Məhkəmə qərarları › İş №e-2-2(113)-2383/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2383/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2383/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 05 yanvar 2017ci il tarixli 1 saylı müqavilə üzrə yaranmış 5175 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 yanvar 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 1 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən Su çeşidlərini (bundan sonra “mallar”) Alıcıya satır və Alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir. Müqavilənin 2.3-cü maddəsinə əsasən “Alıcı” ümumi müqavilə məbləğini mal “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verildikdən sonra 30 gün ərzində “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 3.4-cü maddəsinə əsasən Alıcı Satıcının ona təqdim etdiyi boş su qablarını (taraları) qaytarmağı öhdəsinə götürür. 1 ədəd taranın depozit qiyməti 15 AZN-dir. Taralara hər hansı bir ziyan dəydikdə dəyən zərərin 100%-ni Alıcı ödəyir. Müqavilənin 3.5-ci maddəsinə əsasən tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malların təqdim edilməsi Satıcı tərəfindən, ödəniş isə Alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə kecikdirilən hər gün üçün müqavilənin ümumi dəyərinin 0.01% məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği müqavilənin ümumi məbləğinin 3%-dən artıq ola bilməz. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yarana biləcək mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll ediləcəkdir. Lakin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmişdir. Cavabdehə bununla bağlı pretenziya məktubu ünvanlamış, lakin bu günə qədər cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh Şirkətinin hüquqi ünvanı:Trident Chambers, P.O. Box 146, X5 (X4)-dır. Bununla bağlı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 18 dekabr 2020-ci il tarixində № **********866800 nömrəli cavab məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında 05 yanvar 2017-ci il tarixli 1 nömrəli müqavilənin 1-ci bəndinə əsasən satıcı (iddiaçı) hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən su çeşidlərini alıcıya təhvil verir və alıcı da öz növbəsində alınan malların dəyərini razılaşdırlımış qiymətlərə əsasan satıcıya ödəyir. Müqavilənin 2-ci maddəsinə əsasən ödəniş köçürmə yolu ilə həyata keçirilir. Alıcı ümumi müqavilə məbləğini mal satıcı tərəfindən alıcıya təhvil verildikdən sonra 30 gün ərzində satıcıya ödənilməsini öz öhdəsinə götürür. Müqaviləyə 1 nömrəli əlavə olan X1 tərəflər müqavilə üzrə 01 ədəd suyun (dispenser 19 lt) qiymətinin 2,3 manat və 01 ədəd balonun (tara 19 lt) qiymətinin 15 manat olması barədə razılığa gəlmişdir. Əlavənin qeyd hissəsində müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəliklərin tam və qeyd-şərtsiz şəkildə öz üzərilərinə götürdükləri və imzalandığı andan qüvvəyə mindiyi göstərilmişdir. Müqavilə və X2 tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və möhürlərlə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış və möhürlərlə təsdiq edilmiş BİX/2 632133 nömrəli qaimə faktura, BİX/2 632132 nömrəli qaimə faktura, BİX/2 632136 nömrəli qaimə-faktura, BİX/2 632143 nömrəli qaimə-faktura, BİX/2 632151 nömrəli qaimə faktura, BİX/2 632159 nömrəli qaimə faktura, BİX/2 632162 nömrəli qaimə faktura, BİX/2 632155 nömrəli qaimə faktura, BİX/2 632183 nömrəli qaimə faktura, BİX/2 632180 nömrəli qaimə faktura, BİX/2 632186 nömrəli qaimə faktura, BİX/2 632192 nömrəli qaimə faktura, BİX/2 632175 nömrəli qaimə faktura, BİX/2 632217 nömrəli qaimə faktura, BİX/2 632226 nömrəli qaimə faktura, BİX/2 632232 nömrəli qaimə faktura, BİX/2 632234 nömrəli qaimə faktura, BİX/2 632211 nömrəli qaimə faktura, BİX/2 632273 nömrəli qaimə faktura, BİX/2 632272 nömrəli qaimə faktura, BİX/2 632277 nömrəli qaimə faktura, BİX/2 632269 nömrəli qaimə faktura, BİX/2 632242 nömrəli qaimə faktura, BİX/2 632245 nömrəli qaimə faktura, BİX/2 632251 nömrəli qaimə faktura, BİX/2 632259 nömrəli qaimə faktura, BİX/2 632244 nömrəli qaimə faktura, BİX/2 632299 nömrəli qaimə faktura, BİX/2 632304 nömrəli qaimə faktura, BİX/2 632311 nömrəli qaimə faktura, BİX/2 632314 nömrəli qaimə faktura, BİX/2 632296 nömrəli qaimə faktura, BİX/2 632330 nömrəli qaimə faktura, BİX/2 632323 nömrəli qaimə faktura, BİX/2 632318 nömrəli qaimə faktura, BİX/2 632335 nömrəli qaimə faktura, BİX/2 632344 nömrəli qaimə faktura, BİX/2 632349 nömrəli qaimə faktura, BİX/2 632356 nömrəli qaimə faktura, BİX/2 632363 nömrəli qaimə faktura, BİX/2 632380 nömrəli qaimə faktura, BİX/2 632384 nömrəli qaimə fakturalara əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5175 manat məbləğində müqavilə üzrə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsininin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18 dekabr 2020-ci il tarixli **********866800 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Şirkətinin qeydiyyata alındığı ölkə X4, hüquqi ünvanı Trident Chambers, P.O. Box146, X5 X3. - İddiaçının cavabdehə pretenziya qaydasında ünvanladığı 30.11.2020-ci il tarixli məktubunda aralarında bağlanmış müqavilə üzrə yaranmış 5175 manat borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks halda qanunverciliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 15.01.2017-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Odur ki, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 5175 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şirkətindən 5175 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şirkətindən 5175 (beş min yüz yetmiş beş) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar