Məhkəmə qərarları › İş №e-2-2(113)-2399/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2399/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2399/2020 24.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı “Holcim” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixində bağlanmış O000763687 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçının xeyrinə 3695.7 manat məbləğində əsas borcun, köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixində bağlanmış O000763687 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçının xeyrinə 3695.7 manat məbləğində əsas borcun, köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, “İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit edilmişdir ki, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi cavabdehin vergi ödəyicisi kimi rəsmi qeydə alındığı ünvan ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətindən yaranmışdır ki, cavabdeh sahibkarlıq fəaliyyətini Abşeron rayonunda həyata keçirir və həmin rayonda qeydə alındığı üçün mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Holcim” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixində bağlanmış O000763687 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçının xeyrinə 3695.7 manat məbləğində əsas borcun, köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar