Məhkəmə qərarları › İş №e-2-2(113)-243/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-243/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-243/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdərəsinin x1 qarşı siyahya alınmış məhsulların müsadirə edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdərəsi x1 (VÖEN: **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncuya məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 178,4 manat olan 88 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdərəsinin 14 noyabr 2019-cu il tarixli **********0661 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 ünvanda yerləşən, fiziki şəxs x1 məxsus şərab evində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 178,4 manat olan 88 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi olan fiziki şəxs x2 barəsində "Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dari” 15 noyabr 2019-cu il tarixli VN seriyalı № 000280 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar "Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” 15 noyabr 2019-cu il tarixli VN-№ 000280 nömrəli protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan: - "Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dari” 15 noyabr 2019-cu il tarixli, VN 000280 №-li aktdan görünür ki, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 178,4 manat olan 88 qutu tütün məmulatları aşkar edilmişdir. - 15 noyabr 2019-cu il tarixli "Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” VN 000280 №-li protokoldan görünür ki, aşkar edilən aksiz markaları ilə markalanmamış alış dəyəri 178,4 manat olan 88 qutu tütün məmulatları vergi ödəyicisinndən götürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. - 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən cavabdeh x1 məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən aksiz markası ilə markalanmalı olan markalanmamış alış dəyəri 178,4 manat olan 88 qutu tütün məmulatı aşkar edilərək götürülmüşdür. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. x1 məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, alış dəyəri 178,4 manat olan 88 qutu tütün məmulatları, onların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar