Məhkəmə qərarları › İş №e-2-2(113)-2451/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2451/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2451/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 190218 saylı xidmət müqaviləsi üzrə yaranmış 4.350 manat məbləğində əsas borc, 30 manat məbləğində məhkəmə rüsumunun, ümumilikdə 4.280 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh MMC (Vöen **********) ilə xxxx MMC (**********)arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 190218 №-li xidmət müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh MMC-yə “xxxx” MMC tərəfindən sözügedən müqavilədə qeyd olunan xidmətlərin göstərilməsi və göstərilən xidmətlərin müqabilində, Cavabdeh MMC tərəfindən, “xxxx” MMC-yə hər ay 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Təssüf hissi ilə qeyd edir ki, ötən aylar ərzində Sifarişçi müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə ilə müəyyən edilmiş xidmət haqqını (müxtəlif bəhanələr yalanlar gətirərək) ödəməkdən boyun qaçırmışdır. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə şifahi və yazılı (pretenizya məktubları göndərilməsinə) xəbərdalıq olmasına baxmayaraq, Sifarişçi müxtəlif (3 gün sonra verərəcəyik, bir həftə sonra sizə zəng vurarıq, 15 günə 100% çatdırırıq, 1-3 ay möhlət verin ödəyək və sair) bəhanələr gətirərək (yalan vədlər verərək) müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır. Sonradan əldə etdiyi məlumatlara əsasən ona məlum olmuşdur ki, Cavabdeh MMC-nin direktoru Gül Nazminin qeyri-rəsmi dövriyyəsi təxminən yarım milyon manata yaxın olmuşdur. HalhazırdaCavabdeh MMC-nin“İddiaçınə” (2019-cu ilin son üç ayı üzə 900 manat, 2020-ci ilin iyulun 30-a qədər isə 2450 manat) 3350 (üç min üç yüz əlli) manat, miqrasiya işləri üçün isə 1000 (min manat) ümumilikdə 4350 (dörd min üç yüzəlli) manat məbləğində borcu vardır. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin tədbiri kimi cavabdehin “xxxx” ASC-də olan hesablaşma hesabının üzərinə həbs qoyulmasını və Cavabdeh MMC-nin direktoru Gül Nazminin ölkədən çıxışına məhdudiyyət qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh “xxxx” ASC-də olan hesablaşma hesabında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 4350 manat həcmində həbs qoyulmuşdur. Qalan hissədə ərizə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının qanuni təmsilçisinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli, 190218 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulan həcmdə və şərtlərlə xidmət göstərməyi icraçıya tapşırır, icraçı isə həmin işin yerinə yetirilməsini bir vəzifə kimi öz üzərinə götürür. 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə müvafiq olaraq göstərilən xidmətlərə görə sifarişçi hər ay icraçıya 350 manat həcmində xidmət haqqı ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxx 2020-ci il tarixli görülmüş iş və xidmətlərin təhvil-təslim aktı ilə təsdiq edilir ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli 190218 saylı xidmət müqaviləsinə əsasən İddiaçı tərəfindən göstərilmiş xidmətə görə cəmi borcu 4.350 manat təşkil edir. İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə xx.xx.2020-ci il tarixli pretenziya məktubu ünvanlayaraq 4.350 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh isə göstərilmiş xidmətə görə xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 4.350 məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, göstərilmiş xidmətlərinin müqabilində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 4.350 xidmət haqqı tutularaq İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və işə baxılması ilə əlaqədar məsrəflərin əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4.350 (dörd min üç yüz əlli) manat məbləğində məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar