Məhkəmə qərarları › İş №e-2-2(113)-2449/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2449/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2449/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən 145 480 manat 08 qəpik və 13 mart 2023-cü il tarixli, 89/23- HG nömrəli alqı-satqı müqaviləsinə əsasən isə 64900 manat əsas borc, 10519 manat gecikdirmə faizi olmaqla cəmi – 220899 (iki yüz iyirmi min səkkiz yüz doxsan doqquz ) manat 08 qəpik və 511 manat ödənilmiş dövlət rüsumu məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, Cavabdeh MMC ilə artıq 5 ildir ki, müxtəlif müqavilələr əsasında əməkdaşlıq etmişdir. Bu müqavilələr vasitəsilə ağır texnika satışı həyata keçirilmiş, eyni zamanda, texnikalara texniki xidmətlər göstərilmişdir. İddiaçı cavabdehlə razılaşdırılmış öhdəliklərini tam və əksiksiz olaraq icra etmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş, ödənişlər tam icra olunmamışdır. İlk başda imzalanmış müqavilələr əsasında ödənişlər gecikməli də olsa həyata keçsə də, sonradan ödənişlərin həyata keçməməsi müşahidə olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli, 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən 145 480 manat və 13 mart 2023-cü il tarixli, 89/23-HG nömrəli alqı-satqı müqaviləsinə əsasən isə 64900 manat ödənilməmiş borc məbləği qalmışdır. xx.xx.2022-ci il tarixli, 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən müxtəlif vaxtlarda cavabdehə məxsus texnikalara servis xidmətləri göstərilmiş, avtomobillər təmir olunmuş, ehtiyat hissələri ilə təmin olunmuşdur. Göstərilmiş bütün xidmətlərin sonunda müvafiq “Akt” tərtib edilmiş və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Hər bir xidmətin nəticəsinə uyğun olaraq cavabdehə elektron qaimə göndərilmiş və heç bir müzakirə və mübahisə olmadan təsdiq edilmişdir. 13 mart 2023-cü il tarixli, 89/23-HG nömrəli alqı-satqı müqaviləsinə əsasən isə ümumi dəyəri 123900 manat olan “Howo” markalı 1 ədəd maşın satılmış və cavabdehə təhvil verilmişdir. Müqavilə dəyərinin 100% həcminin təhvil zamanı ödənilməsi öhdəliyi götürülsə də, sonradan sadəcə 59000 manat ödəniş həyata keçmişdir. Beləliklə 64900 manat məbləğində borc qalmışdır. Cavabdeh tərəfə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışlar. Hətta könüllü qaydada mediasiya sazişi imzalaya biləcəyimiz, borc məbləği üçün qrafik ayıra biləcəyimiz təklifi çatdırılsa da heç bir müsbət reaksiya olmamışdır. Qeyd olunanlara və müvafiq sənədlərə əsasən qeyd edirəm ki, Cavabdeh MMC, İddiaçı MMCnin xeyrinə aşağıdakı məbləğdə vəsaiti ödəməyə borcludur. xx.xx.2022-ci il tarixli, 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən 145480.08 (yüz qırx beş min dörd yüz səksən manat səkkiz qəpik) manat əsas borc. 13 mart 2023-cü il tarixli, 89/23-HG nömrəli alqı-satqı müqaviləsinə əsasən 64900 manat əsas borc. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi ilə 5% olaraq sadəcə 2024-cü il üçün hesablanmış gecikdirmə faizi (ümumi borc 210380 x Mərkəzi Bank ortalama uçot dərəcəsi 5%) – 10519 manat. Cəmi – 220899 manat.

3. 20/05/2025-ci il taixdə cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yerləşidirilm ərizədə qeyd olunmuşdur ki, "xxxx" MMC-yə borcu olan şirkətlər borclarını ödəmədiyi üçün fəaliyyətimizdə çətinliklər yaranmış,bu şəraitdə hazırkı iddiaçı yüksək məbləğdə dəbbə pulu və cərimə də tələb edir. Xahiş edirik vicdanla fəaliyyət göstərməyimizi, çətinliklərlə qarşılaşdığımızı nəzərə alaraq cəriməni ləğv edəsiniz.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini qismən,yəni əsas borc hissəsində müdafiə etdi və təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əlavə olaraq cavabdehin nümayəndəsi EMİS-ə ərizə ünvanlayaraq iddianın faiz borcunun tutulması hissəsində təmin edilməməsini xahiş etmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixli 87/22-HG saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişi ilə “Sifarişçi”-yə məxsus yük avtomobillərini və ya xüsusi təyinatlı texnikaları təmir edir və onları lazim olan ehtiyat hissələri ilə təmin edir, “Sifarişçi” isə öz növbəsində xidmətin və satılan malların dəyərini razılaşdırılmış qiymətlərə və ya elektron qaimə fakturaya əsasən İcraçıya ödəyir. - 3.1-ci bəndinə əsasən Sifarişçi yük avtomobillərinə və xüsusi təyinatlı texnikalar baxışa, təmir edilməsinə və ehtiyat hissələri ilə təmin edilməsinə görə İcraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və ya elektron qaimə-fakturalara uyğun olaraq aldığı malların və göstərilmiş xidmətlərin dəyərini İcraçının hesabma ödəyir. - 3.3. –cü bəndinə əsasən Hazırkı Müqaviləyə əsasən bütün ödənişlər hesab-faktura və ya elektron qaimə təqdim edildikdən soma 10 iş günü ərzində “İeraçı”nm hesabma nağdsız qaydada ödənilir. -7.1-ci bəndinə əsasən hazırkı Müqavilə xx.xx.2024-ci il tarixinə qədər etibarlıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü tarixli 86/23-HG saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş Howo 6x4 markalı su maşını (bundan sonra "Əmlak" adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən Alıcı bu müqavilə imzalandıqdan sonra. Əmlakın 1 saylı Əlavədə razılaşdırılan qiymətinin 100 % -ni mal təhvil verildikdə ödəməlidir. - 2.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə bütün ödənişlər manatla aparılır. - Bütün ödənişlər köçürmə yolu və ya nağd qaydada ilə həyata keçirilir. - 3.4.2-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyən edilmiş qaydada Əmlakın dəyərini Satıcıya ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. 86/23-HG nömrəli “13” iyul 2023-ci il tarixli Alqı-Satqı Müqaviləsinə 01 saylı Əlavə olan X1 əsasən 1 ədəd Howo 6x4 su maşını ZZ5257GSS4620 görə ödəniləcək məbləğ ƏDV daxil 123900 manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabehə EBDL 423420 xx.xx.2023-cü il tarixli 123900 manat, EBDQ 808735 saylı xx.xx.2023-cü il tarixli 3543.54 manat,EBDQ 034523 saylı xx.xx.2023-cü il tarixli 1038.40 manat, EBDQ 120627 saylı xx.xx.2023-cü il tarixli 531 manat, EBDM 777865 saylı xx.xx.2023-cü il tarixli 2548.80 manat, EBDM 063636 saylı xx.xx.2023-cü il tarixli 542.80 manat, EBDL 946325 saylı xx.xx.2023-cü il tarixli 3141.16 manat, EBDK 489067 saylı xx.xx.2023-cü il tarixli 2076.80 manat , EBDK 319257 saylı xx.xx.2023-cü il tarixli 4519.40 manat, EBDJ 412635 saylı xx.xx.2023-cü il tarixli 1416 manat, EBDJ 227010 saylı xx.xx.2023-cü il tarixli 1364.08 manat, EBDJ 412235 saylı xx.xx.2023-cü il tarixli 3078.62 manat, EBDH 606418 saylı xx.xx.2023-cü il tarixli 389.40 manat, EBDH 605779 saylı xx.xx.2023-cü il tarixli 318.60 manat, EBDH 605653 saylı xx.xx.2023-cü il tarixli 354 manat, EBDH 607272 saylı xx.xx.2023-cü il tarixli 4075.72 manat, EBDH 607242 saylı xx.xx.2023-cü il tarixli 3660.36 manat, EBDG 115397 saylı xx.xx.2023-cü il tarixli 5146.22 manat, EBDF 740290 saylı xx.xx.2023-cü il tarixli 3292.20 manat, EBDG 114852 saylı xx.xx.2023-cü il tarixli 702.10 manat, EBDF 042239 saylı xx.xx.2023-cü il tarixli 2076.80 manat, EBDF 040515 saylı xx.xx.2023-cü il tarixli 5222.68 manat, EBDF 042425 saylı xx.xx.2023-cü il tarixli 302.08 manat, EBDF 187505 saylı xx.xx.2023-cü il tarixli 141.60 manat, EBDE 724214 saylı xx.xx.2023-cü il tarixli 2065 manat, EBDE 642187 saylı xx.xx.2023-cü il tarixli 3778.36 manat, EBDD 739070 saylı xx.xx.2023-cü il tarixli 2114.56 manat, EBDD 832502 saylı xx.xx.2023-cü il tarixli 1970.60 manat, EBDD 170075 saylı xx.xx.2023-cü il tarixli 649 manat, EBDD 169795 saylı xx.xx.2023-cü il tarixli 1545.80 manat, EBDB 721185 saylı xx.xx.2023-cü il tarixli 228.92 manat, EBDB 721064 saylı xx.xx.2023-cü il tarixli 2147.60 manat, EBCP 036361 saylı xx.xx.2023-cü il tarixli 5340.68 manat, EBCO 083782 saylı xx.xx.2023-cü il tarixli 5673.44 manat, EBCO 023586 saylı xx.xx.2023-cü il tarixli 283.20 manat, EBCO 025454 saylı xx.xx.2023-cü il tarixli 29500 manat, EBCO 023664 saylı xx.xx.2023-cü il tarixli 247.80 manat, EBCN 216835 saylı xx.xx.2023-cü il tarixli 1932.84 manat, EBCM 72519 saylı xx.xx.2023-cü il tarixli 6921.68 manat,EBCE 511769 sayli xx.xx.2022-ci il tarixli 11357.50 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. "xxxx" ASC ərəfindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində (EBDL 423420 saylı e-qaimə üzrə) 50 000 manat məbləğində ödəniş edilmişdir.

V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı və xidmət müqavilələri bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə təhvil vermiş və müqavilə üzrə qeyd olunan xidmətləri göstərmiş olsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, 87/22- HG nömrəli xidmət müqaviləsinə əsasən 145 480 manat 08 qəpik və 13 mart 2023-cü il tarixli, 89/23- HG nömrəli alqı-satqı müqaviləsinə əsasən isə 64900 manat əsas borcu məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, üqavilələr ,elektron qaimə və cavabdeh tərəfin elektron məhkəmə sisteminə yerlə.dirdiyi ərizə (həmin ərizədə cavabdeh yalnız cərimə borcunu mübahisələndirmişdir) ilə təsdiq edilir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – cəmi hər iki müqavilə üzrə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən 145 480 manat 08 qəpik və 13 mart 2023-cü il tarixli, 89/23- HG nömrəli alqısatqı müqaviləsinə əsasən isə 64900 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən 145 480 manat 08 qəpik və 13 mart 2023-cü il tarixli, 89/23- HG nömrəli alqı-satqı müqaviləsinə əsasən isə 64900 manat məbləğində pul vəsaitini tələb etdiyini və iddiaçının nümayəndəsinin iddia tələbini yalnız həmin hissədə müdafiə etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, digər hissədə təmin edilməməlidir.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 512 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

21. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci tarixli 87/22-HG nömrəli xidmət müqaviləsinə əsasən, 145480.08 (yüz qırx beş min dörd yüz səksən manat səkkiz qəpik) manat və xx.xx.2023-cü il tarixli 89/23-HG nömrəli alqı-satqı müqaviləsinə əsasən isə 64900 (altmış dörd min doqquz yüz) manat borc və 500 (beş yüz) manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar