Məhkəmə qərarları › İş №e-2-2(113)-2409/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2409/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2409/2022 23.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 13505,98 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X5” MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 114 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Təqdim edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qaimə faktura sənədlərinə əsasən, xx.xx.2020-ci il tarixli, 114 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh bu günə kimi ümumilikdə 15315,30 manat məbləğində gips və sement əsaslı inşaat materialları təhvil verilmişdir. Tərəfimizdən üzərimizə götürdüyümüz öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 13505,98 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqı münasibətlərinin yekununda - xx.xx.2021-ci il tarixdə keçirilən yoxlama zamanı müştərinin qalıq borcu müəyyən edilərək üzləşdirmə aktı tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Tərtb edilən üzləşdirmə aktına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-ə 14 005,98 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Müəyyən ödənişlər həyata keçirildikdən sonra cavabdehin müəssisəyə 13 505,98 qalıq borcu qalmış, lakin öhdəliklərini bu günə kimi icraetməmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. S onuncu dəfə xx.xx.2022-ci il tarixdəcavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydayasalınması məqsədilə heç bir addım atılmamışdır. Həmçinin mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə riayət edilməklə cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2022-ci il tarixdə təyin edilmiş iclasda da tərəflər arasındarazılıq əldə edilməsi mümkünsüz olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 500 manat məbləğində xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən nəzərə alındığını və əsas borcdan silindiyini, bundan əlavə 200 manat məbləğində xx.xx.2022-ci il tarixli ödənişin İddiaçı MMC-nin sisteminə oturduğunu, lakin 100 manat məbləğində ödənişlə, həmçinin ödənişlərin hissə-hissə aparılması barədə məlumatın olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında məhkəməyə təqdim edildiyi kimi 500, 200 və 100 manat olmaqla cavabdeh tərəfindən ödənişlərin aparıldığını və tərəflər arasında olan şifahi razılaşmaya əsasən ödənişlərin hissə-hissə aparılacağını nəzərə alaraq iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02 noyabr 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 114 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 23 oktyabr 2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh iddiaçıya 14005,98 manat məbləğində borcu vardır. 15 aprel 2022-ci il tarixli MŞB/11-00020 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. 06 aprel 2022-ci il tarixli 25570 nömrəli qəbzdən görünür ki, Cavabdeh 500 manat məbləğində borcunu ödəmişdir. 27 aprel 2022-ci il tarixli 14783 nömrəli qəbzdən görünür ki, Cavabdeh 200 manat məbləğində borcunu ödəmişdir. 06 iyun 2022-ci il tarixli 16507 nömrəli qəbzdən görünür ki, Cavabdeh 100 manat məbləğində borcunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu tam olaraq ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2021-ci il tarixli üzləşmə aktından göründüyü kimi, cavabdehin həmin tarixə 14005,98 manat borcu olmuş, 06 aprel 2022-ci il tarixdə həmin borcdan 500 manant ödənildiyinə görə iddiaçı 13505,98 manat məbləğində tələb irəli sürmüşdür. Bundan əlavə 27 aprel 2022-ci il tarixli və 06 iyun 2022-ci il tarixli ödəniş qəbzlərini nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcundan 300 manat ödənildiyinə görə Cavabdeh İddiaçı MMC-yə 13205,98 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13205,98 manat əsas borc və 200 manat mediasiya xərci cəmi 13405,98 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13205,98 manat əsas borc və 200 manat mediasiya xərci cəmi 13405,98 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar