Məhkəmə qərarları › İş №e-2-2(113)-236/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-236/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-236/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC (“xxxx” ASC-nin əvvəlki adı) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37.829 manat məbləğində əsas borc, 10.843,65 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 175-GL/15 saylı, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, 175-GL/16 saylı, xx.xx.2015-ci il tarixli, 177- GL/15 saylı, xx.xx.2016-cı il tarixli, 178-GL/16 saylı, xx.xx.2016-cı il tarixli, 616-GL/16 saylı, xx.xx.2016-cı il tarixli, 262-L/16 saylı, xx.xx.2016-cı il tarixli, 507-L/16 saylı, xx.xx.2016-cı il tarixli, D24-L/16 Salı, xx.xx.2019-cu il tarixli 725-GL/19 saylı müqavilələrə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 37.829 manat məbləğində əsas və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 10843,65 manat məbləğində cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 175-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 47.448,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-inə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli, 175-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “traktor tarla üçün New Holland T6090” adlı texnika ilkin qiyməti 118.620,00 manat, ödənilmiş məbləğ 23.724,00 manat, güzəştdən sonrakı qalıq məbləği 47.448,00 manat, ödəmə müddəti 10 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli, 175-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2016-cı ildə 1.296,00 manat, xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək 1.282,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 176-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 3.600,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-inə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli 176-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “kotan 5 gövdəli asma AG-MP 14-5” adlı texnika ilkin qiyməti 2.900,00 manat, ödənilmiş məbləğ 580,00 manat, güzəştdən sonrakı qalıq məbləği 1.160,00 manat, ödəmə müddəti 3 il, “taxılsəpən gübrəsəpənlə AGHBM-N24” adlı texnika ilkin qiyməti 6.100,00 manat, ödənilmiş məbləğ 1.220,00 manat, güzəştdən sonrakı qalıq məbləği 2.440,00 manat, ödəmə müddəti 5 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli 176-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2016-cı ildə 191,00 manat, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək 298,00 manat, xx.xx.2018-ci ildə 52,00 manat, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək 153,00 manat, xx.xx.2020-ci ildə 47,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 177-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 22.120,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-inə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli, 177-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “traktor New Holland TD5-110” adlı texnika ilkin qiyməti 55.300,00 manat, ödənilmiş məbləğ 11.060,00 manat, güzəştdən sonrakı qalıq məbləği 22.120,00 manat, ödəmə müddəti 10 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli, 177-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2015-ci ildə 192,00 manat, xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək 553,00 manat, xx.xx.2025-ci ildə 361 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 178-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 11.060,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-inə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 178-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “traktor New Holland TD5-110” adlı texnika ilkin qiyməti 55.300,00 manat, ödənilmiş məbləğ 22.120,00 manat, güzəştdən sonrakı qalıq məbləği 11.060,00 manat, ödəmə müddəti 10 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 178-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2016-cı ildə 257,00 manat, xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək 277,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 616-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 41.908,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 616-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “ekskavator-X2 B-90B” adlı texnika ilkin qiyməti 96.920,00 manat, ödənilmiş məbləğ 19.384,00 manat, güzəştdən sonrakı qalıq məbləği 38.768,00 manat, ödəmə müddəti 10 il, “gübrəsəpən qoşulan VERO-2500” adlı texnika ilkin qiyməti 7.850,00 manat, ödənilmiş məbləğ 1.570,00 manat, güzəştdən sonrakı qalıq məbləği 3.140,00 manat, ödəmə müddəti 5 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 616-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək aylıq ödəniş 1126 manat, xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək 939,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 262-L/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 76.915,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 17.053,00 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində penya tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 262-L/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “X2 L-225” adlı texnika qiyməti 60.215,00 manat, ilkin ödənişin məbləği 12.043,00 manat, lizinq müddəti 10 il, möhlət müddəti 1 ay, torpaq əzən mərdanəli AGR 630 texnika qiyməti 10.300,00 manat, ilkin ödənişin məbləği 3.090,00 manat, lizinq müddəti 6 il, möhlət müddəti 1 ay, kultivator qarğıdalı üçün 6 cərgəli gübrəsəpənlə universal asma AG-İRC6 texnika qiyməti 6.400,00 manat, ilkin ödənişin məbləği 1.920,00 manat, lizinq müddəti 4 il, möhlət müddəti 1 ay olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 262-L/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2016-cı ildə 17.053,00 manat, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək aylıq ödəniş 1847,00 manat, xx.xx.2020-ci ildə 38,00 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 1548,00 manat, xx.xx.2022-ci ildə 58,00 manat, xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək 1235,00 manat, xx.xx.2026-ci ildə 183,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 507-L/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 16.800,00 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 3.360,00 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində penya tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 507-L/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, ot, küləş, presləyən qoşulan AGSB-185 texnika qiyməti 16.800,00 manat, ilkin ödənişin məbləği 3.360,00 manat, lizinq müddəti 6 il, möhlət müddəti 1 ay olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 507-L/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, xx.xx.2016-cı ildə 3.360,00 manat, xx.xx.2016-cı ildə 501,00 manat, xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək aylıq ödəniş 584,00 manat, xx.xx.2022-ci ildə 91,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 725-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 3.883,00 manat olan və göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-inə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 725-GL/19 saylı lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, xx.xx.2019-cu ildə 295,00 manat, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək aylıq ödəniş 299,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 726-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 12.906,00 manat olan və göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 726-GL/19 saylı lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, xx.xx.2019-cu ildə 459,00 manat, xx.xx.2019-cu ildən xx.xx.2026-cı ilədək aylıq ödəniş 461,00 manat aylıq ödəniş müəyyən edilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (“xxxx” ASC-nin əvvəlki adı) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 175-GL/16 saylı, xx.xx.2015-ci il tarixli 177-GL/16 saylı, xx.xx.2016-cı il tarixli 178-GL/16 saylı, xx.xx.2016-cı il tarixli 616- GL/16 saylı, xx.xx.2019-cu il tarixli 725-GL/19 saylı, xx.xx.2019-cu il tarixli 726-GL/19 saylı, xx.xx.2015-ci il tarixli 176-GL/16 saylı və xx.xx.2016-cı il tarixli 2647-GL/16 saylı lizinq müqavilələri üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 37.829 manat, cərimə borcu 10.843,65 manat, cəmi borcu 48.672,65 manat təşkil edir. İddiaçı ASC tərəfindən ASC/P-734 saylı xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “xxxx” ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh “xxxx” ASC-yə 37.829,00 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, hazırda lizinq ödənişləri üzrə Cavabdeh borcunun 37.829 manat məbləğində olduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh 37.829,00 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış 10.843,65 manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 37.829 (otuz yeddi min səkkiz yüz iyirmi doqquz) manat məbləğində əsas borc və 1.000 (bir min) manat məbləğində cərimə, cəmi 38.829 (otuz səkkiz min səkkiz yüz iyirmi doqquz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar