Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2467/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ tarif müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 517.674,04 manat məbləğində borcun, 807 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixində İddiaçı ilə (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında Korporativ Tarif Müqaviləsi (bundan sonra (”əlivaqüM“ imzalanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliklərini tam şəkildə icra etsə də, Cavabdeh müvafiq ödənişləri icra etməyərək Müqavilə üzrə öhdəliklərini pozub və iddiaçıya ümumillikdə 517,674.04 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5-ci maddəsində ödəniş şərtləri müəyyən edilmişdir. Bundan əlavə, Müqavilənin 3.3-cü maddəsinə əsasən, Cavabdeh Müqaviləni pozduğu təqdirdə İddiaçıya kompensasiya ödəmək öhdəliyini daşıyır. Bundan əlavə, Cavabdeh Müqavilə üzrə borcunu xx.xx.2022-ci il tarixində imzaladığı qarşılıqlı borcların üzləşdirilməsi barədə aktlarda qəbul etsə də, ödənişin edilməsi üçün zəruri hərəkətləri etməyib. Bununla əlaqədar iddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 22 noyabr 2022-ci il tarixində isə Cavabdehə rəsmi Pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, Cavabdeh tərəfindən borc 10 təqvim günü ərzində tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla Müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Beləliklə, indiki halda Cavabdeh Müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia verilən zaman cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində edilən 10.000 manat ödəniş nəzərə alınmamışdır. Bugün üçün cavabdeh şirkətin borcu 507.674,06 manat təşkil edir.
4. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cü il tarixli topdan satış tarif müqaviləsi 2020-yə əsasən:
8. Müqavilənin 1.3-cü bəndinə əsasən müqaviləyə daxil olan bütün tariclər 18% məbləğində ƏDV və bir gecəyə bir nəfər üçün 0.65 ABŞ dolları məbləğində bələdiyyə vergisi nəzərə alınmadan tətbiq olunacaqdır. Hökümət tətbiq edilən vergi tutumu ilə bağlı hər hansı dəyişiklik olduqda, otel qüvvəyə minən yeni vergi tutumunu dərhal tətbiq etmək hüququnu özündə saxlayır.
9. Müqavilənin 5.1-ci bəndinə əsasən yerləşdirmə haqları şirkət tərəfindən nağd, kredit kartı və ya bank köçürməsi yolu ilə ödəniləcək.
10. Müqavilənin 5.2-ci bənidnə əsasən tərəflər qarşılıqlı öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnələrinə uyğun olaraq “Məzənnələr” bəndinə göstərilən məbləğdə manat ekvivalentində olduğunu və ödəniş tarixində mövcud olan məzənnəyə uyğun ödəniləcəyini təsdiqləyirlər. 11.Cavabdeh MMC tərəfindən müxtəlif tarixlərdə göndərilən e-mail məktublarından görünür ki, Boulevard Hoteldə müxtəlif otaqların rezervasiya edilməsi sifariş edilmişdir.
12. xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdimrə aktına əsasən Cavabdeh MMC xx.xx.2021-ci il tarixə İddiaçı MMC-yə cəmi 517.674,04 manat borcu olmasını imza və möhürü ilə təsdiq edilmişdir.
13. 27.05.2024-cü il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh MMC tərəfindən 10.000 manat məbləğində ödəniş edilmişdir.
14. 03.06.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin ümumi borcu 507.674,06 manat təşkil edir.
15. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cü il tarixli topdan satış tarif müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən müqaviləyə daxil olan bütün tariflər 18% məbləğində ƏDV və bir gecəyə bir nəfər üçün 0.65 ABŞ dolları məbləğində bələdiyyə vergisi nəzərə alınmadan tətbiq olunacaqdır. Hökümət tətbiq edilən vergi tutumu ilə bağlı hər hansı dəyişiklik olduqda, otel qüvvəyə minən yeni vergi tutumunu dərhal tətbiq etmək hüququnu özündə saxlayır. Müqavilənin 5.1-ci bəndinə əsasən yerləşdirmə haqları şirkət tərəfindən nağd, kredit kartı və ya bank köçürməsi yolu ilə ödəniləcək. Müqavilənin 5.2-ci bənidnə əsasən tərəflər qarşılıqlı öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnələrinə uyğun olaraq “Məzənnələr” bəndinə göstərilən məbləğdə manat ekvivalentində olduğunu və ödəniş tarixində mövcud olan məzənnəyə uyğun ödəniləcəyini təsdiqləyirlər. Lakin göstərilən xidmətlərin müqabilində qarşılıqlı üzləşmə aktı ilə borc məbləği cavabdeh tərəfindən təsdiq edilsə də, həmin aktdan sonra cəmi 10.000 manat ödəniş edilmiş, qalan xidmət haqqı məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Məhkəmə araşdırlması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi nəticəsində cavabdeh tərəfindən müqavilə üzrə borcun olmasını təsdiq edən tərəflər arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir və həmin üzləşmə aktında göstərilən məbləğdən 10.000 manat ödəniş edilmişdir.
23. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia tələbi üzrə mübahisələndirilən məbləğdən 10.000 manat ödəniş edildiyindən iddia tələb qismən, yəni 507.674,06 manat hissədə təmin edilməlidir.
28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 807 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 807 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 507.674,06 (beş yüz yeddi min altı yüz yetmiş dörd manat, altı qəpik) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 807 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova