Məhkəmə qərarları › İş №e-2-2(113)-2422/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2422/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2422/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 37000 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2018-ci il tarixli Hüquqi xidmət müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh MMC-nin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən xidmət haqlarının ödəniləcəyi barədə vədlər verilsə də ödəniş edilməmiş və iddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı iddia qaldırılmış və Cavabdeh MMC-dən 24000 manat məbləğində əsas borc, 4680 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 28710 manat məbləğində borcun tutularaq “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra cavabdeh tərəf barışıq sazişi bağlamağı təklif etmiş və xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında x xxxxx 2018-ci il tarixli “Hüquqi xidmət müqaviləsi”ndən irəli gələn mübahisənin həlli barədə barışıq sazişi bağlanmışdır. Cavabdeh MMC İddiaçı MMC-yə 10000 manat miqdarında kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf kompensasiyanın 4000 manat hissəsini İddiaçı MMC-nin bank hesabına xx xxxxxxxx 2019-cu il tarixində ödəmiş, kompensasiyanın qalan 6000 manat miqdarında məbləği isə 5 iş günü ərzində bank köçürməsi yolu ilə ödəyəcəyini öhdəsinə götürmüş, lakin İddiaçı MMC-nin hesabına yalnız 3000 manat məbləğində pul daxil olmuşdur. Qalan 3000 manat isə Cavabdeh MMC-yə ödənilməmişdir. Həmçinin Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx xxxxxxx 2019-cu il tarixində yeni xidmət müqaviləsi bağlanmışdır. Dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehə xx xxxx 2020-ci il tarixli pretenziya məktubu göndərilsə də borcun ödənilməsi təmin edilməmişdir. Belə ki, barışıq sazişinin 4-cü bəndinə Armada üzərinə götürür ki, yeni müqaviləni 1 il müddətində ləğvi barədə tələb irəli sürməyəcək, yeni müqavilə üzrə ödənişləri vaxtında icra edəcəkdir. Yeni müqavilə 1 il ərzində pozularsa bu sazişin şərtləri qüvvədən düşmüş hesab edilir və bütün münasibətlər əvvəlki müqavilə üzrə davam edəcəkdir. Buna görə də xx xxxxxxx 2019-cu il tarixli müqavilə və barışıq sazişi etibarsız hesab edilməli və xx xxxxx 2018-ci il tarixli müqavilə şərtləri üzrə 37000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: - xx.xx.2018-ci il tarixli hüquqi xidmət müqaviləsinə əsasən Cavabdeh MMC ona mülki, əmək, gömrük, vergi və digər qanunvericilik sahələrində yazılı və şifahi hüquqi məsləhətlərin verilməsi, MMC daxili və xarici hüquqi sənədlərin hazırlanmasında, o cümlədən müqavilələrin layihlərin hazırlanması, təqdim edilmiş müqavilə layihələrinin, hüquqi analaizi, dövlət və qeyri-dövlət orqan, idarə və təşkilatlarında, o cümlədən vergi, gömrük və maliyyə orqanlarında, fiziki şəxslərlə münasibətdə, Azərbaycan Respublikası məhkəmə və hüququ-mühafizə orqanlarında MMC-ni təmsil etmək, onun hüquqlarını müdafiə etmək, təşkil edilmiş işgüzar münasibətlərdə MMC-nin nümayəndələrinin yanında iştirak etmək və ya onun adına çıxış etmək, MMC-yə münasibətdə öz müqavilə və digər öhdəliklərini icra etməyən üçüncü şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya tələbi ilə çıxış etmək, dəymiş zərərin ödənilməsi üçün hüquqi vasitələrdən istifadə etmək və digər hüquqi xidmələr daxil olmaqla İddiaçı MMC-nin aylıq 2000 manat xidmət haqqı ödənilməsi barədə təklifini qəbul etmişdir. - Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli hüquqi xidmət müqaviləsindən irəli gələn mübahisənin həlli barədə barışıq sazişinin surətindən görünür ki, Cavabdeh MMC 10000 manat məbləğində pul vəsaitinin 4000 manat hissəsini ödəmiş, 6000 manat məbləğində hissəsini isə müvafiq qaimə – faktura təqdim olunması şərtilə 5 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Yeni müqavilə 1 il ərzində pouzlarsa sazişin şərtləri qüvvədən düşmüş hesab edilir və bütün münasibətlər əvvəlki müqavilə üzrə davam edəcəkdir. - xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən Cavabdeh MMC müqavilənin 3.1-ci bəndində müəyyn edilmiş xidmətlərin göstərilməsini İddiaçı MMC-yə həvalə edir və İddiaçı MMC isə xidmətlərin göstərilməsinin təmin edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli hüquqi xidmətinin göstərililməsinə dair müqaviləyə əsasən iddiaçı tərəf icraçı kimi cavabdeh cəmiyyətin sifarişi əsasında müqavilədə nəzərdə tutulmuş xidməti göstərmişdir. Bununla belə cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 37000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar