Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-245/2022 21.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı "X3" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdeh nümayəndəsi X2 oglunun iştirakı ilə, İddiaçı "X3" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, 105 saylı alqı-satqı müqaviləsinə əsasən 4,543.0 manat məbləğində əsas borcun, 5,000.0 manat dəyərində vurulmuş maddi ziyan məbləğinin, 150.00 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin, 100.00 manat mediasiya xərclərinin və 31.0 manat ödənilmiş dövlət rüsumunun, cəmi 9,824.0 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, 105 saylı alqı-satqı müqaviləsinə əsasən 4,543.0 manat məbləğində əsas borcun, 5,000.0 manat dəyərində vurulmuş maddi ziyan məbləğinin, 150.00 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin, 100.00 manat mediasiya xərclərinin və 31.0 manat ödənilmiş dövlət rüsumunun, cəmi 9,824.0 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 2019-cu ilin oktyabr ayında təsis edilmişdir. İddiaçı QSC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. 07 iyun 2021-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı QSC arasında 105 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Satıcı” malları “Alıcıya” 9 iyun 19:00dək təhvil verilməlidir, əks halda Alıcının sifarişdən imtina etmək və malın 100% qiyməti dəyərində geri ödəniş tələb etmək hüququ var. Müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə 08.06.2021-ci il tarixdə ƏDV daxil olmaqla 4,543.00 (dörd min beş yüz qırx üç) manat vəsait ödənilsə də, cavabdeh tərəfindən müqavilə predmetini təşkil edən 1 ədəd kombayn pilləkəni iddiaçıya nə müqavilədə göstərilən tarixədək, nə də həmin tarixdən sonra təhvil verilməmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Eyni zamanda, göstərilən mal vaxtında təhvil verilməməklə İddiaçı QSC-yə maddi zərər də vurulmuşdur. Belə ki, Cəmiyyət 2021-ci ilin 10-12 iyun tarixlərində X4 təşkil olunmuş ‘’Caspian Agro” kənd təsərrüfatı sərgisində iştirak etmiş və sərgidə Cəmiyyətə məxsus digər mallar kimi 1 ədəd kombayn da nümayiş edilmişdir. Lakin, cavabdeh təşkilat kombayn pilləkəninin vaxtında təhvil vermədiyi üçün, həmin kombaynın kabinəsinə qonaqlar tərəfindən baxıla bilməmiş, nəticədə sərgini izləmək üçün gəlmiş dövlət adamları və sahibkarların şüurunda iddiaçı haqqında qeyri peşəkar təəssüratı yaranmış, potensial Alıcılar tərəfindən həmin mala maraq göstərilməmişdir. Cavabdehin bu hərəkəti ilə iddiaçıya maddi zərər vurulmuşdur və dəymiş maddi ziyan məbləğini 5,000.0 (beş min) manat miqdarında qiymətləndirmişlər. Beləliklə, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə, Cavabdeh MMC-nin 13.09.2021-ci il tarixə İddiaçı QSC-yə müqavilə dəyəri həcmində, yəni 4,543.00 (dörd min beş yüz qırx üç) manat əsas borcu və 5,000.00 (beş min) manat dəyərində vurulmuş maddi ziyan məbləği borcu yaranmışdır. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə 28 iyun 2021-ci il tarixli 0126 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünədək heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, düzdür ki, onlar müqaviləyə uyğun olaraq vaxtında işi çatdırmamışlar. Qarşı tərəf onlara işi davam etdirməylərini dediyi üçün onlarda xərc çəkib işi davam etdirmişlər. Daha sonra qarşı tərəfə dəfələrlə məhsulu düzəltdiklərini bildirmələrinə baxmayaraq onlar həmin məhsulu istəmədiklərini demişlər. Hazırda işi davam etdirib yekunlaşdırmışlar. Sadəcə olaraq satılan əşyanın düzəldilib vaxtında çatdırmayanda qarşı tərəf işi dayandırmağı yox yenə də davam etdirməyi bildirib. Onlar da vəsait cəlb edib, məhsulun düzəldilməsini davam etdirib, bitirmişlər. Bu barədə əlavə yazılı razılaşma mövcud olmasa da işi tam məsuliyyətli görmək üçün əllərindən gələni edən bir şirkətdirlər. Hesab edir ki, iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 07 iyun 2021-ci il il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya müqaviləyə əlavədə göstərilən mal-material satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Həmin müqavilənin 2.1.1 bəndinə əsasən “Satıcı” malları “Alıcıya” 9 iyun 19:00-dək təhvil verilməlidir. 105 nömrəli 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşdırılma protokolundan görünür ki, satılan malın predmeti Kombayn pilləkan olmaqla ümumi dəyəri yekun məbləg olaraq 4543 manat müəyyən olunmuşdur. 08 iyun 2021-ci il tarixli ödəniş tapşırıgının surətindən görünür ki, iddiaçı cavabdehin hesabına 07 iyun 2021-ci il il tarixli alqı-satqı müqaviləsinə əsasən kombayn pilləkan üçün 3850 manat ödəniş etmişdir. Köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı cavabdehin ƏDV sub-uçot hesabına 693 manat ödəniş etmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 28 iyun 2021-ci il tarixli prenenziyadan görünür ki, iddiaçı cavabdehdən öhdəliyini vaxtında icra etmədiyi üçün ödənilmiş 4543.40 manat pulu geri tələb etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 07 iyun 2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh MMC ilə arasında 105 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Satıcı” malları alıcıya 9 iyun 19:00-dək təhvil verilməlidir, əks halda Alıcının sifarişdən imtina etmək və malın 100% qiyməti dəyərində geri ödəniş tələb etmək hüququ var. Müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə 08.06.2021-ci il tarixdə ƏDV daxil olmaqla 4,543.00 (dörd min beş yüz qırx üç) manat vəsait ödənilsə də, cavabdeh tərəfindən müqavilə predmetini təşkil edən 1 ədəd kombayn pilləkən iddiaçıya göstərilən tarixədək təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malın dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında baglanmış müqavilənin icrası ilə baglı konkret təqvim günü təyin edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş vaxtadək öhdəliyini icra etməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında öhdəliyi vaxtında icra etməmələrini qəbul etdiyini lakin iddiaçı ilə cavabdehin satılan malın hazırlanmasının davam etdirilməsi barədə razılıga gəldiklərini bildirsə də bu dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmdəiyindən alınan mala görə ödənilən 4,543.0 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 5,000.0 manat dəyərində vurulmuş maddi ziyan məbləğinin tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın vurlması barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməsiyindən iddia həmin hissədə təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 121-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ödəniş tapşırıgından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləgdə ödəniş olunmuşdur. Məhkəmə hesab edir ki, 150.00 manat vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən məbləg aglabatan məbləg oldugundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, 100.00 manat mediasiya xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 15,17 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 14,83 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "X3" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, 105 saylı alqı-satqı müqaviləsinə əsasən 4,543.0 manat məbləğində əsas borc, 150.00 manat vəkilin göstərdiyi yardıma görə xərclər, 100.00 manat mediasiya xərcləri, cəmi 4793 manat məbləğində vəsait Cavabdehndən tutularaq "X3" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 15,17 manat məbləği Cavabdehndən tutularaq "X3" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 14,83 manat məbləği "X3" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-245/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-245/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver