “X4” ASC-nin və onun törəmə şirkətlərinin ümumilikdə 11.351,40 manat məbləğində (“X4” ASC 7711,20 AZN, “X3” MMC- 1044,60 AZN, “xxxx” MMC 436,80 AZN, “X2” MMC 2158,80 AZN) borcu qalmışdır. Həmin borcların mövcud olması tərəflər arasında imzalanmış qaimə fakturalarda öz təsdiqini tapır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün “X4” ASC-nə yazılı qaydada müraciət edilsə də, müraciətə heç bir cavab verilməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı “X5” MMC-nin nüma iclasyəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2341/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı “X5” MMC-nin cavabdehlər “X3” MMC, “X2”, MMC “xxxx” MMC-yə qarşı hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan “X5” MMC ilə “X3” MMC arasında bağlanmış 14 oktyabr 2019cu il tarixli OA-19-042 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı və alıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə bu sifarişi ilə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, müqavilə ilə şərtləşdirilmiş malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X5” MMC ilə “xxxx” MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli OA-19-043 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı və alıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə bu sifarişi ilə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, müqavilə ilə şərtləşdirilmiş malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X5” MMC ilə “X1 Company” MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli OA-19-044 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı və alıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə bu sifarişi ilə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, müqavilə ilə şərtləşdirilmiş malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində isə yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan “X5” MMC daşıyır. Hazırki iş üzrə iddiaçı tərəfindən “X3” MMC, “X2”, MMC “xxxx” MMC ilə bağlanmış olan yazılı müqavilələri təqdim etsə də, iddia ərizəsində istinad etməsinə baxmayaraq “xxxx” ASC (keçmiş adı X4) ilə olan yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin yalnız yazılı qaydada bağlanması nəzərdə tutulmadığından, şifahi qaydada da alqı-satqı müqaviləsinin bağlanması istisna olunmur. Ancaq, iddiaçı tərəf “xxxx” ASC-dən 7711,20 manat pul tələb edərkən yaranmış borcun sonuncuya hansı malların verilməsi nəticəsində yaranmasını və malların verilməsini, ümumiyyətlə tərəflər arasında müqavilə münasibətlərinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, borcun ödənilməsinin tələb edilməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi belədir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tarixli qərar). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (“Kraska İsveçrəyə qarşı iş üzrə” 1993-cü il 19 aprel tarixli qərar). Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“X4rşı iş üzrə” 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə” 2007-ci il 21 yanvar tarixli qərarları). Məhkəmə həmçinin qeyd edir ki, iddianın digər hissəsi olan 130 manat vəkilə ödənilmiş xərcin, 20.000 (iyirmi min) manat miqdarında mənəvi zərərin və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi tələbi alqı-satqı üzrə borcun tələb edilməsi ilə bağlı olduğundan qeyd edilən hissədə də, iddia əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X5” MMC-nin “xxxx” ASC-yə qarşı borcun ödənilmısi tələbi barədə iddiası rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2341/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2341/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver