Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2437/2021 04.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən y 67,250.39 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 67,280.39 manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 10 aprel 2019-cu il tarixli, 190410/08-121 nömrəli alğısatqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 136.478,53 manat məbləğində malların satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 69.228,14 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ üzrə qalan 67.250,39 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. Satıcı "xxxx" MMC yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, alıcı Cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, ödənişlər bu müqavilənin qoşmalarında nəzərdə tutulmuş qaydada satıcının bank hesablarına edilməlidir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, alıcı mallar üzrə ödənişi bu Müqavilənin Qoşmalarında müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Ssatıcının hər gecikdirilmiş günə görə ödənilməyən məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, iddiaçı müqavilə ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında və lazımi qaydada icra etsə də, cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini pozmuş, satılan malların dəyərinin tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış lakin, bu danışıqlar heç bir fayda verməmiş, xavabdehə borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq ediməsinə və həmçinin, borcun qaytarılması məqsədi ilə borcluya 05.02.2021-ci il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi ona verilmiş borc məbləğini tam məbləğdə iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Hesab edirlər ki, cavabdehin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vaxtı və vəsaiti olmuşdur. 11.08.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 10 aprel 2019-ci il tarixli 190410/08-121 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə çərçivə xarakterli müqavilədir, sonradan, iddiaçı ilə cavabdeh arasında 03 iyun 2019-cu il tarixli 05 nömrəli əlavə bağlanmışdır. İddiaçının iddia tələbləri də həmin əlavə üzrə yaranmış münasibətlərdən irəli gəlir. 1) Müqavilənin 4.2.-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər müqaviləyə qoşmada nəzərdə tutulmuş qaydada həyata keçirilməli idi. Qoşma üzrə də məbləğin 70%-| avans şəklində, 30%-i isə məhsul hazır olduqdan sonra ödənilməli idi. Yəni əgər iddiaçı 11 iyun 2019-cu il tarixdə 1040 metr kabel məhsulunu cavabdehə təhvil vermişdirsə, bu məhsulun dəyərini təşkil edən 69950,40 manat məbləğində vəsait təhvil anına qədər ödənilməli idi. İddiaçı isə həmin ödənişi gözləmədən, tam məbləği almadan məhsulun təhvil verilməsinə razılıq vermişdir. Halbuki münasibətlərin dəyişilməsi üçün heç bir əsas (əlavə razılaşma, yazılı müraciət və s.) olmamışdır. Onu da qeyd edirlər ki, iddiaçının məhsulun buraxılması ilə bağlı müvafiq prosedurları var ki, Cavabdehə hər hansı tarixdə məhsul satıldıqda, həmin prosedurlara riayət olunmuşdur və ümumiyyətlə həmin prosedurdan kənarlaşma istisnadır.Qoşmada məhsul avans ödənişindən sonra 35 iş günü müddətində (təxminən 50 təqvim günü) təhvil verilməli idi. Bu da o deməkdir ki, iddiaçının anbarında hazır məhsul olmamış və həmin müddətdə məhsulun istehsalı həyata keçirilməlidi idi. Lakin buna baxmayaraq, qoşma bağlandığı tarixdən 8 gün sonra (iş materiallarında olan "Nəzarət buraxılış vərəqəsi"nə əsasən) məhsul artıq təhvil verilmişdir. Əgər həmin məhsul anbarda hazır vəziyyətdə saxlanılırdısa, hansı səbəbdən Qoşmada daha az təhvil müddəti müəyyən edilməmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən məhsul təhvil verilməsi üçün hazır olduqda, alıcı (cavabdeh) bu barədə xəbərdar olunmalı idi. Lakin Cavabdehə belə bir xəbərdarlıq edilməmişdir. Müqavilənin 3.3.-cü bəndinə əsasən məhsul təhvil verildikdə, iddiaçı ilə Cavabdeh arasında təhvil-təslim aktı imzalanmalı idi. Lakin belə bir təhvil-təslim aktı iş materiallarında mövcud deyil.Ola bilər ki, İddiaçı təhviltəslim aktı kimi "Malların və xidmətlərin satışı" və "Nəzarət buraxılış vərəqəsi" adlı sənədləri qəbul edir. Lakin bu sənədlər əsasında da məhsulun cavabdehə təhvil verilməsi sübut olunmur. Belə ki, təhvil-təslimi ehtiva edən hər hansı sənəddə tərəfləri səlahiyyətli şəxslər təmsil edir. Cavabdeh tərəfindən səlahiyyətli şəxs kimi X8 təyin edilmişdir. Onun səlahiyyətlərinin təsdiqi kimi, İddiaçıya müvafiq sənəd də təqdim edilmişdir. Lakin 11 iyun 2019-cu il tarixli "Malların və xidmətlərin satışı" (ER-3268 nömrəli) və "Nəzarət buraxılış vərəqəsi" (S-3071 nömrəli) adlı sənədlərdə "Təhvil aldı" qrafasında Arif Nabiyev tərəfindən deyil, naməlum şəxs tərəfindən imza edilmişdir. Bu da ona dəlalət edir ki, məhsul cavabdehə təhvil verilməmişdir. Ümumiyyətlə, yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, məhsul müqavilə və ona qoşmaya əsasən naməlum şəxslər tərəfindən iddiaçının ərazisindən çıxarılmış və hər hansı yolla cavabdehə aidiyyəti olmayan üçüncü şəxslərə satılmışdır. Bu səbəbdən borc məbləği əsassızdır və pul tələbinə dair iddia təmin oluna bilməz Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında mübahisənin yaranmasına səbəb olan müqaviləyə 5 nömrəli əlavədə göstərilən hər hansı mal cavabdeh tərəfindən təhvil alınmadığını bildirdi. Əlavədə göstərilir ki, məhsul 70 faiz avans ödənişindən sonra 35 iş günü müddətində təhvil verilməlidir, yəni təxmini 50 təqvim günü ərzində. Lakin təqdim olunan sənədlərdən görünür ki, məhsul 8 gün ərzində təqdim olunub. Burdan sual yaranır ki, əgər hazır mal var idisə və yahud 8 günə hazırlanırdısa niyə əlavədə 35 iş günü nəzərdə tutulub. Həmin kabel növünün 8 günə hazırlanması mümkün deyil. Elektron qaimə qarşı tərəfə göndərildikdən sonra 5 gün müddətində təsdiqlənmdiyi halda avtomatik sistem tərəfindən təsdiqlənir. Ekspertizanın rəyindən də bu nəticəyə gəlinir ki, təhvil-təslim aktları Cavabdeh MMC-də təchizat işinə baxan və MMC tərəfindən səlahiyyətli şəxs qismində təyin edilərək alqı-satqı müqaviləsi üzrə malları təhvil alan, X8 tərəfində imzalanmayıb. Şərh edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2019-cu il tarixdə 190410/08-121 saylı alğı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin: 1-ci maddəsinə görə satıcı müqaviləyə Qoşmalarda göstərilmiş malları alıcıya satmağa, alıcı isə həmin malları Qoşmalarda göstərilən qiymətə satıcıdan satın almağı öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən satıcı malları hissə-hissə alıcıya verə bilər. Mallar hər hansı hissəsi təhvil verilməsi üçün hazır olduqda, satıcı malların təhvil verilməsi üçün hazır olduqları tarixdən (“Təhvil Tarixi”) 1 (bir) iş günü qabaqcadan telefon, elektron poçt və ya digər rabitə vasitələri ilə alıcını xəbərdar etməlidir. 3.3-ci bəndinə əsasən malların daşınması alıcı tərəfindən həyata keçirilir. Lakin müəyyən hallarda daşınma satıcı tərəfindən də həyata keçirilə bilər. Daşınmanın satıcı tərəfindən həyata keçirilməsi şərtləri satıcı və alıcı arasında qabaqcadan razılaşdırılmalıdır. Satıcı tərəfindən həyata keçirilən daşınma xərcləri malların qiymətinə daxil deyil. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. 3.5-ci bəndinə əsasən alıcı satıcı ilə razılaşdırılmaqla malların yoxlanması prosedurlarım formalaşdırmalıdır. Alıcının istənilən mallar üzrə yoxlamam həyata keçirmək və təhvil tarixində həmin yoxlamadan keçməyən mallardan imtina etmək hüququ vardır. Bu cür imtina, dərhal satıcıya belə imtinanın səbəbi göstərilməklə və yazılı bildiriş verilməklə sübut olunmalı, lakin hər bir halda, görünən qüsurlar barədə dərhal, lakin malların təhvil verildiyi tarixdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq, müəyyən edilə bilməyən gizli qüsurlar barədə isə 10 (on) iş günündən gec olmayaraq satıcını məlumatlandırmalıdır. 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər Müqaviləyə Qoşmalarda nəzərdə tutulmuş qaydada bu Müqavilənin 4.3.1.-ci bəndində göstərilən Satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçiriləcək. 4.5-ci bəndinə əsasən alıcı mallar üzrə ödənişləri bu Müqavilənin Qoşmalarında müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikdirilmiş günə görə ödənilməyən məbləğin 0,1 (sıfr tam onda bir) faiz məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Bu halda, satıcının malları təhvil vermək müddəti ödənişlərin gecikdirilməsi müddətinə uzadıla bilər. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. 6.2-ci bəndinə əsasən mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 10.04.2019-cu il tarixli müqaviləyə 1 saylı qoşmadan görünür ki, 8.000 metr ölçüdə olan iki ədəd 0.6/1.0 kV NHXMH 2x6 və 0.6/1.0 kV NHXMH 2x10 markalı məhsulun qiyməti 55035.20 manat müəyyən edilmiş, məhsulun təhvili 50% avans ödənişdən sonra, 15-20 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 16.04.2019-cu il tarixli müqaviləyə 2 saylı qoşmadan görünür ki, 10.000 metr ölçüdə olan 1 ədəd AC 50/8.0 markalı kabelin qiyməti 9086.00 manat müəyyən edilmiş, məhsulun təhvili 100% avans ödənişdən sonra 5 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 16.04.2019-cu il tarixli müqaviləyə 3 saylı qoşmadan görünür ki, 5.000 metr ölçüdə olan 1 ədəd 6/10 kV NA2XS2Y 1x185/25 markalı kabelin qiyməti 45194.00 manat müəyyən edilmiş, məhsulun təhvili 100% avans ödənişdən sonra 3 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 16.04.2019-cu il tarixli müqaviləyə 3 saylı qoşmadan görünür ki, 4.200 metr ölçüdə olan 1 ədəd 6/10 kV NA2XS2Y 1x185/25 markalı kabelin qiyməti 38656.80 manat müəyyən edilmiş, məhsulun təhvili 100% avans ödənişdən sonra 3 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 16.04.2019-cu il tarixli müqaviləyə 3 saylı qoşmadan görünür ki, 5.000 metr ölçüdə olan 1 ədəd 6/10 kV NA2XS2Y 1x185/25 markalı kabelin qiyməti 45194 manat müəyyən edilmiş, məhsulun təhvili 100% avans ödənişdən sonra 3 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 27.05.2019-cu il tarixli müqaviləyə 4 saylı qoşmadan görünür ki, 1042.80 m2 ölçüdə olan 1 ədəd X9 Paneli H-50 mm (0.5/032 mm) Ral 9002 və 945.14 m2 ölçüdə olan 1 ədəd X6 Paneli H-50 mm ( 045/0.32 mm) ral 9002 markalı məhsulun qiyməti ümumilikdə 64.123.99 manat müəyyən edilmiş, məhsulun təhvili 50% avans ödənişdən sonra 4 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında tərtib edilmiş 03.06.2021-ci il tarixli müqaviləyə 5 saylı qoşmadan görünür ki, 1.560 m ölçüdə olan 1 ədəd 64/110 kV AПвПуг 1x800/95 markalı məhsulun qiyməti 104.925.60 manat müəyyən edilmiş, məhsulun təhvili 70% avans ödənişdən sonra 35 iş günü müddətində verilməsi razılaşdırılmışdır. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 11.06.2019-cu il tarixli ER-3268 nömrəli Malların və Xidmətlərin satışına dair aktdan görünür ki, 59.280.00 manat dəyərində (ƏDV daxil 69.950,40) olan 1040 metr ölçüdə olan 64/110 kV AПвПуг 1x800/95 markalı məhsul Cavabdehnə təqdim edilmişdir. Aktda hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 11.06.2019-cu il tarixli S3071 nömrəli X1 görünür ki, 1040 metr ölçüdə olan 64/110 kV AПвПуг 1x800/95 məhsul Cavabdehnə təqdim edilmişdir. Vərəqədə hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 25.04.2019-cu il tarixli S2068 nömrəli X1 görünür ki, 4485 metr ölçüdə olan 0.6/1.0 kV NHXMH 2x10 markalı məhsul Cavabdehnə təqdim edilmişdir.Vərəqədə hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 24.04.2019-cu il tarixli ER-1996 nömrəli Malların və Xidmətlərin satışına dair aktdan görünür ki, 3841 metr ölçüdə olan 0.6/1.0 kV NHXMH 2x10 markalı və 8389 metr ölçüdə olan 0.6/1.0 kV NHXMH 2x6 məhsul Cavabdehnə təqdim edilmişdir.Aktda hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 24.04.2019-cu il tarixli S2041 nömrəli X1 görünür ki, 8386 metr ölçüdə olan 0.6/1.0 kV NHXMH 2x6 markalı baraban və 3.841 manat 0.6/1.0 kV NHXMH 2x10 markalı baraban Cavabdehnə təqdim edilmişdir.Vərəqədə hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 22.04.2019-cu il tarixli ER-1883 nömrəli Malların və Xidmətlərin satışına dair aktdan görünür ki, 10000 metr ölçüdə olan ACтт 50/8 markalı məhsul Cavabdehnə təqdim edilmişdir. Aktda hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 22.04.2019-cu il tarixli S1950 nömrəli X1 görünür ki, 10000 metr ölçüdə olan ACтт 50/8 markalı məhsul Cavabdehnə təqdim edilmişdir. Aktda hər iki tərəfin adından edilmiş imzalar mövcuddur. 11.06.2019-ci il tarixli, EAAV seriyalı, 653160 saylı elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ƏDV daxil 69950.40 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir 11.06.2019-cu il tarixli, EAAV seriyalı, 653160 saylı elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ƏDV daxil 69950.40 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir 25.04.2019-ci il tarixli, EAAT seriyalı, 591133 saylı elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ƏDV daxil 18.575,97 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. 24.04.2019-ci il tarixli, EAAT seriyalı, 550421 saylı elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ƏDV daxil 38.866,17 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. 22.04.2019-ci il tarixli, EAAT seriyalı, 425791 saylı elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ƏDV daxil 9086 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. Cavabdehnə məxsus hesabdan çıxarışdan görünür ki, 10 aprel 2019-cu il tarixdə 190410/08-121 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu dəfə 16.05.2019-cu il tarixində AZ40AZEN********************1 saylı hesaba 2700 manat məbləğində avans ödənişi edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 4/1175 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ER seriyalı 3268 nömrəli 11.06.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında; S3071 nömrəli 11,06.2019-cu il tarixli nəzarət buraxılış vərəqəsində “Təhvil aldı” qrafalarındakı imzalar - X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, ER seriyalı 3268 nömrəli 11,06.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında; S3071 nömrəli 11,06.2019-cu il tarixli nəzarət buraxılış vərəqəsində “Təhvil aldı” qrafalarındakı imzalar ilə ER seriyalı 1996 nömrəli 24.04.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında; S2041 nömrəli 24.04.2019cu il tarixli nəzarət buraxılış vərəqəsində; ER seriyalı 1883 nömrəli 22.04.2019-cu il tarixli malların və xidmətlərin satışı aktında “Təhvil aldı" qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəbiyev Arif oğlu verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh MMC-də təchizat məsələsinə baxmış və MMC tərəfindən səlahiyyətli şəxs qismində təyin edilərək alqı-satqı müqaviləsi üzrə malları təhvil alırdı. Halhazırda Cavabdeh MMC-də işləmir. Firmanın adından kabel çıxarışı təhvil almışdır. Şahid 11.06.2019-cu il tarixli “Malların və xidmətlərin satışı” və “Nəzarət buraxılış vərəqəsi” adlı sənədləri imzalamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, o Cavabdeh MMC-nin keçmiş direktoru olmuşdur, müqaviləni və müqaviləyə əlavələri o imzalamışdır. Bildirmişdir ki, müqavilə əsasında 10.04.2019-ci il, 25.04.2019cu,10.05.2019-cu,15.05.2019-cu il tarixlərdə ƏDV daxil pul vəsaitləri köçürmüş və bu məbləğlərin müqabilində mal təhvil almışdır. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC-yə daxil olmaq qeyri-mümkündür. Onlar 67.000 manat məbləğində olan malları təhvil almamışlar. O, 2.700 manat məbləğində avans ödəməsi etmişdir. Reak” MMC-dəki payını 2019-cu ilin sonlarında satmışdır. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 10 aprel 2019-cu il tarixli, 190410/08-121 nömrəli alğı-satqı müqaviləsndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı iddia qaldıraraq, 11.06.2019-cu il tarixdə 69.950,40 manat dəyərində olan malın cavabdehə təhvil verildiyini bildirir və bunun müqabilində ona cavabdeh tərəfindən edilməli olan ödənişi tələb edir. Cavabdeh tərəf isə buna etiraz edərək, müqavilə üzrə iddiaçı tərəfindən 69.950,40 manat dəyərində olan malın təhvil verilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Mcəllənin 567-ci maddəsi) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1, 386.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisə predmeti olan hal 11.06.2019-cu il tarixdə ƏDV daxil 69.950,40 manat dəyərində olan malın cavabdehə təhvil verilib-verilməməsi ilə bağlıdır. İddiaçı sözügedən malın təhvil verilməsini sübuta yetirmək üçün iş materiallarına əlavə edilmiş 11.06.2019-cu il tarixli ER-3268 nömrəli Malların və Xidmətlərin satışına dair aktına,11.06.2019-cu il tarixli S3071 nömrəli X4 istinad etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nəzarət buraxılış vərəqəsi və malların və xidmətlərin satışına dair aktın “təhvil aldı” qrafasındakı imzanın cavabdeh şirkətin nümayəndəsi X8 tərəfindən icra edilməsini mübahisələndirmişdir. İş üçün əhəmiyyət kəsb edən göstərilən halın müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə sözügedən nəzarət buraxılış vərəqəsi və malların və xidmətlərin satışına dair aktında imzanın cavabdehin nümayəndəsi X8 tərəfindən icra edilməməsi, eyni zamanda mübahisəli buraxılış vərəqəsi və aktdakı təhvil aldı qrafasındakı imzalar ilə tərəflər arasında imzalanmış digər akt və vərəqələrdəki imzaların eyni şəxs tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in: 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşmaması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, 11.06.2019-cu il tarixli nəzarət buraxılış vərəqəsi və malların və xidmətlərin satışına dair akt cavabdeh (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmadığından həmin vərəqə və akt cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən malların təqdim edilməsini sübuta yetirmək üçün iddiaçının təqdim etdiyi elektron qaiməyə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın: 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3-cü bəndinə görə isə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2.4-ci bəndinə əsasən isə elektron qaimə-fakturada həmin qaimə-fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) göstərilməlidir. 2.6-ci bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Hazırkı halda mübahisəli elektron qaimə-fakturanın əsasında malların verilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı və malın səlahiyyətli şəxsə təhvil verilməsini təsdiq edən digər sənədlər durmadığından həmin qaimə-faktura müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilməsi üçün əsaslar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri sayır ki, tərəflər arasında malların təhvil-təsliminin məhz təhvil-təslim aktı imzalanmaqla rəsmiləşdirilməli olması tərəflər arasında bağlanmış 3.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Digər tərəfdən iddiaçı tərəfindən arasında mübahisə predmeti olan maldan əvvəl dəfələrlə cavabdehə mallar təqdim edilmiş və hər dəfə həmin mallar cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq qəbul edilmişdir. Göstərilən hallar ona dəlalət edir ki, mallar təqdim edilərkən tərəflər arasında malların təhvil-təslim aktlarının imzalanmasına dair işgüzar adət də formalaşmışdır. Təqdim edilmiş malların dəyərindən cavabdeh tərəfindən ödənişin edilməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan da göründüyü kimi cavabeh tərəfindən iddiaçıya sonuncu ödənişi 16.05.2019-cu il tarixində həyata keçirilmişdir. Mübahisəli malların 11.06.2019-cu ildə təhvil verilməsinin ehtimal edildiyini nəzərə alsaq açıq-aşkardır ki, həmin ödənişin aparılması malın cavabdehə verilməsini təsdiq etmir. Belə olan halda məhkəmə iddiaçının iddia tələblərini əsaslandırmaq üçün təqdim etdiyi sübutların tərəflər aralarında hazırda öhdəlik hüquq münasibətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2437/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2437/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver