Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2490/2021 09.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh" MMC-nə qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh" MMC-dən 28.01.2019 tarixli xxxx-C 008/19 saylı müqaviləyə görə ödəməli olduğu 6.760.00 (altı min yeddi yüz altmış) manat olmaqla, 1216,80 manat ƏDV ilə birlikdə cəmi 7976,80 (yeddi min doqquz yüz yetmiş altı manat səksən qəpik) manat, öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi 338 (üç yüz otuz səkkiz) manat, habelə 30 (otuz) manat dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 610 (altı yüz on) manat ilə birlikdə cəmi - 8954,80 (səkkiz min doqquz yüz əlli dörd manat, səksən qəpik) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Cavabdeh" MMC arasında 28.01.2019-cu il tarixli xxxx-C 008/19 nömrəli müqavilə əsasında, 6.760.00 (altı min yeddi yüz altmış) manat məbləğində təlim və inspeksiya xidmətlərinin göstərilməsi (Hündürlükdə iş təlimi) barədə razılaşma olmuşdur. (hesab fakturalar: xxxx/L/20/234) Həmin razılaşmaya əsasən, İddiaçı MMC öz üzərinə götürdüyü bütün öhdəlikləri tam və vaxtında icra etsə də “Cavabdeh" MMC razılaşmaya əsasən xidmətlər üzrə ödəməli 6.760.00 (altı min yeddi yüz altmış) manat məbləğində pulu ödəməmişdir. Bunlarla bağlı, ödənişlərin həyata keçirilməsinə dair dəfələrlə olunan şifahi və email ilə müraciətlərimiz nəticəsiz qalmış və geridönüş olmamışdır. Bundan başqa, cavabdehə pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir ki, bundan sonra da, cavabdeh öz öhdəliyini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı MMC ilə “Cavabdeh" MMC arasında bağlanmış 28.01.2019-cu il tarixli xxxx-C 008/19 nömrəli müqavilədən görünür ki, icraçı razılaşdırılmış xidmətləri icra etməyi, sifarişçi isə icraçının xidmət haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.07.2020-ci il tarixli, xxxx/L/20/234 saylı invoice sənədindən görünür ki, göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV ilə birgə 7976, 80 manat təşkil edir. İş materiallarında olan 20.07.2020-ci il tarixli 610258 saylı elektron qaimədən görünür ki, ƏDV ilə birgə görülmüş xidmətlərin haqqının 7976,80 təşkil etməsi barədə “Cavabdeh" MMC-yə məlumat verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən İsmayılbəyli və Partnyorları Vəkil Bürosuna hüquq xidmətlərinin göstərilməsi üçün 610 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin araşdırımış hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, qeyd olunan halı elektron yazışma ilə “Cavabdeh" MMC-də kadrlar üzrə mütəxəssis Pakizə Əliyeva ilə aparılmış danışıqlar, həmçinin xidmət göstərilmiş “Cavabdeh" MMC-də çalışan şəxslərin təlim keçdikdən sonra təlim keçmələri barədə onlar tərəfindən imzalanmış sənəd təsdiq edir. Göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6.760.00 (altı min yeddi yüz altmış) manat olmaqla, 1216,80 manat ƏDV ilə birlikdə cəmi 7976,80 (yeddi min doqquz yüz yetmiş altı manat səksən qəpik) manat, öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi 338 (üç yüz otuz səkkiz) manat, habelə 30 (otuz) manat dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 610 (altı yüz on) manat ilə birlikdə cəmi - 7738 (yeddi min yeddi yüz otuz səkkiz) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6.760 (altı min yeddi yüz altmış) manat olmaqla, 1216,80 manat ƏDV ilə birlikdə cəmi 7976,80 (yeddi min doqquz yüz yetmiş altı manat səksən qəpik) manat, öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi 338 (üç yüz otuz səkkiz) manat, 30 (otuz) manat dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 610 (altı yüz on) manat, cəmi – 8954,80 (səkkiz min doqquz yüz əlli dörd manat, səksən qəpik) manat məbləğində pul “Cavabdeh" MMC-dən tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2490/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2490/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver