Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2461/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəmənin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı2 MMC-nin cavabdeh Çin Xalq Respublikasının “Ouke Machinery CO.LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək” cavabdeh Çin Xalq Respublikasının “Ouke Machinery CO.LTD” şirkətindən 57500 ABŞ dolları məbləğində pul vəsaitinin və 10000 ABŞ dolları həcmində əldən çıxmış fayda olmaqla, ümumilikdə 67500 ABŞ dolları həcmində pul vəsaitinin və 410 manat ödənilmş dövlət rüsumunun tutularaq, İddiaçı2 MMC-yə ödənilməsinə dai qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hazırki iddianın Azərbaycan Respublikasının məhkəmələrində baxılmasının mümkünlüyünün əsasını MPM-nin 28, 440.1 və 443-cü maddəsində göstərilən şərtlər təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məcəllənin qeyd olunan imperativ tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri kommersiya mübahisələri üzrə işə o halda baxmağa səlahiyyətlidir ki, tərəflərdən biri olan xarici hüquqi şəxsin, ən azından, Azərbaycan Respublikasında olduğu yer və adətən gəldiyi yer mövcud olsun. Lakin iş materiallarından görünür ki, cavabdeh hüquq şəxs Çin Xalq Respublikasının “Ouke Machinery CO.LTD” şirkətinin qanunvericiliyin qeyd olunan imperativ tələbinə müvafiq olaraq Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud deyil və bunu təkzib edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0 və 443.0.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan o işlərə baxmağa haqlıdır ki, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmiş olsun. Lakin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli satış müqaviləsinin ikinci bəndində yükləmə limanı Şanxayda, təyinat limanı isə Bəndər Abbas qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qısa idxal bəyannaməsindən görünür ki, “Ouke Machinery CO.LTD” şirkəti tərəfindən İddiaçı2 MMC-nin adına 62500 ABŞ dolları məbləğində mallar idxal olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd olunan ziddiyatlı məqamların izahını verməmişdir. Digər tərəfdən, əgər müqavilənin icrası yeri həqiqətən də Azərbaycan Respublikasının ərazisi hesab edildiyi halda belə, iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. İddiaçı hüquqi ünvanının Ağstafa rayonu olmasına baxmayaraq Bakı şəhərində fəaliyyət göstərdiyini ərizəsində qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan müqavilədə İddiaçı2 MMC-nin ünvanı ünvan 2an Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan da göründüyü kimi sonuncu AZ0500, ünvan 3i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən Ağstafa rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hazırkı iddiaya ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı2 MMC-nin cavabdeh Çin Xalq Respublikasının “Ouke Machinery CO.LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin qaytarılması tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2461/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2461/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver