Məhkəmə qərarları › İş №e-2-2(113)-2395/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2395/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2395/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Bakı şəhəri, M.K.Atatürk prospekti, 3078A məhəlləsində Cavabdeh1 tərəfindən inşa edilmiş binanın A3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145 kv.metr olan, 34 saylı mənzilin xx xxx 2012-ci il tarixli 494 saylı alqı-satqı müqaviləsi və maliyyə arayışına əsasən İddiaçı2 adına yazılmasına görə cavabdehlərə verilmiş 130500,00 manat pul vəsaitinin alınıb iddiaçılara verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehlərə qarşı Bakı şəhəri, M.K.Atatürk prospekti, 3078A məhəlləsində Cavabdeh1 tərəfindən inşa edilmiş binanın A3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145 kv.metr olan, 34 saylı mənzilin xx xxx 2012-ci il tarixli 494 saylı alqı-satqı müqaviləsi və maliyyə arayışına əsasən İddiaçı2 adına yazılmasına görə cavabdehlərə verilmiş 130500,00 manat pul vəsaitinin alınıb iddiaçılara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar, uzun illərdir ki, elektrik malların alqı-satqısı ilə məşğul olurlar və bu işlə əlaqədar elektrik ustası Cavabdeh2 ilə tanış olmuşlar. Belə ki, o, iddiaçıların Dərnəgül şossesində işlətdikləri mağazadan elektrik mallarını alıb, həmin malları Bakı şəhəri, M.K.Atatürk prospekti 3078A məhəlləsində Cavabdeh1 MMC tərəfindən inşa edilən binada işlətmişdir. Onlardan aldığı və binanın inşasında işlətdiyi elektrik malların dəyəri kimi Cavabdeh2 Cavabdeh1 MMC-yə gördüyü işlərin müqabilində ona verilmiş iki mənzili hər birinın adına ayrı-ayrı sənədləşdirə bildiyini söyləmiş və nəticədə iddiaçılar onunla belə bir razılığa gəlmişlər. Onlardan alınmış malların həqiqətən də binanın inşasında istifadə edilməsinin şahidi olaraq binadan iddiaçıların adına mənzil sənədləşməsinə razılıq vermişlər. Bundan sonra, İddiaçı1 adına binanın C korpusunun 16-cı mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 139 kv.m. olan 31 saylı mənzil yazılmaqla xx xxx 2012-ciil tarixli 459 №-li alq-satqı müqaviləsi və maliyyə arayışı, habelə İddiaçı2 adına binanın A3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 34 saylı mənzil yazılmaqla xx xxx 2012-ci il tarixli 494 №-li alqı-satqı müqaviləsi və maliyyə arayışı verilmişdir. Eldənizin adına olan mənzilin dəyəri 125100,00 manat təşkil etmişdir. Cavabdeh2 həmin məbləğin ödənişi işə bağlı birgə razılığa görə 25 000,00 manata hesablanmaqla «Mersedes-E klass» markalı avtomobili verib Cavidin aldığı elektrik mallarına görə olan borcundan 100 000,00 manatı silmişlər. Elşənin adına olan mənzilin dəyəri isə təxminən 130 500,00 manat təşkil etmişdir. Həmin məbləğin ödənişi ilə bağlı Cavabdeh2 30 500,00 manat pul verib aldığı elektrik mallarına görə onlara olan borcundan 100 000,00 manatı silmişlər. Hər iki mənzilə görə ödənilən pul vəsaitləri iddiaçılara məxsus olmuşdur. Mənzilləri almaq istəyəndə, iki il ərzində buna nail ola bilməmişlər və sonda onlara məlum olmuşdur ki, Cavabdeh2 onların adına olan mənzillər Cavabdeh1 MMC tərəfindən başqa şəxslərə də satılmışdır. Cavabdeh1 MMC-nin işçiləri barədə dələduzluq maddəsi ilə cinayət işi başlanmış və istintaqın gedişatında Eldənizə satılmış mənzilin dəyəri tam ödənilmişdir. Lakin Elşənin adına sənədləşdirilən mənzillə əlaqədar onlara dəymiş ziyan ödənilməmişdir. Onlar, pullarını almaq üçün istintaqın və məhkəmənin gəldiyi nəticəni gözləmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-72/2019 saylı hökmündən və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-25/2020 saylı Qərarından onlara bəlli olmuşdur ki, 130 500,00 manat pul Cavabdeh2 Cavabdeh1 MMC tərəfindən verilsədə, onun tərəfindən həmin məbləğ onlara çatdırılmamışdır. Bununla əlaqədar olaraq hesab edirlər ki, 130 500,00 manat pul Cavabdeh1 MMC-dən və Cavabdeh2 alınıb onlara verilməlidir. Buna sübut kimi Cavabdeh1 MMC barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış cinayət işi üzrə çıxarılmış məhkəmə hökmüdür. Hökmün 15 və 105-ci vərəqələrindən göründüyü kimi, ittihama əsasən Cavabdeh2 tərəfindən mənzillərin İddiaçı1 və onun qardaşı İddiaçı2 satılması ilə əlaqədar təqsirləndirilən şəxslər tərəfindən Cavabdeh2 125 100,00 manat və 130 500,00 manat pulu ələ keçirilmişdir. Hökmün təsviri-əsaslandırıcı hissəsində müəyyən olunur ki, həqiqətən də həmin mənzillər Cavabdeh2 satılmış, Cavabdeh2 də onları İsmayılov qardaşlarına satmışdır. Təqsirləndirilən şəxs Anar Məmmədov bununla əlaqədar göstərmişdir ki, istintaq zamanı Azər Xəlilovdan bu barədə soruşanda sonuncu bildirmişdir ki, həqiqətən də mənzillər onun tərəfindən Cavabdeh2 satılmış, mübahisə yarananda Cavabdeh2 bir mənzil və 130.500,00 manat pul vermişdir. Cavabdeh2 də mənzili İddiaçı2 versə də, pulu verməmişdir. Məhkəmə cinayət işinin bu epizodla bağlı olan faktiki hallarını obyektiv şəkildə tədqiq edərək satılan mənzillərdən biri üzrə maddi zərərin ödənilməsini nəzərə almaqla bu nəticəyə gəlmişdir ki, İddiaçı2 adına rəsmiləşdirilmiş mənzillə əlaqədar maddi zərər olan 130.500,00 manat pul həqiqətən də Cavabdeh2 qaytarılmış, lakin sonuncu həmin məbləği onlara çatdırmamış və bu günədək özündə saxlamışdır. Hesab edirlər ki, 130.500,00 manat pul Cavabdeh1 MMC və Cavabdeh2 alınıb onlara verilməldir, buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İddiaçıların nümayəndəsi və vəkili Vəkil oglu əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Vəkil oglu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxx 2012-ci il tarixli 459 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, M.K.Atatürk prospekti, 3078A məhəllədə Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın C3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 139,21 kv.metr olan mənzili İddiaçı1 satmışdır. xx xxx 2012-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, M.K.Atatürk prospekti, 3078A məhəllədə Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın C3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 139,21 kv.metr olan 31 saylı mənzilə görə borcu olmamışdır. xx xxx 2012-ci il tarixli 494 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, M.K.Atatürk prospekti, 3078A məhəllədə Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın A3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145,11 kv.metr olan mənzili İddiaçı2 satmışdır. xx xxx 2012-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, İddiaçı2 Bakı şəhəri, M.K.Atatürk prospekti, 3078A məhəllədə Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın A3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145,11 kv.metr olan 34 saylı mənzilə görə borcu olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(101)-72/2019 saylı Hökmünün 105-ci səhifəsinin 1-ci abzasından müəyyən olunur ki, 130500,00 manat pul məbləgi Cavabdeh2 Cavabdeh1 MMC tərəfindən verilsə də, onun tərəfindən həmin məbləğ iddiaçılara verilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddələrinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçılar elektrik malların alqısatqısı ilə məşğul olurlar və bu işlə əlaqədar elektrik ustası Cavabdeh2 ilə tanış olmuşlar. O, iddiaçıların Dərnəgül şossesində işlətdikləri mağazadan elektrik mallarını alıb, həmin malları Bakı şəhəri, M.K.Atatürk prospekti 3078A məhəlləsində Cavabdeh1 MMC tərəfindən inşa edilən binada işlətmişdir. Onlardan aldığı və binanın inşasında işlətdiyi elektrik malların dəyəri kimi Cavabdeh2 Cavabdeh1 MMC-yə gördüyü işlərin müqabilində ona verilmiş iki mənzili hər birinın adına ayrı-ayrı sənədləşdirə bildiyini söyləmiş və nəticədə iddiaçılar onunla belə bir razılığa gəlmişlər. Onlardan alınmış malların həqiqətən də binanın inşasında istifadə edilməsinin şahidi olaraq binadan iddiaçıların adına mənzil sənədləşməsinə razılıq vermişlər. Bundan sonra, İddiaçı1 adına binanın C korpusunun 16cı mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 139 kv.m. olan 31 saylı mənzil yazılmaqla xx xxx 2012-ciil tarixli 459 №-li alq-satqı müqaviləsi və maliyyə arayışı, habelə İddiaçı2 adına binanın A3 kopusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 34 saylı mənzil yazılmaqla xx xxx 2012-ci il tarixli 494 №-li alqı-satqı müqaviləsi və maliyyə arayışı verilmişdir. Eldənizin adına olan mənzilin dəyəri 125100,00 manat təşkil etmişdir. Cavabdeh2 həmin məbləğin ödənişi işə bağlı birgə razılığa görə 25 000,00 manata hesablanmaqla «Mersedes-E klass» markalı avtomobili verib Cavidin aldığı elektrik mallarına görə olan borcundan 100 000,00 manatı silmişlər. Elşənin adına olan mənzilin dəyəri isə təxminən 130 500,00 manat təşkil etmişdir. Həmin məbləğin ödənişi ilə bağlı Cavabdeh2 30 500,00 manat pul verib aldığı elektrik mallarına görə onlara olan borcundan 100 000,00 manatı silmişlər. İddiaçılar mənzilləri almaq istəyəndə, iki il ərzində buna nail ola bilməmişlər və sonda iddiaçılara məlum olmuşdur ki, Cavabdeh2 onların adına olan mənzillər Cavabdeh1 MMC tərəfindən başqa şəxslərə də satılmışdır. Cavabdeh1 MMC-nin işçiləri barədə dələduzluq maddəsi ilə cinayət işi başlanmış və istintaqın gedişatında İddiaçı1 satılmış mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı2 adına sənədləşdirilən mənzillə əlaqədar iddiaçılara dəymiş ziyan ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-72/2019 saylı hökmündən müəyyən olunur ki, 130 500,00 manat pul məbləgi Cavabdeh2 Cavabdeh1 MMC tərəfindən verilsədə, onun tərəfindən həmin məbləğ iddiaçılara verilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, iddiaçıların tələb etdiyi 130.500 manat pul məbləgi Cavabdeh1 tərəfindən digər Cavabdeh2 ogluna verilsədə, O, həmin pul məbləgini iddiaçılara qaytarmamış, nəticədə hüquqi əsas olmadan başqa şəxslərin hesabına əsassız varlanmışdır. Belə ki, əsasız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Göründüyü kimi iddia Cavabdeh2 ogluna hissədə əsaslı oldugundan təmin olunmalıdır. İddia tələbinin Cavabdeh1nə aid hissədə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-72/2019 saylı hökmündən müəyyən olunur ki, 130 500,00 manat pul məbləgi Cavabdeh2 Cavabdeh1 MMC tərəfindən ödənilmişdir. Ona görə də iddia Cavabdeh1nə aid hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 130500,00 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçılara ödənilməli, iddia, Cavabdeh1nə aid hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 130500,00 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia, Cavabdeh1nə aid hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar