Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2410/2022 09.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesablanmış 4881,60 manat borcun **********00001 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən hesablanmış 4881,60 manat borcun **********00001 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində **********00001 saylı abonent kodu olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri iddiaçı tərəfindən daim vaxtlı vaxtında ödənilmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən 27.09.2018-ci il tarixdə ******* saylı akt tətrtib edilərək iddiaçıya 4881,60 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən bu kimi saxtakarlıq nəticəsində iddiaçıya əsassız borc hesablanmışdır. Akt iddiaçının istifadəsində olan G-4 tipli qaz sayğacının laboratoriyada aparılmış yoxlama nəticəsində guya sayğaclara müdaxilə olunduğu üçün yəni guya Sayğacın çıxış plastmas borusu deşildiyi üçün tərtib edilmişdir. Laboratoriyada yoxlama aparılan zaman iddiaçıya məlumat verilməmiş və ümumiyyətlə sayğaca müdaxilə olunsa belə iddiaçının təqsirinin olmasına dair hər hansı dəlil belə yoxdur. Cavabdeh təşkilat birtərəfli qaydada qanunsuz akt tərtib edərək əsassız borc hesablamışdır. İş materiallarından da göründüyü kimi iddiaçı G-4 tipli qaz sayğacından istifadə edir, yəni qaz işlədicilərinin cəminin maksimal saatlıq qaz sərfi 6 m qədərdir. Belə olan halda iddiaçı məişət qaz qurğusundan istifadə edən istehlakçıdır. Qaz sayğacı iddiaçının mühafizə edə bilməyəcəyi yerdə yəni yol tərəfdə quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olmuş, yəni sayğacın bütövlüyü pozulmamış və belə olan halda qaz sayğacının daxilinə müdaxilə edilməsi qeyri mümkündür. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırsa da bununla bağlı cavabdeh təşkilat iddiaçıya hər hansı sənəd təqdim etməkdən imtina etmiş, lakin təzəlikcə həmin saxta aktları əldə etmək mümkün olmuşdur. Cavabdeh təşkilat bu məsələnin araşdırılacağını və artıq hesablanmış borcun silinəcəyi vədləri versədə əfsuslar olsun ki, bu yalnız sözdə qalan vədlər olmuşdur. Abonent saldosundan da göründüyü kimi iddiaçı istifadə etdiyi qazın dəyərini daim vaxtı vaxtında ödəmişdir. Hesablanmış borclarla bağlı tərtib edilmiş aktların hüquqi əsasını təşkil edən sənədləri istədikdə cavabdeh tərəfindən iddiaçıya heç bir sənəd təqdim edilə bilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçının istifadəsində olan G-4 tipli qaz sayğacı lobaratoriyada yoxlanılması üçün göndərilmiş və müəyyən olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmiş və qaz sərfiyyatını tam həcmdə qeyd etmir. Sayğacın istismarı ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar itirilmiş qazın həcmi hesablanmış, itirilmiş qazın həcmi 24408 kub.metr qəbul edilmiş və 4881,6 manat borc müəyyən olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 18.09.2018-ci il tarixli 29/1710-01472/4-2 saylı Aktın surətindən görünür ki, Dövlət yoxlamasına aparılmış G4 markalı smart-kart tipli qaz sayğacına 14.09.2018-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. 21.09.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, 29/1710-01472/4-2 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. 28.09.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 24408 kub.metr müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2018-ci ilin sentyabr ayına 4881,60 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus G4 markalı smart-kart tipli qaz sayğacı Dövlət yoxlamasına aparılmış, sayğaca 14.09.2018-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunaraq 18.09.2018-ci il tarixli 29/1710-01472/4-2 saylı akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 21.09.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2018-ci ilin sentyabr ayına 4881,60 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 4881,60 manat məbləğində borc hesablanması müəyyən olunduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia təmin edildiyini və iddiaçı tərəfindən mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, 68,81 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 4881,60 manat borc **********00001 saylı abonent kodundan silinsin. 68,81 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2410/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2410/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver