Məhkəmə qərarları › İş №e-2-2(113)-237/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-237/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-237/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi x5, cavabdehin vəkili Vəkil iştirakı ilə, “xxxxxxxx” x4 (MMC) Cavabdeh2 x12 Səhmdar Cəmiyyətinə (ASC) qarşı sığorta ödənişinin ödənilməsi öhdəliyinin icra edilməsi barədə mülki işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Sığorta Şirkəti ASC-nin üzərinə x9 icbari sığorta ödənişinin ödənilməsi öhdəliyini icra etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi x10 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxxxxxx” MMC-nin işçisi x1 səbəbindən 07 may 2017-ci il tarixində sığorta hadisəsi baş vermiş və o xəsarət almışdır. Bu hadisə ilə bağlı iddiaçı tərəfindən cavabdehin 940 çağrı mərkəzinə və Dövlət Əmək Müfəttişliyinin (DƏM) 142 çağrı mərkəzinə 3 iş günü ərzində məlumat verilmişdir. DƏM hadisə ilə bağlı araşdırmalara başlamış və sonda İZ formalı AKT tərtib etmişdir. Hadisə ilə bağlı məlumatın verilməsinə baxmayaraq Cavabdeh2 Sığorta Şirkəti ASC iştirak etməkdə maraqlı olmamışdır. Bununla belə, iddiaçı “xxxxxxxx” MMC Cavabdeh2 Sığorta Şirkəti ASC ilə dəfələrlə əlaqə saxlamış və eyni zamanda baş vermiş sığorta hadisəsinə görə ödənişin aparılması üçün Sığorta Şirkətinə yazılı müraciətlər etmişdir. Buna baxmayaraq Cavabdeh2 Sığorta Şirkəti ASC 01 may 2018-ci il tarixində, 13 iyul 2018-ci il tarixində məktublarla cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və cavabdeh icbari sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC imtina üçün əsası onunla izah etməyə çalışmışdır ki, “xxxxxxxx” MMC x2 olunanlar siyahısına daxil edilməsi barədə məlumatı əmək müqaviləsi bağlandıqdan sonra, yəni 11 may 2017-ci il tarixində təqdim etmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin bu yanaşması sığorta qanunlarına və 28 mart 2017-ci il tarixində bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE17045105 nömrəli icbari sığorta müqaviləsi”nin şərtlərinə ziddir. Belə ki, “xxxxxxxx” MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC arasında əmək müqaviləsi əsasında işlərin həyata keçirilməsinə cəlb edilmiş işçilərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə, əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə yuxarıda qeyd edilən ATE17045105 nömrəli icbari sığorta sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilədə yeni işçi ilə əmək müqaviləsi bağlanan zaman dərhal Sığortaçıya məlumatın verilməsi nəzərdə tutulmamışdır. “xxxxxxxx” MMC müqavilə ilə üzərinə düşən vəzifəni tam yerinə yetirmiş, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin 13 iyul 2018-ci il tarixli məktubunda etiraf edildiyi kimi, “xxxxxxxx” MMC 7 may 2017-ci il tarixində işə götürülən x3 11 may 2017-ci il tarixdə icbari sığorta müqaviləsinə edilmiş əlavədə sığorta olunanların siyahısına əlavə etmiş və sığorta haqqını ödəmişdir. Bundan başqa Cavabdeh2 Sığorta Şirkəti ASC həmin məktubunda qeyd etmişdir ki, R.S.Əzizovun 07.05.2017-ci il tarixində xəsarət alması barədə məlumat Cavabdeh2 Sığorta Şirkəti ASC-yə “25 may 2017-ci il tarixində saat 11:15-də yəni hadisə baş verdiyi tarixdən 13 iş günü sonra bildirmişdir”. Göründüyü kimi Cavabdeh2 Sığorta Şirkəti ASC məktubunda biri-birinə zidd qeydlər etmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC eyni məktubunda bir tərəfdən qeyd edir ki, “xxxxxxxx” MMC x3 11 may 2017-ci il tarixində İcbari sığorta müqaviləsinə edilmiş əlavədə sığorta olunanların siyahısına əlavə etmiş və sığorta haqqını ödəmişdir, digər tərəfdən isə qeyd edir ki, x8 07.05.2017-ci il tarixində xəsarət alması barədə məlumat Cavabdeh2 Sığorta Şirkəti ASC-yə 25 may 2017-ci il tarixində saat 11:15-də yəni hadisə baş verdiyi tarixdən 13 iş günü sonra bildirmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin məktubunda gəldiyi nəticələr ziddiyyətlidir və bu halın özü cavabdehin sığorta ödənişindən bilərəkdən yayınmasını sübut edir. “xxxxxxxx” MMC tərəfindən 11 may 2017-ci il tarixdə sığorta müqaviləsinə 002 saylı əlavə razılaşma imzalanaraq təsdiq olunsa da, “hadisənin olmadığı barədə” 4.3-cü bənd barədə məlumatlı olmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh vəkili Vəkil izahatında göstərdi ki, R.S.Əzizov “xxxxxxxx” MMC ilə 06 may 2017-ci il tarixdə qəlibçi vəzifəsi üzrə əmək müqaviləsi bağlamış və həmin müqavilə elektron informasiya sisteminə 07 may 2017-ci il tarixdə daxil edilmiş və həmin tarixdə qanuni qüvvəyə minmişdir. R.S.Əzizov 07 may 2017-ci il tarixdə Sumqayıt şəhərində işləyərkən xəsarət almışdır. 28 mart 2017-ci il tarixdə Cavabdeh2 Sığorta Şirkəti ASC ilə “xxxxxxxx” MMC arasında müqavilə bağlanan zaman sığorta olunanların siyahısında R.S.Əzizov olmamış, hadisədən sonra, yəni, 11 may 2017-ci il tarixdə tərəflər arasında növbəti müqavilə ili üzrə sığorta müqaviləsinə əlavə razılaşma imzalanan zaman siyahıya daxil edilmişdir. 11 may 2017-ci il tarixdə əlavə razılaşma bağlanan zaman razılaşmanın 4.3-cü bəndinə əsasən iddiaçı sığorta hadisəsinin olmamasını təsdiq etmiş və onu imzalamışdır. Beləliklə, həmin vaxt sığortalı sığorta hadisəsinin olması barədə məlumat verməmiş və hadisəni gizlətmişdir. Baş vermiş hadisə haqqında sığortaçıya 25 may 2017-ci il tarixdə 940 çağrı mərkəzi vasitəsilə məlumat verilmiş, Dövlət Əmək Müfəttişliyi isə hadisə barədə 23 may 2017-ci il tarixdə məlumatlandırılmışdır. Hadisənin dərhal sonra istehsalatda bədbəxt hadisə kimi rəsmiləşdirilməsində iddiaçının maraqlı olmaması tibb müəssisələrindən alınmış sənədlərlə də təsdiqini tapır. Belə ki, həmin sənədlərdə R.S.Əzizovun işdə xəsarət almadığı və heç bir yerdə işləmədiyi göstərilir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - 28 mart 2017-ci il tarixdə Cavabdeh2 Sığorta Şirkəti ASC ilə “xxxxxxxx” MMC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən müvafiq sığorta haqqı ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki – hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək fəaliyyətinin itirilməsinə və ya ölümünə görə sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür. - 06 may 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, x11 həmin tarixdən hər ay 250 manat əmək haqqı ödənilməklə “xxxxxxxx” MMC-də fəhlə peşəsinə işə qəbul edilmişdir. - əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “xxxxxxxx” MMC ilə x11 arasında bağlanmış əmək müqaviləsi 07 may 2017-ci il tarixdə elektron sistemə daxil edilmişdir. - Sumqayıt şəhər x15 Xəstəxanası tərəfindən 07 may 2017-ci il tarixdə tərtib olunmuş “ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış”da x6 heç bir yerdə işləmədiyi, “deməsinə görə evdə hündürlükdən yıxılıb zədə alıb” sözləri qeyd olunmuş və daxil olma tarixi 07 may 2017-ci il, saat 11:45 göstərilmişdir. - 28 mart 2017-ci il tarixdə Cavabdeh2 Sığorta Şirkəti ASC ilə “xxxxxxxx” MMC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə 002 №-li əlavə razılaşmanın surətindən görünür ki, tərəflər sığorta olunanların siyahısında əlavədə göstəriləş şəxsləri əlavə olaraq 27 mart 2018-ci il tarixədək sığortalamaq və ya müvafiq dəyişikliklər etmək, əlavə sığorta haqqının 1881,67 manat olması və həmin məbləğin18 may 2017-ci il tarixədək ödənilməsi barədə razılığa gəlmişlər. Həmin əlavənin 4.3-cü bəndində qeyd olunmuşdur ki, “Sığortalı baş vermiş, lakin bildirilməmiş sığorta hadisələrinin olmamasını təsdiq edir.” - Cavabdeh2 Sığorta Şirkəti ASC-nin “xxxxxxxx” MMC-yə ünvanladığı 01 may 2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, R.S.Əzizovla əmək müqaviləsi 06 may 2017-ci il tarixdə bağlanaraq 07 may 2017-ci il tarixdə işə başlasa da onun sığorta olunanlar siyahısına daxil edilməsi barədə məlumat 11 may 2017-ci il tarixdə sığorta müqaviləsinə 002 saylı əlavə razılaşma ilə növbəti müqavilə müqavilə ili üzrə sığorta olunanlar siyahısı bildirilən zaman təqdim edilmişdir və həmin razılaşma ilə növbəti müqavilə ili üzrə siyahıya daxil edilmiş, yəni, onun sığorta olunması üçün müraciət xəsarət aldığı tarixdən sonra sığorta şirkətinə daxil olduğundan, hadisənin baş verdiyi 07 may 2017-ci il tarixədək sığortalanmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin hallarından görünür ki, R.S.Əzizov ilə “xxxxxxxx” MMC arasında 06 may 2017ci il tarixdə əmək müqaviləsi bağlanmış, lakin sonuncunun xəsarət aldığı gün, qeyri – iş günü olan bazar günü - 07 may 2017-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Həmin əmək müqaviləsinin 2.3-cü bəndində işçinin 06 may 2017-ci il tarixdən işə başlaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 7.2-ci maddəsinə əsasən həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 49.1-ci maddəsinə əsasən həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan normaların məzmununa əsasən R.S.Əzizov 07 may 2017-ci il tarixdə işə başlamalı olduğu halda, “xxxxxxxx” MMC əmək müqaviləsində onun 06 may 2017-ci il tarixdən işə başlamasını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2.1-ci maddəsinə əsasən həmin qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifəsidir. Lakin qeyd olunan normanın tələbinə zidd olaraq x11 ilə “xxxxxxxx” MMC arasında bağlanmış 06 may 2017-ci il tarixli əmək müqaviləsin bu barədə qeyd göstərilməmiş, əksinə, müqavilənin 4.9-cu bəndində qeyd olunmuşdur ki, “İşəgötürən istehsal qəzaları, peşə xəstəliyini nəticəsində işçiyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir.” Bu halın özü də onu təsdiq edir ki, hadisə baş verən tarixdə R.S.Əzizovun xeyrinə sığorta müqaviləsi bağlanmamış, sonuncu sığorta olunanların siyahısında olmamışdır. “xxxxxxxx” MMC R.S.Əzizovu sığorta etdirmək üçün müraciət edən zaman onun xəsarət alması faktı barədə Cavabdeh2 Sığorta Şirkəti ASC-ni məlumatlandırmamış, 11 may 2017-ci il tarixdə sığorta müqaviləsinə 002 saylı əlavə razılaşmada hadisənin olmadığını göstərmişdir. İddiaçının nümayəndəsi izahatında “xxxxxxxx” MMC tərəfindən 11 may 2017-ci il tarixdə sığorta müqaviləsinə 002 saylı əlavə razılaşma imzalanaraq təsdiq olunsa da, “hadisənin olmadığı barədə” 4.3-cü bənd barədə məlumatlı olmadığını qeyd etsə də, məhkəmə bu xüsusatı inandırıcı hesab etmir. Çünki, məhz hadisə 07 may 2017-ci il tarixdə baş vermişdisə, iddiaçı üçün 11 may 2017-ci il tarixdə imzaladığı razılaşmanın məhz həmin bəndi əhəmiyyət kəsb etməli idi. Bundan başqa, mülki prosessual və mülki qanunvericiliyin bəzi müddəalarında iddiaçının şəxsiyyəti ilə bağlı halların (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) müddətin bərpası, müqavilənin məzmununun başa düşülməməsi, məcburetmə və s. hallarda əhəmiyyət kəsb etdiyi göstərilsə də, qeyd olunan xüsusatlar yalnız fiziki şəxslərə aid olunur və hüquqi şəxs üçün əhəmiyyət kəsb edə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxx” x4 Cavabdeh2 Sığorta Şirkəti x7rşı sığorta ödənişinin ödənilməsi öhdəliyinin icra edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar