Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2371/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Azru Mahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pulun ödənilməsi» tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7464 (yeddi min dörd yüz altmış dörd) manat borc məbləğinin, borcun gecikdirilməsinə görə il 5% hesablanmaqla (3 il) 1119,60 (min yüz on doqquz manat altmış qəpik) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olara 30 (otuz) manatın və göstərilmiş hüquqi xidmətə görə 1200 (min iki yüz) manatın, cəmi 9813,60 (doqquz min səkkiz yüz on i manat altmış qəpik) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 4881 manat əsas borc məbləğinin, borcun gecikdirilməsinə görə il 5% hesablanmaqla (3 il) 732.15 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və göstərilmiş hüquqi xidmətə görə 150 manat olmaqla, cəmi 5793,15 manatın cavabdehdən tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aramızda 29 mart 2019-cu il tarixində 91 saylı satış (alqı-satqı) müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olun borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 17 fevral 2018-ci il tarixində tərtib olunan və cavabde tərəfindən də imzalanan üzləşmə aktına əsasən "xxxx" MMC müqavilə üzrə İddiaçı MMC-yə 7464 (yeddi min dörd y altmış dörd) manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Həmçinin həmin borcun olması Bakı şəhər Prokurorluğuı verilmiş izahatda cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Əlavə olaraq bildirmək istəyirik ki, tərəflər arasın müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmyaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak etdiyi zaman izahatında bildirmişdir ki, maddi sıxıntıların olması səbəbindən, ödəniş edilməmişdir. Borc ödəniləcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 29.03.2019-cu il tarixli 91 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcı hazırki Müqavilənin Əlavələrində göstərilən materialları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Mal qəbul etməyi və onun əvəzində Malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlətlə Alıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı hu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı Malın verildiyi məqamda Alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla Alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı bu Müqavilə imzalandığı tarixdən 30 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli Malı Alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutlmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir. İş materiallarına əlavə edilmiş 17.02.2018-ci il tarixli üzləşmə aktından görünür ki, Müşfiq Adığözəlovun, İddiaçı MMC-yə 7464 manat borcu olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 29.03.2019-cu il tarixli 91 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini iddia edərək cavabdehdən 7464 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia üzrə cavabdehin borcunu təsdiq etməsi barədə 17.02.2018-ci il tarixli üzləşmə aktını təqdim edilmişdir. Eyni zamandan cavabdehin nümayəndəsi tərəfindən əsas borc məbləğinin mövcud olması lakin maddi sıxıntılar səbəbindən ödənilmədiyi qeyd olunmuşdur. Belə olan halda hazırda iddia tələbi üzrə göstərilən 4881 manat əsas borc hisəsində əsaslıdır. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 732.15 manatın tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməli, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 732.15 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və göstərilmiş hüquqi xidmətə görə 150 manat tutularaq iddiaçının xeyrinə ödənilsin. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MMC-dən 4881 (dörd min səkkiz yüz səksən bir) manat borc məbləği, borcun gecikdirilməsinə görə il 5% hesablanmaqla 732.15 (yeddi yüz otuz iki manat on beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olara 30 (otuz) manatın və göstərilmiş hüquqi xidmətə görə 150 (yüz əlli) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 4881 (dörd min səkkiz yüz səksən bir) manat borc məbləği, borcun gecikdirilməsinə görə il 5% hesablanmaqla 732.15 (yeddi yüz otuz iki manat on beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olara 30 (otuz) manat və göstərilmiş hüquqi xidmətə görə 150 (yüz əlli) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2371/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2371/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver