Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2355/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 59,995.10 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif mallara dair alqısatqı əməliyyatları həyata keçirilmiş və cavabdeh iddiaçıdan aldığı malların dəyərinin müəyyən bir qismini əvvəlki vaxtlar ödəmişdir. Buna baxmayaraq alqı-satqı müqaviləsinə və malların təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən iddiaçıdan cəmi 59,995.10 manat dəyərində müxtəlif mallar qəbul edilsə də, həmin malların dəyəri hazırkı vaxtadək ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı bir daha sübut edir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə rəsmi şəkildə xx.xx.2020-ci il tarixli, 176 saylı pretenziya məktubu da göndərilmiş və cavabdeh həmin pretenziya məktubunu xx.xx.2020-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Lakin cavabdeh hazırkı vaxtadək həmin ödənişi həyata keçirməmişdir. Nəticədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 58,039.73 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 58.069.73 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatda bildirdi ki, maddi vəziyyəti ilə əlaqədar olaraq o aldığı malların bir qisminin dəyərini ödəmək iqtidarında olmamışdır. Həmin borc məbləğinin hissə-hissə ödənilməsini təmin edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2020-ci il tarixli SFR20/048 nömrəli məhsulların alğı-satqı müqaviləsinə əsasən şirkət mülkiyyətində olan müxtəlif növ malları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olan obyektdə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri təhvil-qəbul aktı üzrə qəbul etdiyi məhsulların dəyərini məhsulları təhvil aldığı tarixdən etibarən şirkət tərəfindən təqdim olunmuş elektron qaiməyə uyğun olaraq il sonunda şirkətə olan bütün borcları tam şəkildə ödənilməlidir. Satılmış məhsulların dəyəri müştəri tərəfindən şirkətin bank hesabına oturduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulların dəyəri şirkətə vaxtında ödənilmədikdə müştərinin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. - xx.xx.2019-cu il tarixli, 665818 nömrəli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən 1.869.95 manat, xx.xx.2019-cu il tarixli 651992 nömrəli akta əsasən 2,505.73 manat, xx.xx.2019-cu il tarixli 642562 nömrəli akta əsasən 309.71 manat, xx.xx.2019-cu il tarixli, 654406 nömrəli akta əsasən 22,82 manat, xx.xx.2019-cu il tarixli 631248 nömrəli akta əsasən 92 manat, xx.xx.2019-cu il tarixli, 631250 nömrəli akta əsasən 2,468.32 manat, xx.xx.2019-cu il tarixli, 668964 nömrəli akta əsasən 1,982.14 manat, xx.xx.2019-cu il tarixli, 308784 nömrəli akta əsasən 1,757.75 manat, xx.xx.2019-cu il tarixli, 284171 nömrəli akta əsasən 249.58 manat, xx.xx.2019-cu il tarixli 671067 nömrəli akta əsasən 1,982.14 manat. xx.xx.2019-cu il tarixli, 224329 nömrəli akta əsasən 1,720.35 manat, xx.xx.2019-cu il taruxli, 212617 nömrəli akta əsasən 209.00 manat, xx.xx.2019-cu il tarixli, 212616 nömrəli akta əsasən 112.19 manat, xx.xx.2019-cu il tarixli, 223517 nömrəli akta əsasən 1,682.95 manat, xx.xx.2019-cu il tarixli, 223518 nömrəli akta əsasən 90 manat, xx.xx.2019-cu il tarixli 243200 nömrəli akta əsasən 336.60 manat, xx.xx.2020-ci il tarixli, 243849 nömrəli akta əsasən 43.44 manat, xx.xx.2019-cu il tarixli, 243848 nömrəli akta əsasən 1,944.75 manat, xx.xx.2019-cu il tarixli, 221073 nömrəli akta əsasən 1,574.40 manat, xx.xx.2019-cu il tarixli, 198639 nömrəli akta əsasən 258 manat, xx.xx.2019-cu il tarixli, 300970 nömrəli akta əsasən 2,131.74 manat, xx.xx.2019-cu il tarixli 230815 nömrəli akta əsasən 263.50 manat, xx.xx.2019-cu il tarixli, 230814 nömrəli akta əsasən 2,281.33 manat, xx.xx.2019-cu il tarixli, 314735 nömrəli akta əsasən 486.18 manat, xx.xx.2019-cu il tarixli, 315492 nömrəli akta əsasən 118.76 manat, xx.xx.2020-ci il tarixli, 130622 nömrəli akta əsasən 112.50 manat, xx.xx.2020-ci il tarixli, 130621 nömrəli akta əsasən 1,869.95 manat, xx.xx.2020-ci il tarixli, 136712 nömrəli akta əsasən 1,682.95 manat, xx.xx.2020-ci il tarixli, 138292 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 168030 nömrəli akta əsasən 237.51 manat, xx.xx.2020-ci il tarixli, 168027 nömrəli akta əsasən 2,356.13 manat, xx.xx.2020-ci il tarixli, 160366 nömrəli akta əsasən 448.79 manat, xx.xx.2020-ci il tarixli, 166501 nömrəli akta əsasən 1.757.75 manat, xx.xx.2020-ci il tarixli, 180883 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 161874 nömrəli akta əsasən 458.79 manat, xx.xx.2020-ci il tarixli, 161866 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 165902 nömrəli akta əsasən 112.50 manat, xx.xx.2020-ci il tarixli, 165901 nömrəli akta əsasən 1,608.15 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 178067 nömrəli akta əsasən 237.51 manat, xx.xx.2020-ci il tarixli, 491885 nömrəli akta əsasən 1,982.14 manat, xx.xx.2020-ci il tarixli, 178582 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 713507 nömrəli akta əsasən 2,393.54 manat, xx.xx.2020-ci il tarixli, 492941 nömrəli akta əsasən 110 manat, xx.xx.2020-ci il tarixli, 488397 nömrəli akta əsasən 1,606.15 manat, xx.xx.2020-ci il tarixli, 507773 nömrəli akta əsasən 2,318.74 manat, xx.xx.2020-ci il tarixli, 647922 nömrəli akta əsasən 445.51 manat, xx.xx.2020-ci il tarixli, 648031 nömrəli akta əsasən 1,308.96 manat, xx.xx.2020-ci il tarixli əsasən, 487430 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 672090 nömrəli akta əsasən 1,795.15 manat, xx.xx.2020-ci tarixli, 307118 nömrəli akta əsasən 149.60 manat, xx.xx.2020-ci il tarixli, 727583 nömrəli akta əsasən 1,662.95 manat, xx.xx.2020-ci il tarixli, 705555 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 675122 nömrəli akta əsasən 1,645.56 manat, xx.xx.2020-ci il tarixli, 675126 nömrəli akta əsasən 76 manat, xx xxxxx 2020-ci il tarixli, 218270 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020ci il tarixli, 311981 nömrəli akta əsasən 299.19 manat, xx.xx.2020-ci il tarixli, 290301 nömrəli akta əsasən 1,682.95 manat, xx.xx.2020-ci il tarixli, 642604 nömrəli akta əsasən 1,682.95 manat, xx.xx.2020-ci il tarixli, 642605 nömrəli akta əsasən 230.50 manat, xx.xx.2020-ci il tarixli 642608 nömrəli akta əsasən 112.19 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. - İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş qarşılıqlı üzləşmə aktından görünür ki, hər iki tərəf Cavabdeh İddiaçı MMCyə 58,039.73 manat məbləğində ödənilmiş borcu qaldığını təsdiqləmişdir. - İddiaçı MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə Cavabdeh pretenziya qaydasında məktub ünvanlanaraq xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı üzrə 59,995.10 manat borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktlarından məlum olur olur ki, İddiaçı MMC tərəfindən cavabdehə xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək olan dövr ərzində müxtəlif adda və miqdarda mallar təhvil verilmişdir. İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş qarşılıqlı üzləşmə aktından məlum olur ki, hər iki tərəf cavabdehin həmin tarixə 58,039.73 manat məbləğində borcu olması faktını təsdiqləmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 58,039.73 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 58,039.73 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 58,039.73 (əlli səkkiz min otuz doqquz manat yetmiş üç qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu, cəmi 58,069.73 (əlli səkkiz min altmış doqquz manat yetmiş üç qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2355/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2355/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver