Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-241/2020 07.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı konsessiya müqaviləsi üzrə yaranmış 8260 manat borcun cavabdehdən tutularaq iddiaçının bank hesabına birdəfəlik köçürülməsi, “PAŞA İnşaat” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 280 manat tərcümə haqqının cavabdehdən tutularaq iddiaçının bank hesabına birdəfəlik ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı konsessiya müqaviləsi üzrə yaranmış 8260 manat borcun cavabdehdən tutularaq iddiaçının bank hesabına birdəfəlik köçürülməsi, “PAŞA İnşaat” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 280 manat tərcümə haqqının cavabdehdən tutularaq iddiaçının bank hesabına birdəfəlik ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,xx xxxxxx 2018-ci il tarixdə, iddiaçı ilə cavabdeh arasında konsessiya müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1-ci Maddəsinə əsasən iddiaçıcavabdehə Bakı şəhəri, Azadlıq prospekti, 674 ünvanında yerləşən JW X1 müqavilədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün 28.82 kvmetr məkanasahib olmarazılığı vermişdir. Həmin Müqavilənin 2-ci Maddəsinə əsasən cavabdeh gözəllik salonu xidmətləri göstərirdi. Həmin Müqavilənin 4-cü Maddəsinə uyğun olaraq cavabdeh otel ofisində və ya iddiaçının təyin etdiyi hər hansı digər yerdə iddiaçıya 1400.00 manat (ƏDV xaric) məbləğində aylıq sabit ödəniş etməyə razılıq verir. Aylıq Ödəniş, bank köçürməsi vasitəsilə əvvəlcədən ödənilir. Həmin Müqavilənin 25-ci Maddəsinə əsasən cavabdeh bu müqavilənin hər hansı müddəasını yerinə yetirməzsə, iddiaçı cavabdehin hesabına həmin öhdəlikləri yerinə yetirə bilər (lakin buna məcbur deyildir), həmin xərclərə iddiaçının çəkdiyi məhkəmə xərcləri daxildir. Bu müqavilə üzrə ödənilməli olan məbləğlər və ya iddiaçıya ödəniləcək zərərin məbləği müəyyən edilən ödəniş tarixində ödənilməzsə, bu müqavilə üzrə digər şəkildə ödəniləcək aylıq məbləğlərin hissəsi hesab edilən faizlərə əlavə olaraq, həmin məbləğlər üzrə illik 18% və yaödəniş tarixindən etibarən ödənilənədək hər ay ödənilməli olan qanunla müəyyən edilmiş ən yüksək faiz dərəcəsi ödənilir. Hər hansı belə məbləğlər ödənilmədiyi təqdirdə, iddiaçı cavabdehin aylıq ödənişi və yaxud bu Müqavilə üzrə ödənilməli olan aylıq faiz məbləğini ödəməmiş olduqda tətbiq edilən eyni hüquq və hüquq müdafiə vasitələrinə malikdir. Cavabdeh bu Müqavilə üzrə ödənilməli olan hər hansı məbləğlərin ödənişini gecikdirdiyi təqdirdə, cavabdeh ödənişləri məqsədəuyğun hesab etdiyi bəndlərə yönəldə bilər. Cavabdeh bu müqavilə üzrə ödənilməli olan məbləğlərin hər hansı hissəsini ödəmədiyi, və ya göstərilən bildiriş cavabdeh tərəfindən gecikdirmə müvafiq qaydada aradan qaldırılmadan verildiyi və ya Obyektlər boşaldırıldığı və ya tərk edildiyi təqdirdə, iddiaçı, müvafiq məhkəmə icraatına başlamaqla və ya məcburi qaydada və ya digər şəkildə cavabdeh qarşısında öhdəlik daşımadan dərhal və ya istənilən vaxt Obyektlərə yenidən daxil ola və bütün şəxsləri və əmlakı oradan çıxara bilər. Cavabdeh, bu müqavilənin müddəti başa çatmış olduğu vaxtadək, xitamvermə istisna olmaqla, bu müqavilədə nəzərdə tutulan bütün məbləğlərə ekvivalent məbləğdə olan zərərlərə görə iddiaçı qarşısında öhdəlik daşıyır və bu məbləğ dərhal cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh, həmçinin cavabdehin kənarlaşdırdığı, Obyektlərin təmir edildiyi və təkrar lisenziyalaşdırıldığı zaman yaranmış bütün hüquqi və digər xərcləri, iddiaçının çəkə biləcəyi digər xərcləri, həmçinin iddiaçının qanunla və ya ədalət hüquq normalarınaəsasən malik ola biləcəyi hər hansı digər məbləğləri, tələb edildikdə, iddiaçıya ödəyir. Həmin Müqavilənin 26-cı maddəsinə uyğun olaraq cavabdeh, bu Müqavilənin icrasından və yaxud bu Müqavilə ilə nəzərdə tutulan Xidmətlərdən irəli gələn və ya bunlar nəticəsində baş verən bütün hərəkətlərdən, tələblərdən, məhkəmə iddialarından, məhkəmə qərarlarından, itkilərdən, xərclərdən, məsrəflərdən və yaxud zərərlərdən, o cümlədən vəkil qonorarından, o cümlədən, bunlarla məhdudlaşdırılmadan Obyektlərə, Otelə və ya cavabdehin avadanlığına dəymiş hər hansı zərərdən və ya itkidən iddiaçını, Oteli və Otel sahibini, eyni zamanda onların müvafiq törəmə şirkətlərini, filiallarını, məsul şəxlsərini, direktorlarını, agentlərini, işçilərini, nümayəndlərini, varislərini və hüquqi varislərini (birlikdə “Marriott-un Məsuliyyətdən azad edilmiş tərəfləri”) qoruyur və məsuliyyətdən azad edir. Həmçinin cavabdeh, özünün Oteldə çalışan hər hansı işçilərinin və ya agentlərinin sağlamlıqlarına dəymiş zərərə və ya onların ölümünə görə və ya bunlardan irəli gələn, yaxud cavabdehin göstərdiyi Xidmətlərdən və ya özünün işçilərinin, agentlərinin, dəvət edilmiş şəxslərinin, müştərilərinin və ya qonaqlarının Oteldə olduğundan irəli gələn hər hansı digər şəxsin sağlamlığına dəymiş zərərə və ya onun ölümünə görə və ya bunlardan irəli gələn bütün hərəkətlərdən, pretenziyalardan, məhkəmə iddialarından, tələblərdən, məhkəmə qərarlarından, itkilərdən, xərclərdən, məsrəflərdən və yaxud zərərlərdən, o cümlədən vəkil qonorarlarından, Marriottun Məsuliyyətdən azad edilmiş tərəflərini qoruyur və məsuliyyətdən azad edir. Bu maddədə göstərilən müddəalar bu Müqaviləyə xitam verildikdən sonra da qüvvədə qalır. Hazırda müqavilə üzrə cavabdehin 8260 manat borcu yaranmışdır. Qeyd olunan borcun olmasının təsdiqi kimi Tərəflər arasında xx xxx 2019-cu il tarixli təhvil-təslim aktı, üzləşmə aktı imzalanmışdır. Cavabdeh qeyd olunan borcu bugünə qədər ödəməmiş və ödəməkdən imtina edir. xx.xx.2019-cu il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək 8260 manat məbləğdə yaranmış borcun ödənilməsi tələb edilmişdir. Ancaq iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim edənə qədər cavabdeh tərəfindən konsessiya müqaviləsi üzrə yaranmış borc ödənilməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə tərəflər arasında imzalanmış müqavilənin tərcümə edilməsi üçün 280 manat xərc çəkilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxx 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisi haqqında məlumatın surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi xx xxxxxxxx 2017-ci il tarixdə uçota alınmaqla ona ********** saylı VÖEN verilmişdir. xx xxxxxx 2018-ci il tarixli Konsessiya müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə Bakı şəhəri, Azadlıq prospekti, 674 ünvanında yerləşən JW X1 müqavilədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün 28.82 kvmetr məkana sahib olma razılığı verməyi, cavabdeh isə gözəllik salonu xidmətləri göstərməyi və iddiaçıya 1400.00 manat (ƏDV xaric) məbləğində aylıq sabit ödəniş etməyə razılıq verməyi öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin fevral, mart, aprel, may və iyun ayları üzrə icarə haqqı borcu hər ay 1652 manat olmaqla, cəmi 8260 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli 255522 saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən sənədlərin tərcüməsi üçün 280 manat pul X2 hesabına ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Konsessiya müqaviləsinə əsasən iddiaçı cavabdehə Bakı şəhəri, Azadlıq prospekti, 674 ünvanında yerləşən JW X1 müqavilədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün 28.82 kvmetr məkana sahib olma razılığı verməyi, cavabdeh isə gözəllik salonu xidmətləri göstərməyi və iddiaçıya 1400.00 manat (ƏDV xaric) məbləğində aylıq sabit ödəniş etməyə razılıq verməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 2019-cu ilin fevral, mart, aprel, may və iyun ayları üzrə icarə haqqı borcu hər ay üçün 1652 manat olmaqla, cəmi 8260 manat təşkil edir. Bundan başqa, iddiaçı cavabdehə qarşı hazırki iddianın verilməsi ilə bağlı tərcümə xidmətinə görə 280 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə borc təsdiq olunduğundan 8260 manat icarə haqqı və tərcümə xidmətinə görə ödənilmiş 280 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Konsessiya müqaviləsi üzrə yaranmış 8260 manat borc, “PAŞA İnşaat” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 280 manat tərcümə haqqı Cavabdehndən tutularaq İddiaçıməhdud məsuliyyətli cəmiyyətinin bank hesabına birdəfəlik ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-241/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-241/2020
07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver