Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2402/2023 01.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 68.000 manat məbləğində borc pulu və ödənilmiş 580 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə məxsus müxtəlif növ və qiymətdə xammal məhsulları alınmışdır. İddiaçı MMC və Cavabdeh QSC arasında plastik xammalın alqı-satqısı haqqında müxtəlif saylı müqavilələr bağlanmışdır. Cavabdeh QSC UT-006/21 saylı müqaviləyə və EBBF №: 807352 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10974.00 manat, xx.xx.2021 tarixli 40/21 sayli alqısatqı müqaviləsi və EBBF №: 864814 seriyalı və nömrəli elektron qaiməyə əsasən 7319.66 manat, xx.xx.2021 tarixli 40/21 sayli alqı-satqı müqaviləsinə və EBBG №: 427167 seriya və nömrəli elektron qaiməyə əsasən 8998.68 manat, xx.xx.2021 tarixli 40/21 sayli alqı-satqı müqaviləsinə və EBBH №: 007871 seriya və nömrəli elektron qaiməyə əsasən 4938.30 manat, UT-006/21 saylı müqaviləyə, EBBM №: 345376 seriya və nömrəli elektron qaiməyə əsasən 24228.47 manat, UT-006/21 saylı müqaviləyə və EBBJ №: 853693 seriya və nömrəli elektron qaiməyə əsasən 51443.87 manat, UT-006/21 saylı müqaviləyə və EBBL №: 854021 seriya və nömrəli electron qaiməyə əsasən 54727.69 manat, xx.xx.2021 tarixli 40/21 sayli alqi satqi müqaviləyə və EBBH №: 007929 seriya və nömrəli elektron qaiməyə əsasən 4938.30 manat məbləğində borcu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf borclarının bir hissəsini qaytarsa da bir hissəsi onlar tərəfdən ödənilməmişdir. Lakin cavabdeh borcu ödəməkdən imtina edir və bugünədək 68.000 manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesi keçirilmiş və arayış alınmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili əvvəlcə cavabdeh tərəfindən bir qisim ödənişin olunduğunu, daha sonra isə mallarda olan problemlə bağlı tərəflər arasında şifahi razılaşmanın olduğunu və ödənilməli olan məbləğdən heç bir ödənişin olmadığını qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh QSC “alıcı” İddiaçı MMC “satıcı” olmaqla imzalanmış xx.xx.2021 tarixli UT-006/21 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. 2.1 bəndə əsasən müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda və elektron qaimələrdə göstərilir. EBBL seriyalı, 854021 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 54.727,69 manat, EBBH seriyalı, ******* nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4.938,3 manat, EBBF seriyalı, 864814 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 7.319,66 manat, EBBM seriyalı, 345376 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 24.228,47 manat, EBBM seriyalı, 693019 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 34.430,98 manat, EBBL seriyalı, 205703 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 60.117,51 manat, EBBG seriyalı, 427167 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 8.898,68 manat, EBBF seriyalı, 807352 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 10.974 manat, EBBL seriyalı, 677321 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 43.622,32 manat, EBBH seriyalı, 007929 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4.938,3 manat, EBBJ seriyalı, 853693 nömrəli, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 51.443,87 manat İddiaçı MMc tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmşdir. xx.xx.2021 tarixli təhvil-təslim aktında ümumilkdə 51.443,87 manat məbləğində malın təhvil verildiyi göstərilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin möhürləri ilə təsdiq edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə iddiaçı tərəfindən qarşı tərəfə elektron qaimələr göndərilmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 409.4 maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetirilir. Belə olan halda isə iddia tələbi əsas borc hissəsində təmin edilməli və 68.000 manat əsas borc cavabdehdən iddianın xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində ümumi məbləğ 68.000 manat göstərilmişdir. Həmin məbləğin 51.443,87 manat hissəsi tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə sübut olunur. Yerdə qalan məbləğlə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 2.1 bəndində qeyd edilir ki, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda və ya elektron qaimə ilə müəyyən olunur. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə şərtində elektron qaimələr üzrə ödənişin olması razılaşdırılmışdır. Belə olan halda məhkəmə işin hallarına məcmu şəkildə qiymət verərək hesab edir ki, 68.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. İddiaçı 580 manat dövlət rüsumunun ödənilməsini təlb etsə də məhkəmə qeyd edir ki, ümumilikdə 400 manat mediasiya xərci ödənilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 68.000 manat və ödənilmiş 400 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2402/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2402/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver