Məhkəmə qərarları › İş №e-2-2(113)-2356/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2356/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2356/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik) əsas borc, 163 (yüz altmış üç) manat dəbbə pulu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci və 400 (dörd yüz) manat vəkil xərci məbləğinin tutularaq iddidaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2019-cu il tarixində 058/19 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, 16331,81 manat (ƏDV daxil) (on altımin üç yüz otuz bir manat səksən bir qəpik) məbləğində mal satıcı tərəfindən alıcıya satılmışdır. Lakin alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik) məbləğ Cavabdeh MMC tərəfindən bu günkü günə qədər ödənilməmişdir. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 058/19 saylı müqavilənin 8.2-ci bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin ümumən ödənilməyən məbləğin 1 %-dən çox olmayan miqdarda) cərimə ödəməlidir. Beləliklə, əsas borc 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik) təşkil edir. Həmin məbləğin 1 (bir) faizi 163 (yüz altmış üç) manat təşkil edir. 23 avqust 2021-ci il tarixində alıcıya yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı satıcı tərəfindən xəbərdarlıq məktubu göndərilmiş, lakin həmin məktub alıcı tərəfindən cavablandırılmamışdır. 21 fevral 2022-ci il tarixində, müqavilə üzrə əsas borc 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik), həmin məbləğin 1 (bir) faizi dəbbə pulu 163 (yüz altmış üç) manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki, məktuba bir cavab alınmışdır. 02 mart 2022ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif olunmasına baxmayaraq, cavabdeh tərəfindən bu təklif cavablandırılmamışdır. 14 mart 2022-ci il tarixində iddiaçı tərəfindən məcburi mediasiya üçün Mediasiya Şurasına müraciət olunmuş, 31 mart 2022-ci il tarixində isə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixli, 058/19 saylı müqavilənin 2.1-ci bəndi müvafiq alış sifarişinin qiymətini nəzərdə tutulmuş qaydada və şərtlərlə alıcıdan tələb etmək hüququnu qeyd edir, 2.4-cü bəndi isə alıcının malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizə aşağıda qeyd olunanlara görə təmin edilməməlidir. Belə ki, iddiaçı müqavilə şərtlərinə əməl etməmişdir. Tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli müqavilənin 2.2.1-ci maddəsi üzrə iddiaçı, əsas vəzifəsi olan, malların alıcıya təhvil verilməsini təmin etməmişdir. Düzdür, malların Ağakişiyev Nicata təhvil verilməsi barədə akt məhkəmə işinə əlavə edilsə də, həmin şəxsə şirkət tərəfindən malların təhvil alınması səlahiyyətini verən etibarnamə sənədlərə əlavə edilməmişdir. Əslində müqavilənin 1.2-ci bəndinin tələbinə görə təhvil-təslim aktları tərəflərin iştirakı ilə rəsmiləşdirilməli idi. Tərəfi, nümayəndəsi əvəz etdiyi halda, ona bu səlahiyyətin verildiyini təsdiqləyən sənəd olmalı idi. Belə olan halda, malların Cavabdeh MMC-yə verildiyi sübuta yetirilmir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən "Metal Plus” MMC malların sifariş verildiyini sübut edə biləcək "Alış sifarişi” sənədlərini də məhkəməyə sübut olaraq təqdim etməmişdir. Halbuki, müqavilənin 1.1-ci bəndində müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "Alış sifarişləri”nin olması nəzərdə tutulmuşdur. Həmin sifarişlərdə alınması nəzərdə tutulan malların tərkibi, miqdarı və texniki göstəriciləri qeyd olunmalı idi. Bundan əlavə, həmin sənəddə müqavilənin 2.2.1-ci bəndinə əsasən malların çatdırılması vaxtı göstərilməli idi. Əgər belə bir müddət heç bir sənəddə göstərilməyibsə, gecikdirmə üçün cərimə tələb edilməsi əsassızdır. Hətta təhvil-təslim aktı blankında belə "Alış sifarişi”nə istinad olunduğu yazılmışdır. Belə bir sənəd məhkəməyə təqdim olunmamışdır. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılığı ilə müəyyənləşdirilmiş, qiymət üzrə ödənilir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə satılan malların ümumi məbləği "Alış sifarişi”ndə göstərilməli idi. Belə sənəd olmadığından hansı məbləğdəsə iddia tələbi əsassızdır. Məhkəməyə malların alıcıya təhvil verildiyini sübutu kimi təqdim olunan digər sənəd elektron qaimələrdir. Həmin qaimələr də onu tərtib edən müəssisə rəhbəri və baş mühasibi tərəfindən imzalanmamış, sənəddə möhür yerinin olmasına baxmayaraq, möhür vurulmamışdır. Sənədi təhvil verən və təhvil alan şəxslər bunun üçün blankda xüsusi yerlər nəzərdə tutulsa da, imzalamamışlar. Ştrix kodun açılışı isə qaimənin seriyasını (EBAİ) və nömrəsini (634309) göstərir. Yəni elektron qaimə adlandırılan vərəq əslində heç bir hüquqi rekvizitə malik deyil və blankda əsas sətrlər doldurulmamışdır. Göründüyü kimi, "Metal Plus” MMC malın "X1” MMC-yə təhvil verdiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi, eyni zamanda bildirdi ki, qeyd olunan mallar təhvil alınıb, lakin onların etibarnamə vermədiyi işçisi tərəfindən təhvil alınıb. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 28 noyabr 2019-cu il tarixli, 058/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan alış sifarişlərində göstərilən tərkibdə, miqdarda və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı müqavilə ilə nəzərdə tutulmuş malları alıcıya müvafiq alış sifarişində göstərilmiş tarixdə təhvil verməlidir. Malların alıcıya təhvil verilməsi tərəflərin iştirakı ilə təhvil-təslim aktına və ya qaimə fakturaya əsasən rəsmiləşdirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı müvafiq alış sifarişləri üzrə ödənişləri satıcının hesablaşma hesabına AZN-lə həyata keçirir. Mallann dəyəri mallar təhvil-təslim aktı əsasında alıcıya təhvil verildikdən və ödəniş sənədləri təqdim edildikdən sonra 30 (otuz) gün ərzində ödənilir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə və (və ya) alış sifarişində göstərilən təhvil müddətində gecikmələr baş verdiyi halda, satıcı hər gecikdirilmiş gün üçün vaxtında çatdırılmayan malın dəyərinin 0,1% faizi məbləğində, lakin ümumən vaxtında çatdırılmayan malın dəyərinin 1 %-dən çox olmayan miqdarda cərimə ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən müqavilədə göstərilən ödəniş müddətində gecikmələr baş verdiyi halda, alıcı hər gecikdirikniş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,1% faizi məbləğində, lakin ümumən vaxtında ödənilməyən məbləğin 1 %-dən çox olmayan miqdarda cərimə ödəyir. Həmin müqavilənin 8.3-ci bəndinə əsasən əgər alıcı hər hansı səbəbə görə cərimə məbləğinin satıcının hesabı üzrə ödənilməli olan məbləğdən çıxmayıbsa, bu halda alıcının birinci tələbi ilə satıcı cəriməni ödəməlidir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 178601 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8,02 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 178601 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 233526 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1416 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 233526 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 627379 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 782,34 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 627379 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 803616 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1862,28 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 803616 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 008188 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2271,59 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 008188 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 011132 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 230,81 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 011132 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 256494 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10,43 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 256494 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 634309 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4177,20 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 634309 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 750926 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1559,96 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 750926 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 751846 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2817,84 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 751846 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 752637 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 53,10 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 752637 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 924251 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 53,10 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 924251 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 076795 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 106,20 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 076795 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 071875 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 401,20 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 071875 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 179687 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 80,24 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 179687 nömrəli elektron qaimə tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 516839 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 501,50 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. Qeyd edilən akt üzrə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 516839 nömrəli elektron qaimə tərtib edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün meddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik) əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 16331,81 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin qənaətə gələrkən məhkəmə əvvəla nəzərə alır ki, iddiaçı 16331,81 manat məbləğində malların təhvil alınması ilə bağlı məhkəməyə elektron qaimələr, elektron qaimələrin verilməsinə əsas olan təhvil-təslim aktları təqdim etmişdir. Cavabdeh həmin malların təhvil alınmasını inkar etməmiş, lakin həmin malların onların etibarnamə vermədiyi əməkdaşları tərəfindən təhvil alındığını bildirmişdir. Həmin hal, eyni zamanda cavabdehin istinad etdiyi sifariş sənədinin olmaması cavabdehi müqavilə üzrə yaranmış borcun ödənilməsi öhdəliyindən azad edə bilməz. Çünki müəyyən olunur ki, yazılı surətdə olmasa da, razılığa əsasən mallar sifariş edilmiş, təhvil alınmış, lakin malların dəyəri ödənilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdehndən 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 163 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə və (və ya) alış sifarişində göstərilən təhvil müddətində gecikmələr baş verdiyi halda, satıcı hər gecikdirilmiş gün üçün vaxtında çatdırılmayan malın dəyərinin 0,1% faizi məbləğində, lakin ümumən vaxtında çatdırılmayan malın dəyərinin 1 %-dən çox olmayan miqdarda cərimə ödəyir; 8.2-ci bəndinə əsasən müqavilədə göstərilən ödəniş müddətində gecikmələr baş verdiyi halda, alıcı hər gecikdirikniş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,1% faizi məbləğində, lakin ümumən vaxtında ödənilməyən məbləğin 1 %-dən çox olmayan miqdarda cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan 163 (yüz altmış üç) manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 400 (dörd yüz) manat və mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 16331,81 manat (ƏDV daxil) (on altı min üç yüz otuz bir manat səksən bir qəpik) əsas borc, 163 (yüz altmış üç) manat dəbbə pulu, 200 (iki yüz) manat mediasiya xərci, 400 (dörd yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 17094,81 manat (on yeddi min doxsan dörd manat səksən bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar