Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-24/2021 12.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 95251,38 manаt xidmət haqqının və 9525 manat məbləğində penyanın tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, X6 ilə Cavabdeh MMC arasında şəbəkə üzərindən xidmətlərin göstərilməsinə dair xx.xx.2012-ci il tarixli 33/12 nömrəli Müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə görə MHM Cavabdeh MMC-yə “AzDataCom” şəbəkəsi üzərindən xidmət göstərməyi, Cavabdeh MMC isə bunun müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam icra etsə də, qarşı tərəf öz öhdəliklərini lazımi qaydada icra etməmiş və xidmət haqqını tam ödəməmişdir. Bu səbəbdən də, MHM tərəfindən xidmətin göstərilməsi müqavilənin 3.4-cü bəndinə uyğun olaraq xəbərdarlıq olunmadan xx.xx.2016-cı il tarixindən dayandırılmışdır. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixinə olan ödənilməmiş xidmət haqqı borcu 95251,38 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq MHM tərəfindən cavabdehə xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərində borc məbləğinin ödənilməsi ilə bağlı yazılı müraciət edilsə də, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən tərəflər öhdəliklərinin icrasını gecikdirdiyi hallarda hər gecikdirilən günə Müqavilənin ümumi qiymətinin 0,1% məbləğində, lakin müqavilənin ümumi dəyərinin 10% ötməmək şərti ilə penya ödəyir. Bu baxımdan müqavilə üzrə hesablanan penyanın məbləği 9525 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli 33/12 saylı “AzDataKom” xidmətinin göstərilməsi üçün MHM ilə “Abunəçu” arasında bağlanmış müqaviləyə əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X6 müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-nin müraciətinə əsasən “AzDataKom” şəbəkəsi xidmətlərindən istifadə edilməsini təmin etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli, HG seriyalı, 240712 nömrəli Elektron qaimədən görünür ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin qiyməti 5730 manat, xx.xx.2015-ci il tarixli, HK seriyalı, 161679 nömrəli Elektron qaiməyə əsasən 14520 manat, xx.xx.2016-cı il tarixli, HK seriyalı, 356819 nömrəli Elektron qaiməyə əsasən 12920 manat, xx.xx.2016-cı il tarixli, HK seriyalı, 466803 nömrəli Elektron qaiməyə əsasən 12740 manat, xx.xx.2016-cı il tarixli, HK seriyalı, 648316 nömrəli Elektron qaiməyə əsasən 12740 manat, xx.xx.2016-cı il tarixli, HK seriyalı, 780764 nömrəli Elektron qaiməyə əsasən 12740 manat, xx.xx.2016-cı il tarixli, HL seriyalı, 020756 nömrəli Elektron qaiməyə əsasən 10540 manat, xx.xx.2016-cı il tarixli, HL seriyalı, 151069 nömrəli Elektron qaiməyə əsasən 1050 manat və xx.xx.2016-cı il tarixli, HL seriyalı, 278402 nömrəli Elektron qaiməyə əsasən 10890 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC-nin X3 göstərilən xidmətlərə görə xidmət haqqı borcu bugünə 95251 manat 38 qəpik təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə kompüter – texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Cavabdeh İSP internet provayderinə “AzDataKom” şəbəkəsi üzərindən “188.72.130.137” saylı “İP” ünvan, vlan-id “3008” texniki göstəricilər təhkim olunmaqla internet xidmətlərinin göstərilməsi müəyyənləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən cavabdeh hesab – təqdim olunduğu andan 5 gün müddətində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, xidmətlərin göstərilməsi təqdim olunmuş sübutlar, ekspert rəyi, elektron qaimələrlə təsdiqini tapdığından iddianın əsas borca dair hissəsinin təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 95251,38 manat əsas borca 9525 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 9525 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 28 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə komputer–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 61,17 manat məbləğində pul vəsaitinin 56,17 manat məbləğində hissəsi cavabdehdən, 5 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 95251,38 manat məbləğində xidmət haqqının və 1000 manat məbləğində penya omaqla ümumilikdə 96251,38 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 ödənilsin. Məhkəmə komputer–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 61,17 manat məbləğində pul vəsaitinin 56,17 manat məbləğində hissəsi Cavabdehndən, 5 manat məbləğində hissəsi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-24/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-24/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver