Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2469/2024 20.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı xxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı sement məhsullarına görə 6528,3 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1501 manat borcun, borcun gecikdirilməsinə görə 6713,9 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 135 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 08 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki:
1. Barışıq sazişinin predmeti İddiaçı xxx (Azərbaycan) ASC xx.xx.2020-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsi üzrə 6028,30 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1501 manat borcun, borcun gecikdirilməsinə görə 6713,90 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 135 manat pulun tutularaq iddiaçı xxx (Azərbaycan) ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə e-2-2(113)-2469/2024 saylı məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Tərəflər təsdiq edirlər ki, xx.xx.2023-cü il tarixinə cavabdehin aldığı sement məhsulları üzrə əsas borcu 6028,30 manat (altı min iyirmi səkkiz manat otuz qəpik), geri qaytarmayan taxta altlıqlara görə borc isə 1501 manat təşkil edir.
2. Barışıq sazişinin şərtləri Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191ci maddəsinə uyğun olaraq hazırkı barışıq sazişi ilə razılığa gəlirlər ki, cavabdeh aldığı sement məhsulları üzrə 6028,3 manat (altı min iyirmi səkkiz manat otuz qəpik) borcunu aşağıdakı qaydada iddiaçıya ödəyir: 1) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 2) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 3) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 4) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 5) xx.xx.2024-cü İl tarixində - 500 (beş yüz) manat; 6) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 7) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 8) xx.xx.2025-cİ il tarixində - 500 (beş yüz) manat; 9) xx.xx.2025-cü il tarixində - 500 (beş yüz) manat; 10) xx.xx.2025-ci il tarixində - 500 (beş yüz) manat; 11) xx.xx.2025-ci il tarixində - 500 (beş yüz) manat; 12) xx.xx.2025-ci il tarixində - 528,30 (beş yüz iyirmi səkkiz manat otuz qəpik) manat. 2.2. Cavabdeh barışıq sazişinin 2.1-ci maddəsinə riayət edəcəyi təqdirdə iddiaçı geri qaytarılmayan taxta altlıqlara görə yaranmış 1501 manat borcu tələb etmir. 2.3. Bu banşıq sazişinin 2.1-ci maddəsində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, iddiaçı borcun qalan hissəsini tələb etmir. 2.4. Cavabdeh tərəfindən ödəniş bu barışıq sazişinin 2.1-ci maddəsində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə iddiaçı cavabdehin aldığı sement məhsulları üzrə 6028,30 manat əsas borcunun ona ödənilməmiş hissəsinin, geri qaytarmayan taxta altlıqlara görə yaranmış 1501 manat borcun ödənilməsi məqsədilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 2.5. Hazırkı barışıq sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı xxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Barışıq sazişinin predmeti İddiaçı xxx (Azərbaycan) ASC xx.xx.2020-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsi üzrə 6028,30 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1501 manat borcun, borcun gecikdirilməsinə görə 6713,90 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 135 manat pulun tutularaq iddiaçı xxx (Azərbaycan) ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə e-2-2(113)-2469/2024 saylı məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Tərəflər təsdiq edirlər ki, xx.xx.2023-cü il tarixinə cavabdehin aldığı sement məhsulları üzrə əsas borcu 6028,30 manat (altı min iyirmi səkkiz manat otuz qəpik), geri qaytarmayan taxta altlıqlara görə borc isə 1501 manat təşkil edir.
2. Barışıq sazişinin şərtləri Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191ci maddəsinə uyğun olaraq hazırkı barışıq sazişi ilə razılığa gəlirlər ki, cavabdeh aldığı sement məhsulları üzrə 6028,3 manat (altı min iyirmi səkkiz manat otuz qəpik) borcunu aşağıdakı qaydada iddiaçıya ödəyir: 1) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 2) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 3) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 4) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 5) xx.xx.2024-cü İl tarixində - 500 (beş yüz) manat; 6) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 7) xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat; 8) xx.xx.2025-cİ il tarixində - 500 (beş yüz) manat; 9) xx.xx.2025-cü il tarixində - 500 (beş yüz) manat; 10) xx.xx.2025-ci il tarixində - 500 (beş yüz) manat; 11) xx.xx.2025-ci il tarixində - 500 (beş yüz) manat; 12) xx.xx.2025-ci il tarixində - 528,30 (beş yüz iyirmi səkkiz manat otuz qəpik) manat. 2.2. Cavabdeh barışıq sazişinin 2.1-ci maddəsinə riayət edəcəyi təqdirdə iddiaçı geri qaytarılmayan taxta altlıqlara görə yaranmış 1501 manat borcu tələb etmir. 2.3. Bu banşıq sazişinin 2.1-ci maddəsində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, iddiaçı borcun qalan hissəsini tələb etmir. 2.4. Cavabdeh tərəfindən ödəniş bu barışıq sazişinin 2.1-ci maddəsində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə iddiaçı cavabdehin aldığı sement məhsulları üzrə 6028,30 manat əsas borcunun ona ödənilməmiş hissəsinin, geri qaytarmayan taxta altlıqlara görə yaranmış 1501 manat borcun ödənilməsi məqsədilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 2.5. Hazırkı barışıq sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova