Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2508/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 5,003.21 manat (ƏDV daxil) və ödənilmiş 44 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iş materiallarına əlavə edilmiş qaimələrdə göstərilən mal-materialların cavabdehə satılması, razılaşdırılmış müddətlərdə malın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Sözü gedən alqı-satqı müqaviləsinə əsasən 5,003.21 (Ədvdaxil) manat dəyərində mallar cavabdeh MMC-yə təhvil verilmiş və buna müvafiq olaraq EBBT 234712, EBBT773292, EBBU090800, EBBW310968, EBBW661823 saylı EQF-lar təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixli 25/22-01 saylı müqavilədə Elektron qaimə faktura təqdim olunduqdan ən geci 45 gün keçmədən ödəniş olunmalidir. Lakin Mallarla birlikdə Elektron qaimə faktura təqdim olunsa da, hələdə ödəniş həyata keçirilməmişdir. Eyni zamanda sonuncu dəfə məhsul verilən zaman müqavilənin qiymət razılaşdırma protokollarına əlavələr edilməsi və təhvil təslim aktlarının üzləşməsinin aparılması üçün şirkət tərəfindən verilən bütün sənədlər geri qaytarılmamışdır. Hal hazırda Cavabdeh tərəflə heç bir əlaqə qurula bilinmir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Tərəflər arasında bağlanmış müqavilə ilə alınan malların dəyəri cavabdeh tərəfindən bugünə kimi ödənilməmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 25/22-01 Sayli Alqı-satqı müqaviləsinə əsasən 5,003.21 (Ədvdaxil) manat dəyərində mallar təhvil alsa da, ödənişi hələ də ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.
3. Bakı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2508/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
II. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 25/22-01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.
13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməli, 2.2.2-ci bəndinə əsasən alınmış malların dəyəri 5 iş günü müddətində ödənməlidir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBT seriyalı 234712 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 1.860,62 manat, EBBT seriyalı 773292 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 1.860,62 manat, EBBU seriyalı 090800 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 1.648,22 manat, EBBW seriyalı 310968 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 288.86 manat, EBBW seriyalı 661823 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 288.86 manat olan elektron qaimələr göndərilmişdir.
17. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 5.947,18 manat təşkil edir.
18. Bundan başqa işin mübahisələndirilməyən hallarından biri də odur ki, Cavabdeh tərəfindən EBBT seriyalı 234712 saylı elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə 54 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2023 – cü il tarixdə 500 manat, ümumilikdə 944 mnat məbləğində ödəniş edilmişdir.
19. Göründüyü kimi, cavabdeh tərəfindən elektron qaimə əsasında ödənişlərin edilməsi tərəflər arasında müqavilə əsasında alqı-satqı münasibətlərinin olmasını, iddiaçı tərəfindən malların verildiyini və cavabdeh tərəfin malları aldığını təsdiq edir.
20. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
21. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
22. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 5.003,18 (5.947,18-944) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
25. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 25/22-01 saylı müqaviləyə əsasən əsas borc üzrə 5.003 (beş min üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov