Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2423/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 548,70 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, istifadəyə verilmiş 230 manat olan 23 ədəd 19 litirlik su qablarının (bidonlarının) cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 548,70 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, istifadəyə verilmiş 230 manat olan 23 ədəd 19 litirlik su qablarının (bidonlarının) cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qablaşdırılmış suyun alqı-satqısına dair KR_301/2017 saylı müqavilə bağlanılmışdır. Təfərlər arasında borcun müəyyən edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə tərtib edilmiş üzləşmə aktına əsasən cavabdeh 03.01-xx.xx.2019-cu il üzrə iddiaçıdan ümumi dəyəri 548,70 manat məbləğində mal almışdır. xx.xx.2017-ci il tarixli KR_301/2017 saylı alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən verilmiş malın dəyəri 15 gün müddətində ödənilməlidir. Həmin müqavilə üzrə cavabdehin aldığı mala görə iddiaçıya 548,70 manat məbləğində borcu vardır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh borcunu bu günə qədər də ödəməmişdir. Bununla yanaşı bağlanılmış müqavilə üzrə iddiaçı içməli suyun verilməsi ilə bağlı cavabdehə müvəqqəti istifadəyə görə ümumi dəyəri 230 manat olan 23 ədəd 19 litirlik su bidonları vermişdir ki, cavabdeh həmin əmlakları da iddiaçıya qaytarmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli KR_301/2017 saylı Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı AZS ***-**** tələblərinə uyğun 19 litrlik polikarbonat qablara qablaşdırılmış içməli suyu cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Üzləşmə aktının surətindən görünür ki, cavabdehin xx xxxx 2017-ci il tarixli KR_301/2017 saylı Alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borcu 548,70 manat təşkil edir. xx xxxxxx 2016-cı il tarixli 02850/16 saylı aktın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 230 manat olan 23 ədəd 19 litrlik su bidonu təhvil verilmiş, həmin bidonlar cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2017-ci il tarixli KR_301/2017 saylı Alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı AZS ***-**** tələblərinə uyğun 19 litrlik polikarbonat qablara qablaşdırılmış içməli suyu cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh iddiaçıya 548,70 manat məbləğində borcu qəbul edərək, bu barədə tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə dəyəri 230 manat olan 23 ədəd 19 litrlik su bidonu təhvil verilmiş, həmin bidonlar cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materiallarında olan üzləşmə aktına əsasən təsdiq olunduğundan borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, xx xxxxxx 2016-cı il tarixli 02850/16 saylı akta əsasən cavabdeh iddiaçıdan təvil aldığı dəyəri 230 manat olan 23 ədəd 19 litrlik su bidonunu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddiada cavabdehdən 30 manat dövlət rüsumunun tutulmasını qeyd etsə də, 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan dövlət rüsumunun iddiada 30 manat kimi qeyd edilməsini yanlışlıq olaraq qəbul edir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-790 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 548,70 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İstifadəyə verilmiş 230 manat olan 23 ədəd 19 litirlik su qabları (bidonları) Cavabdehndən alınaraq İddiaçınə geri qaytarılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2423/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2423/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver