Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2362/2021 23.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3002 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5 % miqdarında 173,26 manat cərimə faizinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə (bundan sonra Alıcı) İddiaçı (əvvəlki adı “X3” MMC) (bundan sonra Satıcı) arasında bağlanmış 10.12.2018-ci il tarixli, 600 saylı Alqı-satqı müqaviləsinə əsasən, Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları “Satıcı”ya satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan Müqavilə əsasında tərtib edilmiş 754801 nömrəli 30.01.2019 tarixli, 777188 nömrəli 31.01.2019 tarixli, 914139 nömrəli 04.02.2019 tarixli, 198340 nömrəli 09.02.2019 tarixli, 505611 nmrəli 18.02.2019 tarixli, 574897 nömrəli 19.02.2019 tarixli, 877160 nömrəli 02.05.2019 tarixli, 806983 nömrəli 23.05.2019 tarixli, 372278 nömrəli 04.06.2019 tarixli, 333210 nömrəli 18.07.2019 tarixli, 782829 nömrəli 21.08.2019 tarixli, 952151 nömrəli 26.08.2019 tarixli, 951953 nömrəli 26.08.2019 tarixli, 630531 nömrəli 25.02.2020 tarixli elektron qaimə-faktura sənədlərinə əsasən, ümumilikdə 23 591.03 manat məbləğində inşaat materialları Alıcıya təhvil verilmişdir. Alıcı aldığı malların dəyərinin bir hissəsini ödədikdən sonra 15.03.2019-cu il tarixdə tərəflər arasında “hesablaşmaların qarşılıqlı üzləşdirilməsinə dair” Akt imzalanmışdır. Həmin Akta əsasən, cavabdeh iddiaçıya 4 310,39 AZN məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Növbəti aylarda da tərəflər alqı-satqı münasibətlərini davam etdirmiş və müəyyən ödənişlər həyata keçirdikdən sonra cavabdehin iddiaçıya 3 002 manat məbləğində qalıq borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də, öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 04.02.2020-ci il və 29.03.2021-ci il tarixlərdə cavabdehin ünvanına rəsmi qaydada 2 dəfə pretenziya məktubu göndərilmiş və qalıq borcun ödənilməsi tələb olunsa da münasibatlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Öz öhdəliklərini tamamilə icra etsələr da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmiş, nəticədə 3 002 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Bağırov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının əvvəlki adı “X3” MMC olmuşdur. İddiaçı ilə cavabdeh arasında 10 dekabr 2018-ci il tarixli, 600 saylı “Alqı-satqı” müqaviləsi bağlanmış, müqavilə hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifiakasiyada adları göstərilən malları satııcya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. Satıcının anbarında malların alıcıya təhvil verdiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur. Həmin tarix malların təhvil –təslimi barədə aktla və yaxud malalrın qəbulu haqqında sənədlə (qaimə-faktura) təsdiqlənir. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. 10 dekabr 2018-ci il tarixli 600 nömrəli Alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi sayılan Malların Spesifikasiyası ilə satılacaq malların qiymətləri razılaşdırılmış, həmin Spesifikasiya hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 15.03.2019-cu il tarixli “Hesablaşmaların qarşılıqlı üzləşdirilməsi haqqında” akta əsasən cavabdeh iddiaçıya 15.03.2019-cu il tarixə 4310.39 manat borcunun olmasını təsdiq etmiş, həmin akt cavabdehin möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə EAAP 754801 seriya və nömrəli, 30.01.2019-cu il tarixli elektron qaiməyə əsasən 188,80 manat, EAAP 777188 seriya və nömrəli 31.01.2019-cu il tarixli, elektron qaiməyə əsasən 566,40 manat, EAAP 914139 seriya və nömrəli, 04.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 566,40 manat, EAAQ 198340 seriya və nömrəli, 09.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 566,40, EAAQ 505611 seriya və nömrəli, 18.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 1132,80 manat, EAAQ 574897 seriya və nömrəli, 19.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 5900,00 manat, EAAT 877160 seriya və nömrəli, 02.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 991,20 manat, EAAU 806983 seriya və nömrəli, 23.05.2019-cu il tarixli elektron qaiməyə əsasən 282,02 manat, EAAV 372278 seriya və nömrəli, 04.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 221,84 manat, EAAX 333210 seriya və nömrəli, 18.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 493,24 manat, EAAY 782829 seriya və nömrəli, 21.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 890,90 manat, EAAY 952151 seriya və nömrəli, 26.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 1469,10 manat, EAAY 951953 seriya və nömrəli, 26.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 332,82 manat, EBAG 630531 seriya və nömrəli, 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 9988,11 manat məbləğində mallar təhvil verilmişdir. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 20.04.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki,cavabdehin 25.02.2020-ci il tarixə 3002 manat borcunun olduğunu nəzərə alaraq əldən çıxmış faydaya görə cərimə faizi: 1 il üçün 5%-i 150.1 manat, 1 ay üçün 5%-i 12,5 manat, 1 gün üçün 5%-i 0,41 manat təşkil edir. Qeyd olunanlara əsasən 25.02.2020-ci il tarixdən 20.04.2021-ci il tarixədək əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarının 173,26 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı cavabdehə 03 fevral 2020-ci il tarixli 026 nömrəli pretenziya qaydasında məktub ünvanlayaraq aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalıq 3002 manat məbləğində borcun ilin sonunadək ödənilməsini tələb etmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barəsində xəbərdarlıq etmişdir. İddiaçı cavabdehə 29 mart 2021-ci il tarixli 71 nömrəli pretenziya qaydasında məktub ünvanlayaraq aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalıq 3002 manat məbləğində borcun 15 gün ərzində ödəməyi tələb etmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barəsində xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etməsi onlar arasında bağlanmış 10.12.2018-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3002 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3002 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə əsas borcun illik 5 faizi miqdarında cərimə faizinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləyə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1), borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 3002 manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 173,26 manat, ümumilikdə 3175,26 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 3002 (üç min iki) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 173,26 manat (bir yüz yetmiş üç manat iyirmi altı qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3175,26 manat (üç min yüz yetmiş beş manat iyirmi altı qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2362/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2362/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver