Məhkəmə qərarları › İş №e-2-2(113)-2509/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2509/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2509/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22691,15 manat əsas borc, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı hesabına 510 manat, cəmi 23231,15 manat pulun cavabdeh X1 alınaraq “xxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxxxxxxxxxxx” ASC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, “xxxxxxxxxxxxx” ASC tərəfindən 2374,10 manat dəyərində müxtəlif ölçülərdə 5 adda viski, yeddi adda araq, 4613,34 manat dəyərində, müxtəlif ölçülərdə 4 adda araq, 1 ədəd viski, 1 ədəd şərab və 1 ədəd likör, 2296,90 manat dəyərində müxtəlif ölçülərdə 1 ədəd araq, 4 ədəd viski, 1 ədəd konyak, 1 ədəd likör, 3101,76 manat dəyərində müxtəlif ölçülərdə 1 ədəd araq, 3 ədəd viski, 3 ədəd şərab, 3812,45 manat dəyərində müxtəlif ölçülərdə 4 ədəd araq, 1 ədəd konyak, 4 ədəd viski, 2273,43 manat dəyərində müxtəlif ölçülərdə 3 ədəd viski, 1 ədəd konyak və 1 ədəd şərab, 1754,97 manat dəyərində müxtəlif ölçülərdə 1 ədəd araq, 1 ədəd viski və 1 ədəd şərab, 1492,20 manat dəyərində müxtəlif ölçülərdə 4 ədəd araq, 1 ədəd viski, 1 ədəd likör və 4 ədəd şərab, 972.00 manat dəyərində müxtəlif ölçülərdə 2 ədəd araq satılıb dəyərinin ödənilməsi məqsədı ilə sonuncuya verilmişdır. Cavabdeh X5 müqavilə öhdəliklərini yerinə yetirməmiş, ümumi dəyəri 22691,15 manat olan alkoqollu içkilərin dəyərini hal – hazıra kimi ödəməmişdır. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarxli 8 saylı müqaviləyə əsasən “xxxxxxxxxxxxx” ASC istehsal etdiyi alkoqollu içkilərin satışını mərkəzləşmiş qayda realizə etməyi və X4 isə malın dəyərini qabaqcadan köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxxxxxxxxxxx” ASC tərəfindən: EAAP seryalı, 336463 saylı xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2374.10 manat dəyərində, müxtəlif ölçülərdə beş adda viski, yeddi adda araq, EAAQ seryalı 471085 saylı xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 4613.34 manat dəyərində, müxtəlif ölçülərdə 4 adda araq, 1 ədəd viski, 1 ədəd şərab və bir ədəd likör, EAAR seryalı 392276 saylı 07.03,2019-cu il tarixli elektron qaiməyə əsasən 2296.90 manat dəyərində, müxtəlif ölçülərdə 1 ədəd araq, 4 ədəd visk, 1 ədəd konyak, 1 ədəd likör; EAAS seryalı, 462889 saylı, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 3101.76 manat dəyərində, müxtəlif ölçülərdə 1 ədəd araq, 3 ədəd viski, 3 ədəd şərab, EAAT seryalı, 470517 saylı xx.xx.2019-cu il tarıxli elektron qaiməyə əsasən 3812.45 manat dəyərində, müxtəlif ölçülərdə 4 ədəd araq, 1 ədəd konyak, 4 ədəd viski, EAAV seryalı, 682926 saylı, 12,06 2019-cu ıl tarixli elektron qaiməyə əsasən 2273.43 manat dəyərində, müxtəlif ölçülərdə ədəd araq, 3 ədəd viski, 1 ədəd konyak və 1 ədəd şərab, EAAY seryalı, 443032 saylı, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1754.97 manat dəyərində, müxtəlif ölçülərdə 1 ədəd araq, 1 ədəd viski və 1 ədəd şərab, EBAB seryalı, 582643 saylı, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1492.20 manat dəyərində, müxtəlif ölçülərdə 4 ədəd araq, 1 ədəd viski, 1 ədəd likyor və 4 ədəd şərab, EBAF seryalı, 442795 saylı, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 972.00 manat dəyərində, müxtəlif ölçülərdə 2 ədəd araq X3 vermişdir. - xx.xx.2019-cu il tarixli HBN/1 seriyalı, xx.xx.2019-cu il tarixli HBN/3 seriyalı, 102553 saylı və 478369 saylı, xx.xx.2020-ci il tarixli HBN/3 seriyalı, 103865 saylımalların təhvil-qəbul aktına əsasən müqavilə üzrə nəzərdə tutulmuş mallar təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 qarşı pul tələbi barədə iddiası təmin edilsin. 22691,15 manat məbləğində pul vəsaiti X2 tutularaq “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat və hüquqi yardım üçün vəkilə ödənlmiş xidmət haqqının əvəzi qismində 510 manat məbləğində pul vəsaiti X2 tutularaq “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar