Məhkəmə qərarları › İş №e-2-2(113)-2502/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2502/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2502/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X2 qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “X1 LTD” şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 LTD” şirkətindən 40676,75 manat (23927,50 ABŞ dolları) məbləğində əsas borcun, 200 manat məbləğində mediasiya xərcini, 214,74 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 700 manat məbləğində vəkil xərclərini,cəmi 41791,49 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki MPM-nin 152.1.4-ci maddəsinə əsasən iddia ərizəsinin göndərilməsinə deyil, alınmasına dair sübut məhkəməyə təqdim edilməli, iddiaçı isə yalnız iddia ərizəsinin göndərilməsini əks etdirən sənədi sistemə əlavə etməlidir. Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdeh şirkətin Şri Lanka Federasiyasının hüquqi şəxsi olduğundan və pretenziyanın, həmçinin iddia ərizəsinin ingilis dilində tərtib edildiyini nəzərə alaraq ingilis dilində olan sözügedən sənədlər sistemə əlavə edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh “X1 LTD” şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 214,74 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh “X1 LTD” şirkəti tərəfindən alınmasını təsdiq edən sənəd, həmçinin ingilis dilində olan iddia ərizəsi və pretenziya iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar