Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2427/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 28000 manat məbləğində əsas borc, 1400 manat əldən çıxmış fayda, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 29.430 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 28000 manat məbləğində əsas borc, 1400 manat əldən çıxmış fayda, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 29.430 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə 003/18 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı cavabdehin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun aparılmasını, müvafiq hesabatların tərtib edilməsini və vaxtı-vaxtında dövlət orqanlarına təqdim edilməsini, mühasibat sahəsində olan sənədləşmənin aparılmasına dair məsləhətlərin verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən xidmətləri qəbul edib, ödəniş etməyi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin ləğvi barədə müraciət edilənə qədər, yəni Z/002 saylı müraciətlə xx.xx.2020-ci il tarixdən müqavilənin ləğvinin istənilməsi tarixinədək iddiaçı tərəfindən mühasibat xidmətləri həyata keçirilmiş və cavabdeh tərəfin müqaviləyə heç bir etirazı olmadığından ilk aylarda xidmət haqları ödənilmişdir. Cavabdehə 2020-ci ilin fevral ayına kimi xidmət göstərilmişdir. Cavabdeh tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə 2018-ci ilin iyul-avqust ayları üçün 4000 manat, xx xxxx 2019-cu il tarixdə 2018-ci ilin sentyabr ayı üçün 2000 manat, xx xxxx 2019-cu il tarixdə 2018-ci ilin oktyabr ayı üçün 1000 manat, xx xxxxxxx 2019-cu il tarixdə 2018-ci ilin oktyabr ayı üçün 1000 manat, 2018-ci ilin noyabr ayı üçün 1000 manat olmaqla 2000 manat, xx xxxxxx 2019-cu il tarixdə 2018-ci ilin noyabr ayı üçün 1000 manat ödəniş edilmişdir. Beləliklə, göstərilən 19 ay xidmətə görə cavabdeh tərəfindən hər ay 2000 manat olmaqla ödənilməli olan 38.000 manat xidmət haqqının yalnız 10.000 manatı ödənilmiş, bununla da müqavilə ilə götürtülmüş öhdəliyin bir qismi yerinə yetirilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 140155 nömrəli və xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 535075 nömrəli elektron qaimələr əsasında xidmətlər cavabdehə təqdim edilmiş və onun tərəfindən təsdiqlənmiş, lakin ödəniş edilməmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 029583 nömrəli, 31.08.18-ci il tarixli, EAAL seriyalı, 693385 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 351646 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 212266 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 735582 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 147031 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 399841 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 772062 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 876394 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 162799 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 542604 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 822655 nömrəli elektron qaimələr sifarişçiyə göndərilmiş və sifarişçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qaytarılmadığından elektron qaimələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə ünvanlanmış Z/002 saylı müraciətdə xx xxxx 2018-ci il tarixli 003/18 saylı müqavilənin 1 il müddətinə bağlandığı və müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq tərəflər arasında müqavilə münasibətlərinin davam etməsi etiraf edilmişdir. Z/002 saylı müraciətdə xx.xx.2020-ci il tarixindən etibarən iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin dayandırılması xahiş olunmuşdur. Z/002 saylı məktuba xx xxxxxx 2020-ci il tarixdə 001/20 saylı iddiaçı tərəfindən ünvanlanmış cavab məktubunda cavabdehin göstərilən xidmətlərə görə iddiaçıya 28000 manat borcun yarandığı bildirilmiş və borcun ödənilməsinin təmin edilməsi və cavabdehə aid olan sənədlərin təhvil-təslim aktı əsasında qəbul edilməsi barədə aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə elektron qaydada müraciət ünvanlanmış və ödənişin icrası tələb olunmuşdur. Cavabdehə xx xxxx 2020-ci il tarixdə qalıq borcun 10 gün ərzində ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh bu günədək borcun ödənilməsini təmin etməmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya 28000 manat məbləğində əsas borc, 1400 manat əldən çıxmış fayda, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 29.430 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı xx xxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh xx xxxxxxx 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixdə 003/18 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı cavabdehin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun aparılmasını, müvafiq hesabatların tərtib edilməsini və vaxtı-vaxtında dövlət orqanlarına təqdim edilməsini, mühasibat sahəsində olan sənədləşmənin aparılmasına dair məsləhətlərin verilməsini, cavabdeh isə göstərilən xidmətləri qəbul edib, ödəniş etməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixli EAAL seriyalı 029583 nömrəli, 31.08.18-ci il tarixli EAAL seriyalı 693385 nömrəli, xx.xx.2018-ci il tarixli EAAM seriyalı 351646 nömrəli, xx.xx.2018ci il tarixli EAAN seriyalı 212266 nömrəli, xx.xx.2018-ci il tarixli EAAN seriyalı 980498 nömrəli, xx.xx.2018-ci il tarixli EAAO seriyalı 535202 nömrəli, xx.xx.2019-cu il tarixli EAAP seriyalı 764795 nömrəli, xx.xx.2019-cu il tarixli EAAR seriyalı 005487 nömrəli, xx.xx.2019cu il tarixli 326293 nömrəli, xx.xx.2019-cu il tarixli EAAT seriyalı 735582 nömrəli, xx.xx.2019-cu il tarixli EAAV seriyalı 147031 nömrəli, xx.xx.2019-cu il tarixli EAAW seriyalı 399841 nömrəli, xx.xx.2019-cu il tarixli EAAX seriyalı 772062 nömrəli, xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 140155 nömrəli, xx.xx.2019-cu il tarixli EBAA seriyalı 535075 nömrəli, xx.xx.2019-cu il tarixli EBAB seriyalı 876394 nömrəli, xx.xx.2019-cu il tarixli EBAD seriyalı 162799 nömrəli, xx.xx.2019-cu il tarixli EBAE seriyalı 542604 nömrəli, xx.xx.2020-ci il tarixli EBAF seriyalı 822655 nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 38000 manat dəyərində xidmət göstərmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə 003/18 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin təqdim etdiyi sənədlər əsasında mühasibat uçotunun aparılmasını, müvafiq hesabatların tərtib edilməsini və vaxtı-vaxtında dövlət orqanlarına təqdim edilməsini, mühasibat sahəsində olan sənədləşmənin aparılmasına dair məsləhətlərin verilməsini, cavabdeh isə göstərilən xidmətləri qəbul edib, ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 38000 manat dəyərində xidmət göstərmiş, cavabdeh tərəfindən xidmətlərə görə ümumilikdə 10000 manat ödəniş edilmiş və hazırda cavabdehin iddiaçıya olan borcu 28000 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, xidmətlər göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, xx xxxx 2018-ci il tarixdə 003/18 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 28000 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxx 2018-ci il tarixdə 003/18 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilənin icra edilməməsi (borcun ödənilməməsi) nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni ödənilməmiş pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində 1400 manat məbləğində pulu əldən çıxmış fayda kimi tələb etsə də, həmin tələbini Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməklə əsaslandırmışdır ki, bu halda məhkəmə həmin məbləği borcun ödənilməsinin gecikdirilməsinə görə tələb olunan faiz kimi qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilələr üzrə ödənilməli olan ümumilikdə 28.000 manat məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6,5 faiz təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə faizin məbləği iddiaçının tələb etdiyi məbləğdən artıq edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən iddiaçının verdiyi tələb üzrə 1400 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 28.000 manat məbləğində əsas borc, 1.400 manat faiz, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 29.430 manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2427/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2427/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver