Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2401/2020 07.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 1,514.80 manat məbləğində əsas borcun, 318,11 manat məbləğində faiz borcunun, 1500 manat məbləğində hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumuna görə ödənilmiş məbləğ olmaqla cəmi 3,362.91 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı xx xxx 2019-cu il tarixli xidmət müqaviləsi üzrə yaranmış 1514.80 manat məbləğində əsas borc və 318.11 manat məbləğində faiz borcundan əlavə, eyni zamanda hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət olunması üçün çəkilən hüquqi xidmət xərclərinin əvəzi olaraq 1500 manat məbləğində xidmət haqqının ödənilməsini tələb etmişdir. Lakin göstərilən hüquqi xidmətin müqabilində 1500 manat ödənişin edilməsini təsdiq edən hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbini təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda məhkəmə MPM-nin 284-4.1.2-ci maddəsinin tələblərini tətbiq edərək hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2401/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2401/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver