Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2504/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) borc və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında sürtkü yağlarının alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə xx/xx/2023 saylı müqavilə bağlanmışdır. Cavabdeh bu müqavilə əsasında iddiaçıdan ümumi dəyəri ƏDV daxil 27139,30 manat (iyirmi yeddi min yüz otuz doqquz manat otuz qəpik) nisyə almış və onlara dair elektron qaimələr təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, xx/xx/2023 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh nisyə aldığı malların pulundan bugünə kimi cəmi ƏDV daxil 10394,69 manat (on min üç yüz doxsan dörd manat altmış doqquz qəpik) pul ödəmişdir və cavabdehin hazırda bugünə kimi 16744,61 manat (on altı min yeddi yüz qırx dördmanat altmış bir qəpik) borcu ödənilməmiş qalmaqda davam edir. Qalan borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Odur ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə cavabdehə satılmış mallara görə yaranmış 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) borc və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427, 442, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərzində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 17 avqust 2023-cü il tarixli, xx/xx/2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qivməti (haqqı) ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti cari bazar qiymətinə uyğun satıcı tərəfindən müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən satıcının alıcıdan malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək, alıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən alıcının malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək və müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək vəzifəsi vardır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan müddətlərə əməl edilməməsinə görə tərəflər məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 546458 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 405,92 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 483801 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1010 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
10. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 828975 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 147 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 827240 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 195,88 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 972005 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 365,99 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
13. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 972737 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
14. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 475742 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 268,69 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
15. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 387761 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1460 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
16. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 683508 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 228,88 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
17. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 363194 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1180 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
18. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 362937 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 226,56 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
19. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 548141 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2938,16 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
20. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 807322 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 525,24 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
21. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 025592 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 217,71 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
22. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 162281 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,91 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
23. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 468891 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 180,54 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
24. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 397929 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2679,78 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
25. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 511446 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 510,53 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
26. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00082098 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 180,54 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
27. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00233908 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 679,68 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
28. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00265438 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 506,22 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
29. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10482019 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5101,14 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
30. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10577959 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1633,356 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
31. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11347253 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4594,212 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
32. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10584607 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 112,336 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx/xx/2023 saylı müqavilə qeyd edilmişdir.
33. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 772 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDO seriyalı, 546458 nömrəli, EBDP seriyalı, 483801 nömrəli, EBDP seriyalı, 827240 nömrəli, EBDP seriyalı, 972737 nömrəli, EBDP seriyalı, 972005 nömrəli, EBDQ seriyalı, 387761 nömrəli, EBDQ seriyalı, 475742 nömrəli, EBDR seriyalı, 683508 nömrəli, EBDS seriyalı, 362937 nömrəli elektron qaimələr qeyd edilmişdir. EBDS seriyalı, 362937 nömrəli elektron qaimə üzrə 25,63 manat qalıq borc qalmışdır.
34. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 450 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 362937 nömrəli, EBDU seriyalı, 162281 nömrəli, EBDT seriyalı, 025592 nömrəli, EBDV seriyalı, 511446 nömrəli, MT2401 seriyalı, 233908 nömrəli, MT2401 seriyalı, 265438 nömrəli elektron qaimələr qeyd edilmişdir.
35. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 363,63 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 362937 nömrəli, EBDS seriyalı, 363194 nömrəli, EBDS seriyalı, 807322 nömrəli, EBDV seriyalı, 511446 nömrəli elektron qaimələr qeyd edilmişdir.
36. "xxxx" QSC tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 4288,94 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 362937 nömrəli, EBDT seriyalı, 025592 nömrəli, EBDU seriyalı, 162281 nömrəli, EBDV seriyalı, 511446 nömrəli, MT2401 seriyalı, 233908 nömrəli, MT2401 seriyalı, 265438 nömrəli elektron qaimələr qeyd edilmişdir.
37. "xxxx" QSC tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 2500 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDO seriyalı, 546458 nömrəli, EBDP seriyalı, 483801 nömrəli, EBDP seriyalı, 827240 nömrəli, EBDP seriyalı, 828975 nömrəli, EBDP seriyalı, 972737 nömrəli, EBDP seriyalı 972005 nömrəli, EBDQ seriyalı, 387761 nömrəli, EBDQ seriyalı, 475742 nömrəli, EBDR seriyalı, 683508 nömrəli, EBDS seriyalı, 362937 nömrəli elektron qaimələr qeyd edilmişdir. EBDS seriyalı, 362937 nömrəli elektron qaimə üzrə qismən ödəniş edilmişdir.
38. "xxxx" QSC tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “Caspian Road" MMC tərəfindən İddiaçı MMC-yə 2020,12 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDS seriyalı, 363194 nömrəli, EBDS seriyalı, 362937 nömrəli, EBDS seriyalı, 807322 nömrəli, EBDV seriyalı, 511446 nömrəli elektron qaimələr qeyd edilmişdir.
39. xx.xx.2024-cü il tarixli satış fakturasının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-yə ümumi dəyəri 9107,4 manat olan mal satılmışdır. Faktura Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır.
40. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
43. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər (bundan sonra "mallar" adlandırılacaq) alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qivməti (haqqı) ödəyir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini tam icra etməmişdir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır.
44. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixdə xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 16744,61 manat borcun tutulması təşkil edir.
45. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 elektron qaimə üzrə ümumi dəyəri 27139,3 manat olan məhsul "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından aydın olur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 10394,69 manat ödəniş edilmişdir. Belə olan halda, Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan borcu 16744,61 (27139,3-10394,69=16744,61) manat olacaqdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş (cavabdeh və qanuni nümayəndəsinin elektron kabineti var), mübahisə predmeti olan borcla bağlı ödənişləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
46. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
47. Məhkəmə hesab edir ki, 140,24 manat (yüz qırx manat iyirmi dörd qəpik) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (tələbə uyğun ödənilməli dövlət rüsumunun məbləği).
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 16744,61 manat (on altı min yeddi yüz qırx dörd manat altmış bir qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140,24 manat (yüz qırx manat iyirmi dörd qəpik) olmaqla, ümumilikdə 16884,85 manat (on altı min səkkiz yüz səksən dörd manat səksən beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova