Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2509/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 60950.22 (altmış min doqquz yüz əli manat, iyirmi iki qəpik, 18 % ƏDV ilə) AZN borcun, 6000 AZN dəbbə pulunun və 30 (otuz) AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 18 iyun 2020-ci il tarixli 18/06 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.3-cü maddəsinə görə Alıcı müqavilə qüvvəyə mindikdən sonra 15 (on beş ) gün ərzində köçürmə yolu ilə ödəniş aparmalıdır. Ödəniş vaxtı pul vəsaitinin “Satıcı”- nın hesablaşma hesabına daxil olma günü hesab olunur. 22 iyun 2020-ci il tarixində "xxxx" MMC-ə müqavilənin 1 saylı Əlavəsi üzrə 60 ədəd tüstü bacaları (hər birinin dəyəri 10.0 AZN), 1754 ədəd aliminum radiator 500\96 HD-500C2 (hər birinin dəyəri 8.6 AZN), 480 ədəd radiator klapanı (hər birinin dəyəri 4.5 AZN), 60 ədəd X2 140-260 VAC Çıxış Gücü 220V+/- 8% (hər birinin dəyəri 35.0 AZN), 60 ədəd Qaz requlyatoru (hər birinin dəyəri 17.0 AZN), 60 ədəd kombilər üçün kran dəsti (25 mm 8-lik) (hər birinin dəyəri 17.0 AZN), 60 ədəd kombi 24 kvt (hər birinin dəyəri 520.0 AZN), 60 ədəd dəsmal quruducu 500/700 ağ HM (hər birinin dəyəri 30.0 AZN) göndərilmişdir. 03 iyul 2020- ci il tarixində isə "xxxx" MMC- ə müqavilənin 2 saylı Əlavəsi üzrə 250 ədəd Aluminium radiatorlar üçün asılqanlar (hər birinin dəyəri 4.20 AZN), 20 ədəd tüstü bacaları (hər birinin dəyəri 10.00 AZN) göndərilmişdir. Müqaviləyə əsasən cavabdehə əsas məbləğ üzrə 56229.00 AZN, Əlavə dəyər vergisi üzrə 10121.22 AZN, cəmi- 66350.22 AZN məbləğində mal göndərilibdir. Cavabdeh isə əsas məbləğ üzrə 0.00 AZN və əlavə dəyər vergisi üzrə 5400.00 AZN cəmi- 5400.00 AZN məbləğində ödəniş etmişdir. Beləliklə "xxxx" MMC-nin "xxxx" MMC-ə 18 iyun 2020-ci il tarixli 18/06 saylı müqavilənin 1 və 2 saylı əlavələri üzrə əsas məbləğ üzrə 56229.00 AZN, Əlavə dəyər vergisi üzrə 4721.22 AZN- cəmi məbləğ 60950.22 AZN dəyərində qalıq borcu yaranıbdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 18 iyun 2020-ci il tarixli 18/06 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, “Satıcı” Müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində və müqavilənin müddəti ərzində “Alıcının” sifarişi əsasında özünə məxsus olan və bu müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokolunda göstərilmiş malı və ya malları (bundan sonra “Mallar” adlanacaq) “Alıcıya” satmağı, “Alıcı” isə həmin Malları qəbul edib onların dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə tədarük edilən “Mal”ların dəyəri tərəflər arasında razılaşdırılır və Müqaviləyə əlavə olunan hesaba əsasən Azərbaycan Respublikası manatı ilə ödənilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Müqavilə üzrə “Mal”ın təhvil-təslim tarixindən 15 (on beş) gün ərzində köçürmə yolu ilə ödəniş aparılmalıdır. Ödəniş- vaxtı pul vəsaitinin “Satıcı”-nın hesablaşma hesabına daxil olma günü hesab olunur. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 18 iyun 2020-ci il tarixli 18/06 saylı alqı-satqı müqaviləsinin 22.06.2020-ci il tarixli 1 və 2 nömrəli əlavələrdən görünür ki, tərəflər qeyd olunan tarixə 60 ədəd tüstü bacaları (hər birinin dəyəri 10.0 AZN), 1754 ədəd aliminum radiator 500\96 HD-500C2 (hər birinin dəyəri 8.6 AZN), 480 ədəd radiator klapanı (hər birinin dəyəri 4.5 AZN), 60 ədəd X2 140-260 VAC Çıxış Gücü 220V+/- 8% (hər birinin dəyəri 35.0 AZN), 60 ədəd Qaz requlyatoru (hər birinin dəyəri 17.0 AZN), 60 ədəd kombilər üçün kran dəsti (25 mm 8-lik) (hər birinin dəyəri 17.0 AZN), 60 ədəd kombi 24 kvt (hər birinin dəyəri 520.0 AZN), 60 ədəd dəsmal quruducu 500/700 ağ HM (hər birinin dəyəri 30.0 AZN), 250 ədəd Aluminium radiatorlar üçün asılqanlar (hər birinin dəyəri 4.2 manat), 20 ədəd tüstü bacaları (hər birinin dəyəri 10 manat) təşkil etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş HCO seriyalı 306886 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş sifarişlər üzrə ümumilikdə 64875,22 manat dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş HCO seriyalı 306893 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş sifarişlər üzrə ümumilikdə 1475 manat dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 19.06.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 5400 manat ƏDV ödənişi edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 18 iyun 2020-ci il tarixli 18/06 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “Satıcı” Müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində və müqavilənin müddəti ərzində “Alıcının” sifarişi əsasında özünə məxsus olan və bu müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokolunda göstərilmiş malı və ya malları (bundan sonra “Mallar” adlanacaq) “Alıcıya” satmağı, “Alıcı” isə həmin Malları qəbul edib onların dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 60950.22 manat əsas borcunun tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında qeyd olunan müqavilə üzrə yaranmış borcun ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 18 iyun 2020-ci il tarixli 18/06 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcu hissəsi iş materiallarına əlavə edilmiş malların təhvil qəbul aktları ilə təsdiq edildiyindən, tələbin Cavabdeh MMC-dən 60950.22 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 6000 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 6000 manat cərimənin 600 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 18 iyun 2020-ci il tarixli 18/06 saylı alqı-satqı müqaviləsinə əsasən 60950.22 manat əsas borc və 600 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 18 iyun 2020-ci il tarixli 18/06 saylı müqaviləyə əsasən 60950.22 (altmış min doqquz yüz əlli manat iyirmi iki qəpik) manat əsas borc və 600 (altı yüz) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2509/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2509/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver