Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-245/2024 13.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X23 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərdi Firmasından 420000,05 (dörd yüz iyirmi min manat beş qəpik) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X7 ilə Cavabdeh Fərdi Firması arasında 14 aprel 2016-cı il tarixdə Bakı şəhərində ümumi dəyəri 915145,84 manat təşkil edən ərzaq buğdasının alqısatqısına dair TY/332-16/84 saylı müqavilə imzalanmışdır. Cavabdeh Fərdi Firması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 495145,79 manat ödəniş etmiş, qalan məbləği isə bu günə qədər ödəməkdən imtina etmişdir. 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X7 ləğv edilmişdir. Bundan sonra AR Nazirlər Kabinetinin sərəncamı ilə onun hüquq və vəzifələri, debitorlardan ödənişlərin qaytarılması məqsədi ilə İddiaçı təşkil edilmişdir. Ləğvetmə Komissiyası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X7 ilə Cavabdeh Fərdi Firması arasında 14 aprel 2016-cı il tarixdə bağlanmış TY/332-16/84 saylı müqavilədən yaranmış öhdəliklərin vaxtında icra edilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini könüllü yerinə yetirilməsindən yayınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X7 ilə Cavabdeh Fərdi Firması arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, TY/332-16/84 saylı müqavilənin 4.2.1-cü bəndinə görə alıcı qəbul etdiyi malın dəyərini nəzərdə tutulmuş vaxtda satıcıya bu müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada ödəyir. Cavabdeh bu günə qədər 420000,05 manat borcu yaranmışdır. Cavabdeh Fərdi Firmasına müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə 08 iyun 2023-cü ildə pretenziya göndərilsə də, bu günədək pretenziyaya hər hansı münasibət bildirilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödəniş həyata keçirilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 430.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Fərdi Firmasından 420000,05 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dövlət X6 Ləğvetmə Komissiyasının iddia ərizəsinə etiraz olaraq bildirilir ki, Azərbaycan Respublikası FHN Dövlət X7 ilə Cavabdeh Fərdi Firması arasında 14 aprel 2016-cı il tarixdə ərzaq buğdasının alqı-satqısına dair müqavilə bağlanmışdır. Lakin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası FHN Dövlət X7 tərəfindən Cavabdeh Fərdi Firmasına ərzaq buğdası tədarük edilməmişdir. Hal-hazırda iddiaçı Dövlət X6 Ləğvetmə Komissiyası Cavabdeh Fərdi Firmasına qarşı 420000,05 manat məbləğində pulun tutulması barədə iddia qaldırsa da, Dövlət X9 tərəfindən Cavabdeh Fərdi Firmasına ərzaq buğdasının qeyd edilən müqaviləyə əsasən cavabdehə verilməsi barədə hər hansı bir sənəd təqdim etməmişdir. İddia ərizəsində iddiaçı qeyri-müəyyən, ümumi sözlərdən istifadə edərək, tələblərini əsaslandıracaq heç bir sənəd təqdim etməmişdir. Göstərilən məbləğin hansı tarixdə, hansı malların verilməsi, nə qədər məbləğdə mal verilməsi və nə qədər məbləğ ödənilməsi və s. suallara cavab verə biləcək sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, malın dəyəri mal təhvil veriləndən sonra qaimədə qeyd olunan müddət ərzində ödənilir. Eyni zamanda, İddiaçı sədri tərəfindən Cavabdeh Fərdi Firmasına ünvanlanmış pretenziyada 420000 manat məbləğində pul vəsaitinin 12 iyun 2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X4 hesabına ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin iddia ərizəsində Cavabdeh Fərdi Firmasından 420000,05 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi göstərilmişdir. Beləliklə, hesab edilir ki, İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı pul tələbinə dair iddiası əsassızdır və təmin edilə bilməz.
5. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh Fərdi Finnasından 420000,05 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Azərbaycan Respublikası FHN Dövlət X7 ilə Cavabdeh Fərdi Firması arasında 14 aprel 2016-cı il tarixdə ərzaq buğdasının alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı 2023-cü ildə pul tələbi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Əgər Cavabdeh Fərdi Firmasının müqavilə öhdəlikləri üzrə problemi var idisə, X1 müəyyən edilmiş müddət ərzində iddia qaldıra bilərdi. Ona görə də iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia müddətinin tətbiqi və etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Azərbaycan Respublikasının Fövqəladə X18 X7 ilə alıcı qismində Cavabdeh Fərdi Firması arasında xx.xx.2016-cı il tarixdə TY/332-16/84 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı tərəf bu müqavilənin şərtlərinə uyğun olaraq 2015-ci ilin məhsulu, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının istehsalı olan özünə məxsus 3112 ton 000 kq 3-cü sinif ərzaqlıq buğdanı alıcının verdiyi sifarişə əsasən 10 gün müddətində alıcıya verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı satıcı tərəfindən tədarük edilərək ona verilən buğdanı qəbul etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 2015-ci ilin məhsulu, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının istehsalı olan kq 3-cü sinif ərzaqlıq buğdanın bir tonunun qiyməti ƏDV-siz 294,07 manatdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 3112 ton 000 kq ərzaqlıq buğda üçün 915145,84 manat təşkil edir.
9. Cavabdeh Fərdi Firması tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 23 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh Fərdi Firmasının anbarlarında xx.xx.2018-ci il tarixinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə aid ******* ton dövlət ehtiyatı kimi yüksək keyfiyyətli ərzaqlıq buğda saxlancdadır.
10. xx.xx.2018-ci il tarixli aktda qeyd olunmuşdur ki, aşağıda imza edənlər Cavabdeh Fərdi Firmasının direktor müavini X15, baş mühasibi X13 və anbardarı X16 bu aktı tərtib etdilər ondan ötəri ki, həqiqətən Cavabdeh Fərdi Firmasının anbarında saxlanca qoyulmuş Fövqəladə Hallar Nazirliyinə məxsus yüksək keyfiyyətli ərzaqlıq buğdanın 01 Aprel 2018-ci il tarixinə olan qalıq miqdarı 5459.980 ton (beş min dörd yüz əlli doqquz ton 980 kq) təşkil edir.
11. xx.xx.2018-ci il tarixli aktda qyd olunmuşdur ki, aşağıda imza edənlər Cavabdeh Fərdi Firmasının direktor müavini X10, baş mühasibi X8, anbardar X11 iştirakı ilə tərtib edirlər həmin aktı ondan ötrü ki, həqiqətən xx.xx.2015-ci il tarixli, DMEA/TS-3xx-xx/2015 saylı müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi Dövlət X4 Dövlət Taxıl Fonduna məxsus olar Cavabdeh Fərdi Firmasının anbarında saxlanılan ərzaqlıq buğda ehtiyatına baxış keçirdilər və ərzaqlıq buğdanın aşağıdakı çəki göstəricisinə uyğun olduğunu müəyyən etdilər. Ərzaqlıq buğda - 5459.980 ton.
12. Saxlanc verən qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazilriyi ilə saxlayan qismində Cavabdeh Fərdi Firması arasında xx.xx.2015-ci il tarixdə DMEA/TS- 332-08/215 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən saxlayan tərəf özünə məxsus elevatorda saxlamaq şərti ilə saxlanc verən tərəfə məxsus olan 15000 (on beş min) ton taxılın saxlanca qəbul ediləsinə başlandığı gündən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “X22 saxlanması və istifadəsi qaydalarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 162 nömrəli Qərarı ilə təsdiq edilmiş saxlama müddətində saxlanmağa qəbul edir və müqavilənin qüvvədə olduğu müddət ərzində saxlanc verənin tələbi ilə istənilən vaxt geri qaytarır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən saxlanc verən tərəf ona məxsus olan taxılın Azərbaycan Respublikası Naziriər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “X22 saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 162 nömrəli Qərar ilə təsdiq edilmiş saxlama müddəti üçün saxlanmasının haqqını saxlayan tərəfə ödəməyi öhdəsinə götürür.
13. Azərbaycan Respublikası Baş Nazirinin Müavininin yanında 30 mart 2022-ci il tarixdə keçirilən müşavirənin 12 nömrəli Protokolundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci tarixli 614s nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın xx.xx.2022-ci tarixli iclasının gündəliyində qərara alınmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi dövlət qeydiyyatına alındığı gündən fəaliyyətini dayandırmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X4, habelə onun tabeliyində olan “Qaya”, “Qala”, “Qoşqar” kombinatlarının və Taxıl fondu üzrə İdarənin ləğvetmə komissiyasının yaradılmasını, ləğvetmə prosesinin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini və müvafiq maliyyələşmə ehtiyacları barədə Azerbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilməsini təmin etsin.
14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 07 iyun 2023-cü il tarixli, 073 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X6, onun tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinatlarının ləğv edilməsi üzrə Ləğvetmə Komissiyasının yaradılması haqqında əmrdən görünür ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli, 1456 nömrəli Fərmanını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 oktyabr tarixli 614s nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın Qərarının (Protokol N° 12, 30 mart 2022-ci il) 1-ci hissəsinin icra edilməsi məqsədilə (sözügedən əmrdə qeyd edilmişdir) ləğvetmə komissiyası yaradılması əmr edilmişdir.
15. İddia tərəfindən iş materiallarına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 511 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X9 haqqında Əsasnamə, Azərbaycan Respublikası Dövlət Ehtiyatlan Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı əlavə edilmişdir.
16. İddiaçı tərəfindən Cavabdeh Fərdi Firmasına göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 12 iyun 2023-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2) borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
Məhkəmənin mövqeyi
20. İddia tələbini Cavabdeh Fərdi Firmasından 420000,05 (dörd yüz iyirmi min manat beş qəpik) manat məbləğində pulun tutulması təşkil edir.
21. İşin faktiki hallarından göründüyü kimi, Agentlik ilə cavabdeh arasında həm saxlanc, həm də alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin məhz alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
22. İddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlandığını, iddiaçının həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcunun olduğunu bildirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası FHN Dövlət X7 ilə Cavabdeh Fərdi Firması arasında 14 aprel 2016-cı il tarixdə ərzaq buğdasının alqısatqısına dair müqavilə bağlansa da, Agentlik tərəfindən Cavabdeh Fərdi Firmasına ərzaq buğdası tədarük edilməmişdir. İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı 420000,05 manat məbləğində pulun tutulması barədə iddia qaldırsa da, qeyd edilən müqaviləyə əsasən Dövlət X9 tərəfindən Cavabdeh Fərdi Firmasına ərzaq buğdasının təhvil verilməsinə dair hər hansı sübutu təqdim etməmişdir. İddia ərizəsində iddiaçı qeyri-müəyyən, ümumi sözlərdən istifadə edərək, tələblərini əsaslandıracaq heç bir sənəd təqdim etməmiş, göstərilən məbləğin hansı tarixdə, hansı malların verilməsi, nə qədər məbləğdə mal verilməsi və nə qədər məbləğ ödənilməsi və s. suallara cavab verə biləcək sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, malın dəyəri mal təhvil veriləndən sonra qaimədə qeyd olunan müddət ərzində ödənilir. İddiaçı cavabdehin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 495145,79 manat ödəniş etdiyini, qalan məbləğin isə ödənilmədiyini bildirsə də, qeyd olunan məbləğin ödənilməsinə dair sübutunu da məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.
25. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
26. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
27. Bundan başqa, işin yuxarıda göstərilən hallarından göründüyü kimi, cavabdeh hazırkı işə məhkəmədə baxılarkən iddia tələbinin əsassız olduğunu bildirərək, iddiaçıya heç bir borcunun olmadığını bildirmiş, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
28. Əlavə olaraq qeyd olunur ki, müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti də ötürülmüşdür.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova