Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2403/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 Dış Tic.LTD. ŞTİ-yə qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 şəhərində yerləşən (ünvanı- Türkiyə Cumhuriyyəti, İstanbul, Bakırköy, Florya,Cad. X6 Sok. № 26 D:1 Florya,) «X5 Dış Tic. LTD.ŞTİ.» şirkətinin bank hesabına: - 04 saylı köçürmə ərizəsi ilə xx xxxx 2016-cı il tarixdə göndərdiyi 13521,94 ABŞ dolları, - 05 saylı köçürmə ərizəsi ilə xx xxxxxx 2016-cı il tarixdə köçürdüyü 9400 ABŞ dolları, - 06 saylı köçürmə ərizəsi ilə xx xxxxxx 2016-cı il tarixdə köçürdüyü 9924,79 ABŞ dolları və - 07 saylı köçürmə ərizəsi ilə xx xxxxxxxx 2016cı il tarixdə köçürdüyü 6100,90 ABŞ dolları, cəmisi isə 4 dəfəyə köçürdüyü 38947,63 ABŞ dolları məbləğində əsas pulun, - köçürdüyü 38947,63 ABŞ dolları dəyərində əsas pula görə Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş cəmi 10 faizdən artıq olmamaq şərtilə ümumi məbləğin 10 faizini təşkil edən 3894,76 ABŞ dolları məbləğində cərimə pulunun, əldən çıxmış gəlir kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2020-cu il tarixə kimi cəmi 28447,71 ABŞ dolları məbləğində pulun və işgüzar nüfuzuna vurulmuş mənəvi zərər kimi isə 50000 ABŞ dolları olmaqla, cəmi 121290,10 ABŞ dolları məbləğində pulun, bundan başqa, ödədiyi 30 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 400 manat olmaqla 430 manat məbləğində pulun «X5 Dış Tic. LTD.ŞTİ.» şirkətindən (təmsilçisi Erşan X4- ünvanıünvan 2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini imzalamış Vəkil kimi səlahiyyəti təsdiq edilsə də, iddia ərizəsini imzalamaq səlahiyyəti verən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 150.0-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.3-ci maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; 150.0.4-ci maddəsinə əsasən kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikası MPM-nin: 152.1-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.4-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ərizəyə pretenziya riayət edilməsinə dair sənədlə yanaşı iddia ərizəsinin alınmasını təsdiq edən sübutun təqdim edilməsi nəzərdə tutulsa da, elektron kabinetə Azərpoçtun xx.xx.2019-cu il tarixli iş üzrə cavabdeh olmayan Ersan Tunaya (şirkətə deyil) göndərilən məktubun qəbzi əlavə edilmişdir. Göründüyü kimi iddia ərizəsinin Türkiyə Cumhuriyyəti, İstanbul, Bakırköy, Florya,Cad. X6 Sok. № 26 D:1 Florya ünvanında yerləşən X5 Dış Tic.LTD. ŞTİ tərəfindən alınması barədə və mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə tərtib edilən iddia ərizəsinin mətni və məzmunu latın qrafikasından deyil, anlaşılmayan şriftlərdən (hərflər) ibarət qrafikadan istifadə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X5 Dış Tic.LTD. ŞTİ-yə qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “İddiaçı izah edilsin ki, iddia ərizəsini imzalamaq səlahiyyəti verən etibarnamə, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra azərbaycan dilində (latın qrafikası ilə) tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2403/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2403/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver