Məhkəmə qərarları › İş №e-2-2(113)-2424/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2424/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2424/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1703,27 manat əsas borc, 127 manat dəbbə pulu, 39 manat dövlət rüsumu, ümumilikdə 1870,07 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında B2C№ERC161024BC nömrəli xx.xx.2024-cü il tarixli “Malın alqı-satqı Müqaviləsi” (sonradan “Müqavilə” adlanacaq) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı (İddiaçı MMC) Alıcının (Cavabdeh) sifarişləri əsasında Müqavilənin şərtlərinə uyğun olaraq və qeyd olunmuş müddətdə Alıcıya Malı ltəhvil verməyi, Alıcı isə həmin Malı qəbul edərək, Malın dəyərini Satıcıya ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 5146 manat məbləğində mal satmış və satılmış malların ödənişləri üçün e-qaimələr göndərmişdir. Cavabdeh ona satılmış mallardan müəyyən ödənişlər etsə də, onun 3938,91 manat məbləğində borcu qalmışdır. Borca dair Cavabdeh xx.xx.2024-cü il tarixli“Qarşılıqlı üzləşmə aktı”nı imzalamışdır (xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı” əlavə olunur). “Qarşılıqlı üzləşmə aktı” imzalandıqdan sonra iddiaçı Cavabdeh e-qaimələr göndərmişdir. Cavabdeh 4340,26 manat məbləğində borcundan xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində ümumilikdə 2137 manat ödəniş etmiş və nəticədə onun İddiaçı MMC-yə 2204,10 manat borcu qalmışdır. Satılmış mallara görə ödənişin təmin edilməsi və borcun qaytarılması üçün dəfələrlə cavabdehə edilmiş şifahi müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən iddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya göndərilmiş və 2204,10 manat məbləğində borcu 3 gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubu Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbzə imza etməklə qəbul edilmişdir. Əlavə olaraq, Pretenziya Cavabdeh xx.xx.2024-cü il tarixli P7385/2024 saylı məktubla “Elektron məhkəmə portalı” vasitəsilə və xx.xx.2024-cü il tarixli **********681206 saylı məktubla “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada göndərilmişdir. Pretenziyaları aldıqdan sonra Cavabdeh İddiaçı MMC-yə olan borcundan cəmi 500,83 manat qaytarmış, qalan 1703,27 manat məbləğində borcuna dair xx.xx.2025-ci il tarixində “Qarşılıqlı üzləşmə aktı”nı imzalamışdır. Cavabdeh 1703,27 manat məbləğində borcunu 2 həftə ərzində qaytaracağına dair İddiaçı MMC-yə söz vermiş və xx.xx.2025-ci il tarixli “Razılaşma Protokolu”nu imzalamışdır. Protokola əsasən, Cavabdeh xx.xx.2025- ci il tarixinədək 852,05 manat, xx.xx.2025-ci il tarixinədək isə 852,05 manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməlidir. Lakin cavabdeh Babayev X1 və Protokolun tələblərini pozaraq öz borcunu iddiaçıya ödəməmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 4.2-ci bəndinə əsasən, Müqavilənin Sifarişlərində başqa hal müəyyən edilməyibsə, və ya Tərəflərin razılaşması əsasında ödənişi 10% avans şəklində Satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödənilməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən, Alıcı, Müqavilənin 1 №-li Əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımı qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində Satıcıya dəbbə pulu ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən, Tərəflər Müqavilə ilə üzərilərinə götürdükləri öhdəlikləri icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar və bununla bağlı digər Tərəfə vurduqları zərəri tam ödəməlidirlər. Tərəflər arasında imzalanmış “Razılaşma Protokolu”nun 2-ci bəndinə əsasən, Alıcı (Cavabdeh) ödənişi cədvəl üzrə son ödəniş tarixindən 3 iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq Satıcıya (İddiaçı MMC) hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1% məbləğində gecikmə faizini ödəməyi öz öhdəsinə götürür. Belə olan halda Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı MMC-yə zərər vurmuş və borcu yaranmışdır: əsas borc 1703,27 manat, “Raşılaşma Protokolu”nun 2-ci bəndinə əsasən, xx.xx.2025-ci il tarindən 3 gün sonra (xx.xx.2025) bu günə (xx.xx.2025) kimi (12 gün) ərzində ödənilməyən məbləğin (852,05 manat) 1% məbləğində dəbbə pulu – 85,20 manat (8,52 manat x 10 gün), xx.xx.2025-ci il tarixindən 3 gün sonra (xx.xx.2025) bu günə kimi (5 gün) ərzində ödənilməyən məbləğin (852,05 manat) 1% məbləğində– 42,60 manat (8,52 manat x 5 gün), ümumilikdə isə 127,80 manat məbləğində dəbbə pulu. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün 1703,27 manat əsas borc, 127,80 manat dəbbə pulu, 39 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 443.1, 448, 448.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında B2C№ERC161024BC nömrəli xx.xx.2024-cü il tarixli “Malın alqı-satqı” (sonradan “Müqavilə” adlanacaq) müqaviləsinin 1.1-ci bəndinə əsasən, Satıcı (İddiaçı MMC) Alıcının (Cavabdeh) sifarişləri əsasında Müqavilənin şərtlərinə uyğun olaraq və qeyd olunmuş müddətdə Alıcıya Malı təhvil verməyi, Alıcı isə həmin Malı qəbul edərək, Malın dəyərini Satıcıya ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 3-1-ci bəndinə əsasən, Malin sifarişi, Alıcı tərəfindən, “sifariş forması”nın Satının elektron poçt ünvanına (sonradan “email” adlanacaq) göndərməklə həyata keçirilir. Müqavilənin 3-2-ci bəndinə əsasən, Malın təhvil-təslim edilməsi, Satıcının anbarınan və ya Alıcıya çatdırılması və alıcıya qaimə (və ya Təhvil-təslim aktı) təqdim edilməs yolu ilə həyata keçirilir. Müqavilənin 3-3-cü bəndinə əsasən, Malın təhvil-təslimi zamanı Mal, Alıcının sifarişinə uyğun olduqda, tərəflər (və ya onların nümayəndələri) Mala dair qaiməni (və ya Təhvil-təsli aktı) imzalayırlar. Müqavilənin 4.2-ci bəndinə əsasən, Müqavilənin Sifarişlərində başqa hal müəyyən edilməyibsə, və ya Tərəflərin razılaşması əsasında ödənişi 10% avans şəklində Satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödənilməlidir. Müqavilənin 2.7ci bəndinə əsasən, Alıcı, Müqavilənin 1 №-li Əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımı qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində Satıcıya dəbbə pulu ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən, Tərəflər Müqavilə ilə üzərilərinə götürdükləri öhdəlikləri icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar və bununla bağlı digər Tərəfə vurduqları zərəri tam ödəməlidirlər. Tərəflər arasında imzalanmış “Razılaşma Protokolu”nun 2-ci bəndinə əsasən, Alıcı (Cavabdeh) ödənişicədvəl üzrə son ödəniş tarixindən 3 (üç) iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq Satıcıya (İddiaçı MMC) hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1% məbləğində gecikmə faizini ödəməyi öz öhdəsinə götürür. MT2410 seriyalı 11187606 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 503,19 manat, MT2410 seriyalı 11187608 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 302,59 manat, MT2410 seriyalı 11236631 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1305,59 manat, MT2410 seriyalı 11236638 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1451,79 manat, MT2410 seriyalı 11518352 nömrəli xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 297,50 manat, MT2410 seriyalı 11707475 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 374 manat, MT2410 seriyalı 11783050 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 509,99 manat müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-xx.xx.2025-ci il dövrünə olan B2C№ERC161024BC nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixinə 1703,27 manat borcu qalmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli razılaşma protokolundan görünür ki, “Satıcı” adlanacaq İddiaçı MMC və “Alıcı” adlanacaq fərdi sahibkar Cavabdeh aralarında mövcud olan borc mübahisəsini qarşılıqlı güzəştlər yolu ilə həll edərək bu “Razılaşma Protokolunu” imzalamışlar. Alıcı B2CN5ERC161024BC nömrəli xx.xx.2024-cü il tarixli “Malın alqı-satqı Müqaviləsi” üzrə Satıcıya olan 1704,10 manat məbləğində borcunu aşağıdakı cədvələ uyğun olaraq Satıcıya ödəməyi öz öhdəsinə götürür: 1-ci həftə 852,05 manat son ödəniş tarixi xx.xx.2025-ci il; 2-ci həftə 852,05 manat son ödəniş tarixi xx.xx.2025-ci il. Alıcı, ödənişi cədvəl üzrə son ödəniş tarixindən 3 iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq Satıcıya hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1% məbləğində gecikmə faizini ödəməyi öz öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 39 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qarşılıqlı üzləşmə aktı, razılaşma protokolu) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 1703,27 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1703,27 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 127,80 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 85 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39 manat dövlət rüsumunun 37,88 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh B2C№ERC161024BC nömrəli xx.xx.2024-cü il tarixli “Malın alqı-satqı Müqaviləsi” üzrə 1703,27 manat əsas borc, 85 manat dəbbə pulu olmaqla, ümumilikdə 1788 (min yeddi yüz səksən səkkiz) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat 88 (səksən səkkiz) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar