Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2441/2023 22.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, elektron qaimə, ödəniş tapşırıqları) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DS-LX- MS-02/21 nömrəli müqavilə üzrə 45592 manat əsas borc, 68520,23 manat məbləğində əldən çıxmış fayda, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat, ümumilikdə 114522,23 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında 15 yanvar 2021-ci il tarixli “DS-LX-MS 02/21 nömrəli İT xidməti göstərilməsi barədə müqavilə bağlanmışdır. Bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 25 yanvar 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən Logix – İstehsal modulu, Logix Mühasibatlıq modulu, Logix Xidmət- Mühasibat sistem tətbiqi üçün konsultasiya, Logix- HR modulu (PDNS daxildir), Logix –Sifariş modulu, Logix – Satınalma modulu, Logix- Dashboard hesabatları, Logix xidmət – Panarama ilə inteqrasiya, Logix- Əlavə lisenziya, Logix Xidmət – bazanın kopyalanması (rəsmi mühasibatlıq üçün), Logix xidmət – tətbiq, ERP sisteminin tətbiqi, Logix xidmət – Loglama, Logix xidmət – Qurulum kimi xidmətlərin göstərilməsi razılaşdırılıb. Bu razılaşmanın şərtləri iddiaçı tərəfindən icra olunaraq, öncədən proqram təminatı tam təhvil verilərək işə salınmadan avans ödəniş qaydasında cəmi 45.592 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bunun qarşılığında cavabdeh tərəfindən xidmətlərin tam olaraq ən geci 15 yanvar 2022-ci il tarixində təhvil verilməsi və işə salınması razılaşdırılıb. Ancaq iddiaçı tərəfindən 45.592 manat məbləğində cavabdehə öncədən avans ödənilməsinə baxmayaraq, müqavilədə qeyd edilən xidmətlərin icrası öhdəliyi başa çatdırılıb, tam təhvil verilməyib. Buna görə də proqram təminatının tam təhvil verilməməsi cəmiyyətin işində və xüsusilə də mühasibat uçotu, satış fəaliyyətində planlaşdırılan yeniliklərin tətbiqini ləngidərək, cəmiyyətin biznes proseslərini pozub və beləliklə də iddiaçıya təhvil verilməyən xidmətlərin dəyərindən də dəfələrlə artıq məbləğdə zərər vurub. Xidmətlərin icra edilməməsi və proqram təminatı modullarının təhvil verilməməsi səbəbindən iddiaçıya zərər, ziyan vurulması halı ilə əlaqədar müqavilədə “Tərəflərin məsuliyyəti” adlı 4-cü maddənin 4.1-ci bəndində göstərilib ki, tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə buna görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar və qarşı tərəfə vurduqları zərərin əvəzini tam həcmdə ödəməyə borcludurlar. Həmçinin cavabdeh tərəfindən proqram modullarının tam təhvil verilməməsinə görə iddiaçı digər proqram təminatlarının istifadəsi üçün 68520,23 manat məbləğində pul vəsaiti xərci sərf etmişdir. Beləliklə də, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam icra edilməməsinə və proqram təminatı modullarının iddiaçının sifarişinə uyğun və razılaşdırılmış vaxtda təhvil verilməyərək işə salınmamasına görə iddiaçıya ümumilikdə 114522,23 manat məbləğində zərər dəymişdir. Ödənişin və əldən çıxmış faydanın ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh X10 Paketi ilə 800-dən çox müəssisədə minlərlə istifadəçiyə xidmət göstərməkdədir. Logix Anbar və Ticarət, Mobil satış, İstehsal, Mühasibat, HR, X12 və digər idarəetmə sistemləri üçün tətbiq edilir. Cavabdeh on ildən çoxdur ki, bu sahə üzrə təcrübəyə malikdir, uğurla fəaliyyət göstərir. Hazırkı iddiaçı “Səba" Açıq Səhmdar Cəmiyyəti (Sifarişçi) ilə "Destec Group” MMC (İcraçı) arasında 15 yanvar 2021-ci il tarixli "DS-LX-MS 02/21 nömrəli İT xidməti göstərilməsi barədə müqavilə bağlanmışdır. Bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 25 yanvar 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən Logix – “İstehsal modulu, Logix Mühasibatlıq modulu, Logix Xidmət- Mühasibat sistem tətbiqi üçün konsultasiya, Logix- HR modulu (PDNS daxildir), Logix -Sifariş modulu, Logix - Satınalma modulu, Logix- Dashboard hesabatları, Logix xidmət - Panarama ilə inteqrasiya, Logix- Əlavə lisenziya, Logix Xidmət - bazanın kopyalanması (rəsmi mühasibatlıq üçün), Logix xidmət - tətbiq, ERP sisteminin tətbiqi, biznes rosesləri üçün konsultasiya, Logix xidmət - Loglama, Logix xidmət - Qurulum, Logix Xidmət - tədris adlı xidmətlərin göstərilməsi razılaşdırılmışdır. Xidmətin dəyəri ƏDV daxil olmaqla, 49000 manat təşkil etmişdir. Tərəflər müqavilə ilə bağlı təfərrüat məsələləri bərabər müzakirə edilərək, görüşlər keçirərək qarşılıqlı razılaşmışlar. Qarşı tərəfdən kurator əvvəlcə Fərid Manaflı, daha sonra Elnur Səfərəliyev təyin edilmişdir. Sifarişçinin texnik tapşırıqlarının tərtib edilməsində tərəflərindən dəstək verilmişdir. Belə ki, mütəxəssisləri iddiaçının istehsal, anbar, HR, biznes proseslərini ətraflı tədqiq etməklə gəldikləri nəticələrə dair texniki tapşırıq layihəsini tərtib edərək sifarişçiyə təqdim etmiş, onlar tərəfindən təsdiq edilərək göndərildikdən sonra xidmətlər tərəflərindən icra edilmişdir. İddiaçı qeyd edir ki, xidmətin icra müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. 2021-ci ilin iyul ayından artıq iddiaçı ilə bağlanan müqavilə üzrə öz üzərilərinə düşən xidmət hazırlanaraq təhvil verilmiş, onlar tərəfindən test edilmişdir. İddiaçı aralarında bağlanan xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərlərinə düşən bütün öhdəliklər icra edilmişdir. İddiaçı tərəfindən bu tətbiqin hələ ki saxlanılmasını, daxildə biznes, istehsal prosedurlarını dəyişmək qərarına gəldiyini bildirilmişdir. Sifariş verilmiş xidmətlərin sifarişə uyğun tam hazır edilmişdir. Bu razılaşmanın şərtləri tərəflərindən icra olunduğundan 45592 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bunun qarşılığında cavabdeh tərəfindən xidmətlərin tam olaraq ən geci 15 yanvar 2022-ci il tarixində təhvil verilməsi və işə salınması razılaşdırılmışdır. Xidmətlər cavabdeh tərəfindən həmin tarixdən də əvvəl icra edilmiş, sifarişçi tərəfindən test edilmişdir. Buna dair email yazışmaları mövcuddur. Buna görə də iddiaçı tərəfindən 45592 manat cavabdehin bank hesabına köçürülmüşdür. Faktiki olaraq, icra etdikləri xidmətə görə ödənilmiş pulun geri tələb olunması haqsızlıqdır. İddiaçının tələb etdiyi 68520.23 manat tələbi isə ümumiyyətlə başa düşülən deyildir. Belə ki, iddiaçının özünün qeyd etdiyi kimi digər proqram təminatına görə xərclədiyi pul məbləğinin cavabdehə aidiyyəti olmamışdır. İddia ərizəsində heç bir hüquqi əsaslandırma aparılmamışdır. Lakin əlavə edilən ödəniş tapşırığı və müqavilələri nəzərdən keçirdikdə müəyyən olunur ki, xx.xx.2020-ci ildə, PRİMESOFT MMC ilə ondan öncə 1C UPP proqram xidməti ilə bağlıdır. Müqavilənin müddəti 01.01 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədədir. Cavabdehdən öncə yararlandıqları xidmətdir. Cavabdehin göstərdiyi xidmətlə əlaqəsi yoxdur. Həmin xərcə məruz qalmalarının onlarla bağlanan müqaviləyə aidiyyəti yoxdur. xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının cavabdeh üçün müəyyən etdiyi son tarixə hələ 10 gün qalmış X7 ilə Logo tiger proqramı, mobil satışa dair xidmət müqaviləsi imzlanmışdır. Bu müqavilə üzrə göstərilən xidmət cavabdeh ilə bağlanan müqavilədəki xidmətlərə heç aidiyyəti yoxdur. xx.xx.2022-ci ildə, yəni iddiaçının cavabdeh üçün müəyyən etdiyi son tarixə hələ 10 gün qalmış “X4 sanayi ve ticaret anonim şirkəti" ilə Panorama bakım, destek sözleşmesi imzlanmışdır. Bu müqavilə mobil satışa dair xidmətə dairdir. Cavabdeh ilə bağlanan müqavilədəki xidmətlərin isə buna heç aidiyyəti yoxdur. İddiaçı informasiya texnologiyalarına dair bir çox xidmətlərindən istifadə etməkdə azaddır. Lakin bunun cavabdehlə bağlanan müqaviləyə dair əlaqəsi mövcud deyildir. İddiaçı ilə satış sisteminə dair hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi 2021-ci ilin noyabr ayına dair email yazışmaları başqa bir hüquqi şəxslə bağlanan satış moduluna dair müqavilə haqqındadır. Həmin müqavilənin hazırkı iddia tələbinə aidiyyəti yoxdur. İddiaçının əməkdaşları bu barədə cavabdehlə danışıqlar aparsa da, cavabdeh həmin şirkətə satışa dair xidmət göstərsə də, buna dair heç bir ödəniş edilməmişdir. Bu məsələ ayrı iddianın mövzusudur. İddiaçı ilə bağlanan müqavilə cavabdeh tərəfindən tam icra edilmişdir. Əgər icra edilməsə idi, ödəniş iddiaçı tərəfindən icra edilməzdi.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya müqavilənin 1 saylı əlavəsində göstərilmiş tələblərə əsasən tərəflərindən ümumilikdə 45592 manat pul ödənilmiş, bundan əlavə proqramların hazırlanması üçün cavabdeh tərəfindən bulud server xidmətinin yaradılması, habelə həmin xidmətin göstərilməsi üçün əlavə olaraq 2021-ci ilin mart ayından etibarən ayda ƏDV daxil olmaqla 224,20 manat vəsait ödənilmişdir. Lakin hazırda həmin vəsaiti geri tələb etmirlər. Bundan əlavə, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, yalnız bir neçə modulun test versiyasını hazırlamış, həmin versiya da tam deyil, 50-55 faiz həcmdə hazır olmuş, iddiaçının tələblərinə, texniki tapşırığa uyğun gəlmədiyi üçün qəbulundan imtina edilmişdir. Bundan əlavə, cavabdeh işləri icra etsə idi, həmin işlərin qəbul edilməsini, tərəflər arasında təhviltəslim aktının imzalanmasını iddiaçıdan tələb edərdi, təqdim etdikləri e-mail yazışmalarında işlərin qəbul edilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Bundan əlavə, iddiaçı cavabdehə müqavilə müddətinin sonuna qədər möhlət vermiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, iddiaçıya rəsmi qaydada hər hansı modulu təhvil verməmiş, iddiaçının İT avadanlığına hər hansı modulu, proqram təminatını tətbiq etməmişdir. Bu səbəbdən 2022-ci ilin yanvar ayında iddiaçı Y.İsmayılov, “X4 sanayi ve ticaret anonim şirkəti" və PRİMESOFT MMC ilə mövcud olan müqavilələrin müddətini uzatmalı olmuş, onlara ümumilikdə 68520,23 manat pul ödəmişdir. Halbuki, cavabdeh tərəfindən öhdəliklər vaxtında və lazımi qaydada icra edilsə də, adları qeyd edilən subyektlərlə həmin müqavilələrin bağlanmasına, onların xidmətlərindən yararlanmağa ehtiyac qalmazdı.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Logix” əmtəə nişanının sahibi X5r, həmin şəxs cavabdehin təsisçilərindəndir. Hazırkı modullar iddiaçının istəyinə hazırlanıb tam şəkildə 2021-ci ilin iyul ayında iddiaçıya təhvil verilmiş, yalnız həmin modulların iddiaçıya məxsus İT avadanlığına tətbiq edilməsi işlərinin icra edilməsi qalmışdır. Tərəflər arasında bağlanmış müqavilədə təhvil-təslim aktının imzalanmalı olması ilə bağlı hər hansı tələb müəyyən edilməmişdir. Hər dəfə modul yazılıb hazır olduqda iddiaçıya bu barədə e-mail vasitəsilə məlumat verilmişdir. İşlərin tam şəkildə cavabdehə təhvil verildiyini tərəflərin səlahiyyətli nümayəndələri arasında olan e-mail yazışmaları təsdiq edir. Belə ki, iddiaçı cavabdehə müraciət edərək təsisçiləri olduqları "xxxx" MMC-yə satış modulunun yazılmasını xahiş etmiş, bu səbəbdən iddiaçıya xidmətlərin göstərilməsi tərəflərindən dayandırılmış, həmin sifarişin icra edilməsinə başlanılmışdır. Bundan əlavə, iddiaçıya modullar təhvil verildikcə, iddiaçının yeni istəkləri ortaya çıxdığı, iddiaçının rəhbər dəyişikliyi səbəbindən cavabdehə yeni tapşırıqlar verildiyi üçün işlərdə yubanmalar olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli DS-LX-MS_02/21 nömrəli müqaviləyə əsasən icraçı əlavədə göstərilən texniki xidmət paketini sifarişçinin müəssisəsindəki mövcud İT avadanlığına tətbiq edir, sifarişçi isə bu müqavilə ilə xidmətin müəyyənləşdirilmiş qiymətini icraçıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.2.2-ci bəndinə əsasən xidmətlərin keyfiyyətinin yoxlanılmasını (sınama, müayinə və sairə), sifarişçiyə buna dair sübutlar təqdim edilməsi icraçının vəzifəsidir.
10. DS-LX-MS_02/21 saylı Müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli Əlavədən görünür ki, bu müqavilə üzrə Əlavə 1-də göstərilən xidmət ümumi layihə dəyəri ƏDV daxil 49000 manat təşkil edir və bu məbləğin 10.000 manatı xx.xx.2021-ci il tarixində sifarişçi tərəfdən icraçıya köçürmə qaydada ödənilir.
11. Əlavənin 1.3-cü bəndinə əsasən ümumi məbləğin 9750 manatı xx.xx.2021-ci il tarixində, 9750 manatı xx.xx.2021-ci il tarixində, 9750 manatı xx.xx.2021-ci il tarixində, 9750 manatı isə xx.xx.2021-ci il tarixində sifarişçi tərəfdən icraçıya köçürmə qaydada ödənilir.
12. DS-LX-MS_03/21 saylı Müqaviləyə xx.xx.2021-ci il tarixli 02 nömrəli Əlavədən görünür ki, göstərilən texniki dəstək xidmətinin (Logix – Bulud server xidməti) ümumi dəyəri ƏDV daxil 224,20 manat təşkil edir və bu məbləğin tamamı hər ayın əvvəli sifarişçi tərəfdən icraçıya köçürmə qaydada ödənilir.
13. DS-LX-MS_03/21 saylı Müqaviləyə xx.xx.2021-ci il tarixli 03 nömrəli Əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilənin qarşılıqlı razılaşma əsasında, yeni rəhbərliklə eyni şərtlərlə davam etməsinə və İnformasiya Texnologiyaları xidmətlərinin göstərilməsi icraçının göstərəcəyi xidmət və göstərilən xidmətin ümumi dəyərinin ƏDV daxil 37760 manat təşkil etməsi razılaşdırılmışdır.
14. İddiaçı tərəfindən Yasin İsmayılova xx.xx.2022-ci il tarixli 5097 nömrəli ödəniş tapşırığı ilə 1160,40 manat, xx.xx.2022-ci il tarixli 2695 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 2061 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2022-ci il tarixli MT100 nömrəli ödəniş tapşırığı ilə “X4 Sanayi ve Ticaret Anonim Şirketine 2150 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə X4 Sanayi ve Ticaret Anonim Şirketine 8000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 8628 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 102,60 manat, xx.xx.2022-ci il tarixli 6353 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2021-ci il tarixli 578 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 8474,58 manat, xx.xx.2022-ci il tarixli 741 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1147,53 manat, xx.xx.2022-ci il tarixli 3747 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə “X4 Sanayi ve Ticaret Anonim Sirketinə 2000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 3476 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 1092 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 5000 manat, xx.xx.2021-ci il tarixli 2785 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 3600 manat, xx.xx.2022-ci il tarixli 7832 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,60 manat, xx.xx.2022-ci il tarixli 7024 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 7663 nömrəli ödəniş tapşırığı ilə Primesoft MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 7023 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2022-ci il tarixli 6105 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat,xx.xx.2022-ci il tarixli 4851 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 4186 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 5641 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2021-ci il tarixli 8627 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 570 manat, xx.xx.2022-ci il tarixli 1683 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 1091 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 5933 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2021-ci il tarixli 5025 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 136,80 manat, xx.xx.2021-ci il tarixli 6749 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 570 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 1487,29 manat, xx.xx.2022-ci il tarixli 2889 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2021-ci il tarixli 2321 nömrəli ödəniş tapşırığı ilə Destec Group” MMC-yə 8262,71 manat, xx.xx.2021-cü il tarixli 6750 nömrəli ödəniş tapşırığı ilə X1 102,60 manat, xx.xx.2022-ci il tarixli 153 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1134,20 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə X4 Sanayi ve Ticaret Anonim Şirketine 8000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 2103 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-yə 1400 manat, xx.xx.2022-ci il tarixli 1419 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2021-ci il tarixli 579 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 1525,42 manat, xx.xx.2022-ci il tarixli 4408 nömrəli ödəniş tapşırığı ilə Yasin İsmayılova 1160,36 manat, xx.xx.2021-ci il tarixli 5024 nömrəli ödəniş tapşırığı ilə Cavabdeh MMC-yə 760 manat ödəniş edilmişdir.
15. Yasin İsmayılov tərəfindən iddiaçıya EBBU 040803 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 405076 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 609021 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 599686 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 436403 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 420284 nömrəli xx.xx.2022-ci il tarixli, EBCG 688672 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 935874 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 629458 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 482724 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 795753 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 586081 nömrəli xx.xx.2022-ci il tarixli, elektron qaimələr göndərilmişdir.
16. "xxxx" MMC tərəfindən iddiaçıya EBCK 275384 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 367660 nömrəli xx.xx.2022-ci il tarixli EBCG 338209 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 954390 nömrəli xx.xx.2022-ci il tarixli, EBCA 918185 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 26833 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 571614 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 628628 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 641566 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 516891 nömrəli xx.xx.2022-ci il tarixli, EBDG 131133 nömrəli xx.xx.2023-cü il tarixli, EBBR 002274 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
17. İddiaçı ilə “X4 Sanayi ve Ticaret Anonim Şirketi” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04-2022 saylı görülmüş işlərin təhvil verilməsinə dair aktdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan müddətdə müqavilənin şərtlərinə əsasən icraçı tərəfindən X18 adında proqram sisteminə göstərilmiş dəstək xidmətləri qəbul edilir və müqavilədəki məbləğin 2000 ABŞ dolları məbləğində hissəsi X4 Sanayi ve Ticaret Annim Şirketinin hesabına bu akta əsasən ödəniləcəkdir.
18. İddiaçı ilə “X4 Sanayi ve Ticaret Anonim Şirketi” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03-2022 saylı görülmüş işlərin təhvil verilməsinə dair aktdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan müddətdə müqavilənin şərtlərinə əsasən icraçı tərəfindən X18 adında proqram sisteminə göstərilmiş dəstək xidmətləri qəbul edilir və müqavilədəki məbləğin 2000 ABŞ dolları məbləğində hissəsi X4 Sanayi ve Ticaret Annim Şirketinin hesabına bu akta əsasən ödəniləcəkdir.
19. İddiaçı (sifarişçi) ilə X7 (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi özünün fəaliyyətindən irəli gələn xidmətlərin göstəriləməsini icraçıya həvalə edir, icraçı isə özünün ixtisas, bilik və peşə fəaliyyətindən istifadə etməklə həmin xidmətlərin icrasını öz üzərinə götürür.
20. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmət haqqı xidmətin göstərildiyi təqvim ayının başa çatmasından sonra müvafiq dövr üçün müəyyən edilmiş məbləğdə vergi və digər ödənişlər istisna olmaqla 1000 manat bank hesabına köçürmə yolu ilə ödənilir.
21. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə və əldən çıxmış faydaya görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
22. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən bu müqavilə əsasında icraçı sifarişçinin sifarişi ilə onun tərəfindən təyin edilmiş müəsissə və fəaliyyət sahələrində səmərəli, təhlükəsiz və fasiləsiz olaraq istifadə üçün 1C UPP proqram təminatına texniki dəstəyin göstərilməsini, proqram təminatının istifadəsi ilə bağlı konsultasiyaların verilməsini, sifarişçi isə həmini xidmətləri qəbul edib onun dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ödəməyi öhdəsinə götürür.
23. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətlərin dəyəri müqavilə qüvvəyə mindiyi andan hər ay üçün 1400 manat müəyyən edilmişdir.
24. 102-2020 nömrəli xx.xx.2020-ci il tarixli iddiaçı və "xxxx" MMC arasında bağlanmış müqavilənin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli 01 nöməli razılaşmaya əsasən müqavilənin müddəti eyni şərtlərlə xx.xx.2022-ci il tarixinədək uzadılır.
25. 102-2020 nömrəli xx.xx.2020-ci il tarixli iddiaçı və "xxxx" MMC arasında bağlanmış müqavilənin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli 02 nöməli razılaşmaya əsasən müqavilədə nəzərdə tutulan xidmətlərdən əlavə olaraq 2022-ci ilin yanvar ayında icraçı tərəfindən sifarişçinin bildirişi əsasında 1C proqram təminatında təkmilləşdirmə aparılması xidmətləri göstəriləcəkdir. Bu təkmilləşdirmə xidmətlərinin icrasına görə 5000 manat məbləğində xidmət haqqı məbləği sifarişçi tərəfindən icraçıya elektron qaimə əsasında ödəniləcəkdir.
26. 102-2020 nömrəli xx.xx.2020-ci il tarixli iddiaçı və "xxxx" MMC arasında bağlanmış müqavilənin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli 03 nömrəli razılaşmaya əsasən müqavilə üzrə göstəriləcək xidmətlərin dəyəri 2023-cü ilin yanvar ayəndan etibarən hər ay 1800 manat müəyyən edilmişdir.
27. Cavabdeh tərəfindən iddiaçıya EBAW 574250 nömrəli xx.xx.2021-ci il tarixli 10.000 manat məbləğində, EBAY 450782 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBAZ 855722 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBA 309386 nömrəli xx.xx.2021-ci il tarixli 9750 manat məbləğində, EBBA 900837 nömrəli xx.xx.2021-ci il tarixli 23600 manat məbləğində, EBBB 463375 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBC 881701 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBE 908041 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBG 228186 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBJ 124208 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBK 729606 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBM 048907 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində, EBBN 710278 nömrəli xx.xx.2021-ci il tarixli 224,20 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
28. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə “Logix ERP” Anbar İdarətməsi ilə bağlı texniki tapşırıqlar təsdiq edilmişdir.
29. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə “Logix ERP” İstehsal İdarəetmə sistemi ilə bağlı texniki tapşırıqlar təsdiq edilmişdir.
30. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə “Logix ERP” Anbar İdarətməsi ilə bağlı texniki tapşırıqlar təsdiq edilmişdir.
31. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və X13 tərəfindən verilmiş 2017 1246 nömrəli şəhadətnamədən görünür ki, “Logix” əmtəə nişanının sahibi X5r.
32. Belə ki, iddia tələbləri iki hissədən ibarətdir:
1. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 45592 manat pul vəsaitinin geri qaytarılması; 2. Hesablanmış 68520,23 manat əldən çıxmış faydanın tutulması.
33. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 15 yanvar 2021-ci il tarixli “DS-LX-MS 02/21 nömrəli İT xidməti göstərilməsi müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 3 əlavə imzalanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə avans ödənilmişdir.
35. İddiaçı 5 yanvar 2021-ci il tarixli DS-LX-MS 02/21 nömrəli İT xidməti göstərilməsi müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən işlərin görülməsi məqsədi ilə 45592 manat avansın cavabdehin bank hesabına ödənildiyini, lakin cavabdeh tərəfindən müqavilə şərtlərinin icra edilmədiyini iddia edir.
36. Cavabdeh iddiaya etiraz edərək müqavilə şərtlərinin tərəfindən icra edildiyini, müqavilənin 1 saylı əlavəsində göstərilmiş proqramların tam şəkildə hazırlanaraq iddiaçıya təhvil verildiyini, lakin iddiaçının özünün istəyi ilə onun İT avadanlığına tətbiq edilmədiyini iddia edir.
37. Belə ki, iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsi təşkil edir.
38. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
39. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur.
40. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır.
41. Lakin cavabdeh bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
42. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən e-mail yazışmaları bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz.
43. Belə ki, materiallarda olan tərəflər arasındakı e-mail yazışmalarından görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə iddiaçının İdarə Heyətinin iclasına əsasən Satış modulunun tam formada verilməsinin mütləq 01 dekabr 2021-ci il tarixdə olmasını bildirmişdir (cild 1, i.v.36-37).
44. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya görülmüş işlərin təxminən 90 faiz olmasını bildirmiş, belə olduğu təqdirdə layihənin niyə dayandırıldığının səbəbini anlamadığını, hətta bundan sonra belə sahə testlərinə başlanılıb prosesi tamamlamağın mümkün olduğunu yazmışdır (cild 1, i.v.39-40).
45. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya Logix proqram təminatının anbar idarəetmə moduluna aid bölmələrin test edilməsi üçün istifadəçi adlarının iddiaçıya göndərdiyini, bundan əlavə iddiaçının yeni istəkləri ilə əlaqədar proqramçıların çalışdıqlarını, test zamanı bəzi xətalar ola biləcəyini bildirmişdir (cild 2, i.v. 24).
46. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya bütün güclərini verərək bu ilin sonuna təhvil verməyi söz versələr də, təəssüf ki, dekabr ayının 1-nə mümkün olmamasını bildirmişdir (cild 2, i.v.60).
47. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya göndərilən texniki tapşırıqlara əsasən icra üçün tələb edilən vaxtları (anbar və satış mobil tətbiq – 35 iş günü, satış idarə etmə sistemi – 35 iş günü, anbar idarəetmə və təchizat – 20 iş günü, HR 1-ci versiya – 35 iş günü) qeyd etmiş, digər modullar üzrə tam texniki tapşırıq olmadan təhvil tarixini təyin etməyin mümkün olmamasını göstərmişdir (cild 2, i.v.68-70).
48. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, iddiaçı cavabdehə ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı qərara əsasən 32000 manat uyğun xərclər üçün geri ödəniləcəyini bildirmiş, yerdə qalan ödənişin güzəştə gedilməsinin isə istehsalat üzrə yazılan texniki tapşırığın təhviltəslim aktının imzalanmasından sonra nəzərə alınacağını, 2022-ci ilin yanvar ayından “cloud” üçün ödənilən məbləğin dayandırılacağını bildirmişdir (cild 2, i.v. 91-92).
49. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli e-mail yazışmalarından görünür ki, cavabdeh iddiaçıya ümumilikdə proseslərin 60 faizini əhatə edəcək işlərin yerinə yetirildiyini, cavabdehin qənaətinə görə yanvar ayının 1-nə qədər prosesi tam sahədə test edərək işlək vəziyyətə gətirə biləcəklərini (xüsusən son 20 gündə ekstra resurs ayıraraq görülən işlərin sürəti və keyfiyyəti əsasında buna qənaətlərinin tam olduğunu) bildirmiş, layihənin sonrakı gedişatı ilə əlaqədar cavabdehə məlumat verilməsini xahiş etmişdir (cild 2, i.v. 89-91).
50. Bundan əlavə, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, hazırda İddiaçı ASC-də işləyir, müqavilənin bağlanması ilə bağlı 2021 yanvar–fevral ayında tərəflər arasında danışıqlar aparılırdı, lakin müqavilənin imzalanması yubandı. Müqavilə üzrə layihə 2021-ci ilin sonuna qədər icra olunmalı idi. Mütəmadi olaraq cavabdeh ilə görüşlər keçirlirdi. Avqust ayında ortaq razılaşdırılmış texniki tapşırıqlar üzrə artıq modullar təhvil verilməyə başlanırdı. İlkin olaraq anbar modulu, HR modulu və ən sonda satış modulu təhvil verilməli idi. Anbar və təchizat modulu ilkin olaraq təhvil verilməli idi. Həmin modul 2021-ci ilin avqust ayında təhvil verildi. Həmin modulu test etdikdən sonra onlar müəyyən etdilər ki, iddiaçının bütün istəkləri nəzərə alınmayıb və ümumi tələblərinin 50-60% nəzərə alınmışdır. Anbar modulu yubanma ilə iddiaçıya təhvil verildi və həmin modul ümumi görüləcək işlərin təxmini 20%-ni təşkil edirdi. İşin əsas hissəsini istehsalat modulunun yazılması təşkil edirdi. Həmin modulun yazılması çox vaxt aparacağına görə iddiaçı həmin moduldan əvvəl satış modulunun yazılmasını tələb etdi. Həmin ilin dekabr ayında iddiaçıya panoramanın hazır olduğu bildirildi, lakin onlar orada iddiaçının tapşırıqlarından ciddi yayınmaların olduğunu aşkar etdilər. İddiaçı daha sonra panoramanın da ödənişini etdi. Lakin ödəniş olunandan sonra belə panoramada olan nasazlıqlar aradan qaldırılmadı və iddiaçı qarşı tərəfə təqsirlərinə görə xeyli ziyan etdiyini və münasibəti davam etdirə bilməyəcəklərini bildirdi.
51. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X14 ifadəsində göstərdi ki, hazırda İddiaçı ASC-də işləyir, işə rəsmi olaraq 2022-ci ilin yanvar ayının 1-dən başlamış, lakin işi öyrənmək məqsədilə iddiaçı şirkətə 1 ay əvvəldən gəlmişdir. Həmin vaxt direktor Elnur bəy idi. Tərəflər arasında olan müqavilədən məlumatı var. Həmin razılaşmaya görə cavabdeh 1 il ərzində bütün modulları iddiaçıya təqdim etməli olduğuna baxmayaraq, 2021-ci ilin dekabr ayında iddiaçıya modullar təqdim edilməmişdi. Bu layihə ilə bağlı iddiaçıya heç bir modul təhvil verilməmişdir. Elnur bəy ilə cavabdeh arasında keçən görüşlərdə o da iştirak edirdi və dəfələrlə cavabdehə modulların təhvil verilməsində yubanmaların olması ilə bağlı dəfələrlə iradlarını bildirirdi. Modullardan ən sadə olan anbar modulu 2021-ci ilin dekabr ayında hələ hazır deyildi. Modulların təhvil verilməsi zamanı proqram yazılır, proqram yazılandan sonra icraçı tərəfindən test olunur və sifarişçiyə təqdim olunur. Sifarişçi həmin proqramı test edir, modullar uyğun olduğu halda modullar tətbiqə hazırlanır. Heç bir modulun test proqramı iddiaçıya təqdim olunmamışdır.
52. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, o, Cavabdeh MMC-də işləyir. Bu işlə bağlı o, 3 dəfə görüşlərdə iştirak etmişdir. Cavabdeh tərəfindən layihə rəhbəri əvvəl Ümüd Omarov idi, daha sonra Elşad Seyidzadə olmuşdur. Eyni anda modulların hamısını təhvil vermək mümkün deyildir, çünki modulların hamısının bir-biri ilə zəncirvari bağlılığı var. Satınalma, istehsal, anbar, HR modulları ilə bağlı işlər görülmüşdür. İlkin olaraq anbar (ticarət) modulu təhvil verilməli idi. İddiaçı ASC üçün anbar (ticarət) modulunun daxilində satış modulu nəzərdə tutulmuşdur. Tərəflərindən bütün modullar hazırlanmışdı. Satış modulu isə "xxxx" ASC ilə bağlı idi. Heç bir modul sıfırdan yazılmamış, mövcud olan modullar təkminləşdirilmişdir. Test rejimində yaranan səhvlərin aradan qaldırılmaması barədə dəqiq məlumatı yoxdur.
53. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, Cavabdeh MMC-nin Özbəkistan Respublikası, Daşkənd şəhərində olan filialında işləyir. O, Cavabdeh MMC-də 2015-ci ildən etibarən layihə meneceri vəzifəsində çalışır. Cavabdeh MMC ilə İddiaçı ASC arasında olan müqavilədən məlumatı var. Belə ki, Cavabdeh MMC İddiaçı ASC-nin Şabran rayonunda olan inkubasiya, yetişdirmə, kəsim, qablaşdırma, yem, laboratoriya sahələrinə baxış keçirtmişdir. Daha sonra İddiaçı ASC-nin Xırdalan şəhərində olan baş ofisində görüş keçirilmişdir. İlkin olaraq İddiaçı ASC tərəfindən cavabdehə texniki tapşırıqlar verilmirdi, onları özləri həmin texniki tapşırıqları hazırlayırdılar. İddiaçı tərəfindən cavabdehə onların daxili prosedurları yeniləndiyinə görə ona uyğun yeni texniki tapşırıqların hazırlamaqları bildirilmişdi. 2021-ci ilin may ayında anbar idarəetmə, maliyyə, mühasibatlıq modulları iddiaçıya təqdim olundu, daha sonra sentyabr ayında isə anbar idarəetmə modulu yenilənib İddiaçı ASC-yə təqdim olundu. Tərəflər arasında olan müqavilənin 90 faizi icra olunmuş, yalnız təqdim olunan modulların tətbiqi məsələsi icra olunmamışdır. Aprel ayında bütün modullar hazır idi, may ayında isə iddiaçıya təhvil verildi. İddiaçı ASC tərəfindən layihə rəhbəri ilkin olaraq Fərid bəy idi, daha sonra həmin vəzifə Elnur bəyə həvalə olundu. Hal-hazırda modulların iddiaçı tərəfindən istifadə olunub-olunmaması barədə məlumatı yoxdur. Müqavilə üzrə maliyyə, təchizat, anbar, istehsal, mühasibatlıq modulları hazır idi. Anbar modulunun daxilində sifariş modulu da var idi, satınalma və təchizat eyni modullardır, panorama və interqasiya icra olunmmamışdı, HR modulunu ən sona saxlamışdılar. Modullar parallel olaraq yazılırdı. 2022-ci ilin dekabr ayında iddiaçı özü onlardan işi dayandırmağı tələb etmişdir. Elnur bəy hər gün modulları test edirdi, problem yarananda cavabdehə bildirirdi və onlar yaranan problemləri aradan qaldırırdılar. İddiaçı ASC tərəfindən layihə rəhbəri ilkin olaraq Fərid bəy idi, daha sonra Elnur bəyə həvalə olundu. Elnur bəy ilə onlar anbar idarəetmə modulunun texniki tapşırığına yenidən baxış keçirtmişdilər. Avqust ayının sonunda anbar idarəetmə və təchizat modulunu qarşı tərəfə təqdim etmişlər. Təhvil verilmiş modullar test edildikcə qarşı tərəfdən mütəmadi olaraq yaranan problemlər barədə cavabdehə e-mail vasitəsilə və ya görüşlərdə məlumat verilirdi. Elnur bəy ilə onlar tez-tez görüşürdülər və o ümumi olaraq təqdim olunan proqram təminatından razı olduğunu şifahi şəkildə onlara bildirirdi. Modulların proqram dili onun işi deyil, məlumatı yoxdur. Anbar modulu test edilmiş və heç bir problemin olmadığı onlara bildirilmişdir. Modullar cloud serverə yüklənirdi. Texniki tapşırıq olmadan modul yazıla bilməzdi. Maliyyə və mühasibatlıq modullarının texniki tapşırıqları standart formada olur.
54. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, Cavabdeh MMC-də satış və marketinq üzrə menecer vəzifəsində işləmişdir. O, layihədə satış təmsilçisi vəzifəsində işləyirdi. Əsas vəzifəsi müştərilər ilə əlaqə yaratmaq olmuşdur. Cavabdeh MMC ilə İddiaçı ASC arasında olan müqavilədən məlumatı var. Cavabdeh İddiaçı ASC üçün proqram təminatını hazırlamış, lakin iddiaçının daxilində olan prosedur yenilənməsinə görə modulları tətbiq edə bilməmişlər. İstehsal modulu, mühasibatlıq modulu, HR modulu, sifariş və satınalma modulları iddiaçıya təqdim olunmuşdur. Modullar hazır olandan sonra proqramçılar və layihə menecerləri tərəfindən test olunurdu. Elnur bəy hər gün modulları test edirdi, problem yarananda cavabdehə bildirirdi və onlar yaranan problemləri aradan qaldırırdılar. Real məlumatlar serverə yüklənir, tam baza məlumatlar hazır olandan sonra müştərinin təqdim etdiyi sevrerə yüklənilir. Onlar proqram təminatını hazırlamış, lakin tətbiq edə bilməmişlər. Tətbiq edə bilməmələrinin səbəbi isə müştərinin daxili prosedurlarını yeniləməsi olmuşdur. Texniki tapşırıqlar İddiaçı ASC-nin istəyinə uyğun olaraq təhvil verilib. Elnur bəy iradlarını onlara e-mail vasitəsilə bildirirdi.
55. Belə ki, cavabdehin təqdim etdiyi şahid ifadələri də iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz.
56. Belə ki, əvvəla həmin şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin müqavilə üzrə modulların bir qisminin artıq təhvil verildiyini bildirsələr də, lakin modulların konkret olaraq kimə, hansı şəraitdə təhvil verilməsi, eləcə də hansı tarixdə təhvil verilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
57. Həmçinin məhkəmə qeyd edir ki, hətta həmin şahidlər işlərin görülməsi və təhvil verilməsi ilə bağlı konkret ifadələr versəydi belə bu hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməzdi. Belə ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə podrat işlərinin görülməsi və iddiaçıya təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.
58. Bununla bağlı məhkəmə bildirir ki, hüquqi şəxs olan cavabdeh tərəfindən böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
59. Bu baxımdan məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və cavabdeh şirkətin işçiləri olan şahidlərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
60. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə onun öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda iddiaçının podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, cavabdehin isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.
61. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş avansın qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.
62. Bununla yanaşı, iddiaçı ödənilmiş 45592 manat pulun qaytarılmasını tələb etsə də, materiallardan görünür ki, ödənilmiş vəsaitin bir qismi, yəni 2242 manat (224,20 manat * 10 ay) müqavilənin xx.xx.2021-ci il tarixli 3 saylı əlavəsi üzrə ödənilmiş aylıq xidmət haqqı olmuşdur.
63. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, ödənilmiş 43350 manat (45592 manat – 2242 manat) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
64. Məhkəmə iddia tələbinin ikinci, əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
65. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
66. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
67. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
68. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
69. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
70. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
71. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
72. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
73. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
74. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
75. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
76. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
77. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
79. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
80. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
81. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
82. Belə ki, iddiaçı tərəfindən Məhkəməyə iddia tələbinin bu hissəsi ilə bağlı Yasin İsmayılov, “X4 sanayi ve ticaret anonim şirkəti" və PRİMESOFT MMC ilə bağlanmış müqavilələr təqdim edilmişdir.
83. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla həmin müqavilələr üzrə icra edilməli olan işlərin və göstərilməli olan xidmətlərin cavabdeh tərəfindən iddiaçıya vaxtında təhvil verilməli olan işlər və xidmətlərlə eynilik təşkil etməsi, bundan əlavə, işlərin vaxtında iddiaçıya təhvil verilməməsi ilə əlaqədar olaraq iddiaçının konkret olaraq hansı zərərə məruz qalması materiallarla müəyyən olunmur.
84. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 68520,23 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir.
85. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 43350 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
87. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu cavabdehə, 110 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
88. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 43350 manat və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu, ümumilikdə 43650 (qırx üç min altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova