Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2373/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.736,71 manat məbləğində pulun, illik uçot faiz borcu 5 faiz olmaqla 986,83 manat faiz borcun, hazırki iddia tələbinə görə hüquqi yardıma görə ödədiyi 500 manat və hazırki iddia tələbinə görə ödənilmiş 154 manat dövlət rüsumunun, cəmi 21377.54 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 2021/67 VF saylı, 02 iyun 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə (X2) əsasən cavabdehə “dəmir profil” satılmış, lakin satılmış dəmir profilin ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə Qarşılıqlı Borcların üzləşdirilməsi barədə AKT-da 2021/67 VF saylı, 02 iyun 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinin icrası ilə bağlı 19736.71 manatlıq borcun qalması müəyyən edillmişdir. Belə ki, hazırda sözügedən müqavilə üzrə Cavabdeh MMCnin İddiaçı MMC-nə 19736.71 manat borcu yaranmışdır. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 2021/67VF nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1 göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.
11. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 13.722,82 manat (11.629,51+2.093,31 ƏDV) dəyərində mallara dair 32 saylı, xx.xx.2022-ci il tarixdə 3.553,79 manat (3.011,69+542,10 ƏDV) dəyərində mallara dair 33 saylı, xx.xx.2022-ci il tarixdə 14.068,48 manat (11.922,44+2.146,04 ƏDV) dəyərində mallara dair 34 saylı, xx.xx.2022-ci il tarixdə 802,59 (680,16+122,43 ƏDV) dəyərində mallara dair 35 saylı, xx.xx.2022-ci il tarixdə 8.209,97 manat (6.957,60+1.252,37 ƏDV) dəyərində mallara air 36 saylı, xx.xx.2022-ci il tarixdə 2.423,91 manat (2.054,16+369,75 ƏDV) dəyərində mallara dair 37 saylı, xx.xx.2022-ci il tarixdə 567,76 manat (481,15+86,61 ƏDV) dəyərində mallara dair 38 saylı Qiymətlərin razılaşdırma protokolları imzalanmışdır.
12. Müqavilə və Qiymətlərin razılaşdırma protokolları hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, tərəflər xx.xx.2022-ci il tarixli 32 nömrəli təhvil təslim aktı ilə ƏDV-siz 11.629,51 manat dəyərində, xx.xx.2022-ci il tarixli 33 nömrəli təhvil təslim aktı ilə ƏDV-siz 3.011,69 manat dəyərində, xx.xx.2022-ci il tarixli 34 nömrəli təhvil-təslim aktı ilə ƏDV-siz 11.922,44 manat dəyərində, xx.xx.2022-ci il tarixli 35 saylı təhvil-təslim aktı ilə ƏDV-siz 680,16 manat dəyərində, xx.xx.2022-ci il tarixli 36 saylı təhvil-təslim aktı ilə ƏDV-siz 6.957,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli 36 saylı təhvil-təslim aktı ilə ƏDV-siz 2.054,16 manat dəyərində, xx.xx.2022-ci il tarixli 38 nömrəli təhvil-təslim aktı ilə ƏDV-siz 481,15 manat dəyərində malları mal satanın təhvil verməsini, mal alanın isə təhvil aldığını öz imza və möhürləri ilə təsdiq etmişlər.
16. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə EBBV seriyalı, 718341 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 13.722,82 manat, EBBW seriyalı, 040403 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 3.553,79 manat, EBBW seriyalı, 543830 nömrəli, xx.xx.2022ci il tarixli, dəyəri 14.068,48 manat, EBBW seriyalı, 575649 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 802,59 manat, EBBX seriyalı, 256442 nömrəli xx.xx.2022-ci il tarixli, dəyəri 8.209,97 manat, EBBX seriyalı, 287709 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 2.423,91 manat, EBBX seriyalı, 895199 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 567,76 manat olan elektron qaimələr göndərilmişdir.
17. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 43.349,32 manat təşkil edir.
18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 43.349,32 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
19. Eyni zamanda işin müəyyən olunan halı odur ki, cavabdeh tərəfindən xx.xx.2021ci il tarixli müqavilə əsəasında 17.000 manat və 6.612,90 manat, ümumilikdə 23.612,9 manat məbləğində ödəniş edilmişdir.
20. Hazırda da iddiaçı cavabdehdən 19.736,71 manat məbləğində pulun tutulmasını xahiş edir.
21. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin olunmalı, 19.736,42 manat (43.349,32-23.612,9) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən tələb edilən Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 986,83 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
26. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
27. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir
28. Məhkəmə hesab edir ki, iddianın 500 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
29. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.
30. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir
31. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
32. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
33. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,21 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
34. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 2021/67VF saylı müqaviləyə əsasən 19.736 (on doqquz min yeddi yüz otuz altı) manat 42 (qırx iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 149 (bir yüz qırx doqquz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov