Məhkəmə qərarları › İş №e-2-2(113)-2356/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2356/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2356/2020 22.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri X1 və X3 iştirakı ilə, “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (Azərbaycan Respublikas Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən görülmüş işlərin dəyərini təşkil edən 370724,60 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və “xxxxxxx” MMC arasında xx xxxx 2013-cü il tarixdə K/8 saylı müqaviləyə əsasən Dövlət Sərhəd Xidmətinin balansında olan yeni inşa edilmiş və ya əsaslı təmir edilmiş hərbi hissələrdə binaların qazlaşdırılması işlərinin satınalınması məqsədi ilə “xxxxxxx” MMC ilə dəyəri 2482652,49 olan müqavilə imzalanmışdır. Bundan əlavə tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə K/104 saylı müqaviləyə əsasən Dövlət Sərhəd Xidmətinin balansında olan sərhəd məntəqələrinin qazla təmin olunması işlərinin satınalınması məqsədi ilə “xxxxxxx” MMC ilə dəyəri 2350093,08 olan müqavilə imzalanmışdır. Halhazırda bütün işlər yekunlaşdırılmışdır. Lakin Dövlət Sərhəd Xidməti xx xxxx 2013-cü il tarixli, k/8 saylı müqavilə üzrə iddiaçı “xxxxxxx” MMC-yə olan borcu 154343,93 manat borcu olmasını xx xxxxxx 2020-ci il tarixdə imzalanmış üzləşmə aktı ilə təsdiq edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə imzalanmış k/108 saylı müqavilənin icrası ilə bağlı imzalnmış üzləşmə aktına əsasən Dövlət Sərhəd Xidmətinin “xxxxxxx” MMC - yə olan borcu 216380,67 manat təşkil edir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə 49 saylı məktubla iki müqavilə üzrə olan 370724,60 borcun ödənilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət edilmişdir. Cababdeh Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 10/682 saylı cavab məktubunda bildirlmişdir ki, məktubda qeyd edilmiş məbləği Dövlət Sərhəd Xidmətinin uçotunda qeydə alınmışdır. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində gösərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddiaının təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 və X4 iddianı qəbul etdiyini bildirərək izahatında göstərdi ki, borc məbləği köhmə illərə aid olduğu üçün Maliyyə Nazirliyinin xəzinədarlıq darəsi tərəfindən köhnə illərdə yaranmış kreditor borcun cari ildə ödənilməsi mümkün olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxx 2013-cü il tarixli, K/8 saylı müqavilənin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti sərhəd məntəqələrinin təbii qazla təmin lunması işlərinin satınalınması məqsədilə icraçının 2482652,49 manat məbləğində müqavilə əsasında təklifini qəbul etmişdir. - xx xxxxxx 2014-cü il tarixli, K/104 saylı müqavilənin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti sərhəd məntəqələrinin təbii qazla təmin lunması işlərinin satınalınması məqsədilə icraçının 2350093,08 manat məbləğində müqavilə əsasında təklifini qəbul etmişdir. - xx xxxxxx 2020-ci il tarixli Dövlət Sərhəd Xidməti ilə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli k/8 nömrəli müqavilənin icrasına dair xx.xx.2020-ci il tarixə qarılıqlı üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 154343,93 manat “xxxxxxx” MMC-nin xeyrinə müəyyən olunmuşdur. - xx xxxxxx 2020-ci il tarixli Dövlət Sərhəd Xidməti ilə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli k/104 nömrəli müqavilənin icrasına dair xx.xx.2020-ci il tarixə qarılıqlı üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 216380,67 manat “xxxxxxx” MMC-nin xeyrinə müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1 və 759.2-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mübahisə predmeti olan hər 2 müqavilə üzrə öhdəliklərin “xxxxxxx” MMC tərəfindən yerinə yetirilməsi və ümumilikdə 370724,60 manat məbləğində borcun yaranması işin faktiki halları və tərəflərin izahatları ilə təsdiqini tapır və qeyd olunan xüsusatlar işin mübahisələndirilməyən hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də iddia təmin olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 370724,60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Qaz - TNK” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 370724,60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq “Qaz - TNK” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq “Qaz - TNK” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar