Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2405/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 36329.5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 468.13 manat, İşsizlikdən sığorta fonduna olan 18.77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 74.84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri, Maraqlı şəxs barəsində (doğulduğu tarix və yer - xx xxxxxxxx 1992-ci il, Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 1128260) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 93.68 manat, dövlət büdcəsinə 7547.18 manat məbləğində ( o cümlədən vergilər üzrə 7369.92 manat, faizlər üzrə 177.26 manat), İşsizlikdən sığorta fonduna 3.76 manat 3.76 manat, İcbari Tibbi Sığorta Fonduna 14.98 manat, "xxxx" MMCnin (VÖEN:**********), Dövlət Sosial Müdafiə Fonduna 93.59 manat, X2 Fonduna 14.96 manat, dövlət büdcəsinə 7023.21 manat məbləğində ( o cümlədən vergilər üzrə 6864.95 manat, faizlər üzrə 158.86 manat), İşsizlikdən sığorta fonduna 3.75 manat, "xxxx" MMCnin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 93.68 manat, İşsizlikdən sığorta fonduna 3.76 manat, dövlət büdcəsinə 7091.31 manat məbləğində ( o cümlədən vergilər üzrə 6924.74 manat, faizlər üzrə 166.57 manat), İcbari Tibbi Sığorta Fonduna 14.98 manat, "xxxx" MMC-nin (VÖEN:**********), İşsizlikdən sığorta fonduna 3.75 manat, İcbari Tibbi Sığorta Fonduna 14.96 manat, Dövlət Sosial Müdafiə Fonduna 93.59 manat, dövlət büdcəsinə 7529.45 manat məbləğində ( o cümlədən vergilər üzrə 7359.81 manat, faizlər üzrə 169.64) manat , "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 14,96 manat, dövlət büdcəsinə 7138.35 manat məbləğində ( o cümlədən vergilər üzrə 6977.51 manat, faizlər üzrə 160.84 mana), İşsizlikdən sığorta Fonduna 3.75 manat, Dövlət Sosial Müdafiə Fonduna 93.59 manat olmaqla, ümumilikdə 36891.24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********241500, xx.xx.2023-cü il tarixli, **********405400, xx.xx.2023-cü il tarixli, **********240800, xx.xx.2023-cü il tarixli **********735600, xx.xx.2023-cü il tarixli, **********697200, xx.xx.2023-cü il tarixli, **********471900, xx.xx.2023-cü il tarixli **********782500, xx.xx.2023-cü il tarixli **********467400, xx.xx.2023-cü il tarixli **********781800, xx.xx.2023-cü il tarixli **********841900, xx.xx.2023-cü il tarixli **********763400, 12.xx.xx.2023-cü il tarixli **********881000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs verdiyi izahatda bildirdi ki, onun hüquqi şəxslər və hesablanmış borc barədə hər hansı məlumatı yoxdur. Ərizədə göstərilən hüquqi şəxslərin ona aidiyyatı yoxdur. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü çil-çıraqların və sair işıqlandırıcı cihazların pərakəndə satışı olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Həsən-zadə Fərid Camal oğludur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda zərgərlik məmulatlarının (qızıl və almazdan hazırlanmış) pərakəndə satışı olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Həsən-zadə Fərid Camal oğludur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü dəftərxana ləvazimatlarının pərakəndə satışı olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Həsən-zadə Fərid Camal oğludur Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü optik malların pərakəndə satışı olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Həsən-zadə Fərid Camal oğludur. "xxxx" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 9778.12 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 9120.95 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 9270.43 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 9200.35 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 9791.54 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.34 manat, xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişə əsasən vergilər üzrə 6880.68 manat, faizlər üzrə 96.33 manat, xx.xx.2023-cü il tarixli, **********3 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.16 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.34 manat, xx.xx.2023-cü il tarixli, **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.16 manat, xx.xx.2023cü il tarixli, **********7 nömrəli bildirişə əsasən vergilər üzrə 7375.54 manat, faizlər üzrə 95,88 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.18 manat, xx.xx.2023-cü il tarixli, **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.43 manat, xx.xx.2023-cü il tarixli, **********4 nömrəli bildirişə əsasən vergilər üzrə 6940.46 manat, faizlər üzrə 97.17 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.43 manat, xx.xx.2023-cü il tarixli, **********7 nömrəli bildirişə əsasən vergilər üzrə 7385.63 manat, faizlər üzrə 103.40 manat, xx.xx.2023-cü il tarixli, **********7 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqıları üzrə 13.80 manat, faizlər üzrə 1.18 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********9 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 86.25 manat, faizlər üzrə 7.34 manat, xx.xx.2023-cü il tarixli, **********5 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 13.80 manat, faizlər üzrə 1.16 manat, xx.xx.2023cü il tarixli, **********9 nömrəli bildirişə əsasən vergilər üzrə 6993.24 manat, faizlər üzrə 97.91 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən hüquqi şəxslər vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən onlara vergi borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxslərin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onların icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 36329.5 manat Dövlət Sosial Müdafiə Fonduna olan 468.13 manat, İşsizlikdən sığorta fonduna olan 18.77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 74.84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 36329.5 manat Dövlət Sosial Müdafiə Fonduna olan 468.13 manat, İşsizlikdən sığorta fonduna olan 18.77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 74.84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (doğulduğu tarix və yer - xx xxxxxxxx 1992-ci il, Azərbaycan, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 1128260) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2405/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2405/2024
19.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver