Məhkəmə qərarları › İş №e-2-2(113)-2454/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2454/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2454/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu **********20357) Cavabdeh tərəfindən yazılmış 15098 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Təzə sahə ünvan üzrə Cavabdeh **********20357 saylı kodu ilə fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi abonet kimi qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olundu. Sayğaca heç bir müdaxilə qeyd edilməmişdir, lakın aktin tərtib edilməsinin səbəbi kimi göstərilmişdir ki, sayğaç sərfıyata uyğun deyil. Cavabdeh Bakı X1m itkisini hesablayaraq qaz itkisini 75492 m3 kimi müəyyən edib 15098 manat məbləğində borc hesablanmışdır. İddiaçı həmin hesablanma qaydaları ilə razı deyil. Belə çıxır ki, ünvanında quraşdırılmış cihazları gün üzrə 12 saat hamısını bir yerdə işlətmiş və təbii qazdan sayğacdan keçirmədən istifadə olunmuşdur. Həmin sahədə quraşdırılmış qaz sayağacının maksimal buraxma qabiliyyəti 25 m3/saat olduğu halda ondan artıq qazı işlədə bilməzdi və gün ərzində ancaq lazım cihazları işlətmişdir. Lakın Cavabdehİstehsalat Birliyi tərəfindən ünvanında quraşdırılmış cihazların nəzəri baxımdan saatlıq sərfi 59.95 m3/saat günlük 12 saat hesablayaraq borc yazmışdır. Cavabdeh qərarı ilə razı deyil. Cavabdehin hesabladığı borc əsassızdır. İstehlakçı ancaq təqsirli hərəktlərinə görə cavabdehdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən abonent kodu **********20357 olan təsərrüfat obyektində təbii qazdan istifadə qaydaları pozulduğuna görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı - Cavabdeh İB ilə istehlakçı - İddiaçı arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, G-16 markalı, 75150579 zavod nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın sərfiyyata uyğun olmadığı aşkar edilmiş və sərfiyyata uyğun sayğacın quraşdırılması və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. xx.xx.2018-ci il tarixdə “Cavabdeh'' X4 təbii qazın dəyərinin hesablanması üzrə komissiya tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən istehlakçı İddiaçı məxsus quşçuluq sexində quraşdırılmış G-16 markalı 75150579 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 25 m3/saat olduğu halda istismar edilən işlədicilərin ümumi saatlıq qaz sərfi 59.95 m3/saat olduğu aşkar edilimişdir. Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 59,95 m3, mövcud sayğacın maksimal ölçmə həddi 25 m3, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və (59,95-25)=34,95x12x180=75492 m3 qaz sərfiyyatı miqdarında yəni 15098,40 manat dəyərində qaz sərfiyyatı aparılmaqla “Cavabdeh'' İstehsalat Birliyinə ziyan vurulmuşdur. İddiaçı abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2019-cu ilin fevral ayına görə (qalıq və aktlar qrafasında) 15098,40 manat borcu vardır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçı “Azeriqaz'' İstehsalat Birliyi tərəfindən 15098 manat yazılmış borcun silinməsini tələb etdiyindən hesablanmış 15098 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Binə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu **********20357) hesablanmış 15098 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar