Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2430/2020 06.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ASC “Standart İnsurance” sığorta şirkətinə qarşı pul tələbi barədə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə iddiaçı ilə sifarişçi ASC “Standart İnsurance” sığorta şirkəti arasında bağlanmış qəza komissar xidmətinin göstərilməsi haqqında 04GC müqavilə üzrə sifarişçinin iddiaçıya yaranmış borc öhdəliyini nəzərə alaraq, 30835,70 manat və ödənilmiş 30 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2018 ci il tarixdə iddiaçı ilə sifarişçi "xxxxxxxxxxxxxxxxxx"sığorta şirkəti ASC arasında Qəza komissarı xidmətinin göstərilməsi laqqında 04/GC saylı müqavilə imzalanmış, həmin müqavilədə bir tərəfdən icraçı o olmaqla digər tərəfdən sifarişçi "xxxxxxxxxxxxxxxxxx" sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri X1 çıxış etmiş, həmin müqavilənin 5-ci bəndinə əsasən icraçının göstərdiyi xidmətlərə görə Sifarişçi xidmət haqqı olaraq aylıq ona 1800 manat vəsait ödənilməli idi. Müqavilə imzalandığı gündən bu günə qədər iddiaçı öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş, müqavilə bağlandıqdan sonra ona izah etdilər ki, onlar iddiaçının əmək haqqısını bütöv şəkildə verə bilməyəcəkləri halda tabeçiliyinə verdikləri Hyunday- Accent markalı,** PJ *** dövlət nömrə nişanlı avtomobili adına keçirtməklə öhdəliklərini yerinə yetirəcəklər, lakin məlum vəziyyətlə əlaqədar olaraq dəfələrlə müqavilədə nəzərdə tutulmuş əmək haqqısının ödənilməsini tələb etsə də bu günə qədər həmin ödənişi ona verməkdən imtina etməkdə davam edirlər. Cavabdeh ASC “Standart İnsurance” sığorta şirkəti iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 nömrəli qətnaməsinə əsasən ASC “Standart İnsurance” sığorta şirkəti müflis elan olunmuş (xx.xx.2020-ci il tarixli məktub əlavə edilib) və hazırda şirkət ləğv prosesində olduğundan “Müflisləşmə və iflas haqqında”Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin əsasən AR MPM-nin müvafiq maddəsinə görə işin icraatına xitam verilməsini xahiş etmişdir. “Müflisləşmə və iflas haqqında”Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin: 2-ci bəndinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, “Standart İnsurance” sığorta şirkəti müflis elan olunmaqla ləğv prosesində olduğundan hazırki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh ASC “Standart İnsurance” sığorta şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilsin. 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbz İddiaçı geri qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2430/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2430/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver