Məhkəmə qərarları › İş №e-2-2(113)-251/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-251/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-251/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, “xxxxxxxxxxxx” X9 (ASC) Azərbaycan Respublikası Dövlət X1rşı dəbbə pulunun ödənilməsi barədə mülki işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2742,58 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun Azərbaycan Respublikası Dövlət X2 tutularaq “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan “xxxxxxxxxxxx” ASC iddia tələbinin dəyqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Azərsığorta” DSKŞ tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində yəni 745,98 manat məbləğində dəbbə pilun və 30,40 manat mbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət X2 tutularaq “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əasaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində, YQK Daşburun avtoyolunun 11-ci km-də X8 “VAZ 21074” marakalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə, “xxxxxxxxxxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, “Mitsubishi Pajero” markalı, 10AX730 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Beyləqan RPŞ DYPB-nin xx.xx.2017ci il tarixli, №46/137-3242-1217 saylı arayışına və №KYB 747313 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X8 yol-nəqliyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-in 327.1-ci maddəsilə 40 manat cərimə edilmişdir. X4 hadisə zamanı idarə etdiyi “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsnin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. Zərərvuran sürücünün idarə idarə etdiyi “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində “Azərsığorta” DSKŞ-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki” məsuliyyətinin icbari sığortasə növü üzrə sığortalı olduğundan, “xxxxxxxxxxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2017-ci il tarixində elektron məktub həmçinin xx.xx.2017-ci il tarixli BS-C-17/0376 saylı məktub göndərilərək zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. xx.xx.2017-ci il tarixli, zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mitsubishi Pajero” markalı, 10AX730 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2742,58 manat məbləğində müəyyən edilmiş və və avtomobilin təmiri üçün həmin məbləğ “xxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxxxxxx” ASC-də olan hesabına köçürülmüşdür. Dəfələrlə müraciət olunmasına baxmayaraq həmin pul məbləği xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. Buna görə də ödənişin gecikdirildiyi müddət üçün cavabdehdən dəbbə pulu tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət X2 “xxxxxxxxxxxx” ASC-yə göndərdiyi xx xxx 2010-cu il tarixli məktubda hadisə ilə bağlı sənədlərin arxivə verildiyini, araşdırma aparıldıqdan sonra məlumat veriləcəyini bildirmişdir. Yəni, ən azı həmin vaxtdan pul vəsaiti Dövlət X7 tərəfindən iddiaçıya ödənilməli idi. Bundan sonra sığorta ödənişi xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Buna görə də gecikdirilmiq günlərin sayının 272 gün olması nəzərə alınarsa, ödənilməli olan dəbbə pulunun məbləği 745,98 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxxx 2017-ci il tarixli sığorta aktının surətindən görünür ki, ”Mitsubishi Pajero” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 2742,58 manat təşkil edir. - xx xxxxx 2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2742,58 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. - “xxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət X5 ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, ”Mitsubishi Pajero” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 2742,58 manat ödənilməsi xahiş edilmişdir. - “xxxxxxxxxxxx” ASC tərəfindən X6 Palatasına ünvanlanmış xx xxxxx 2019-cu il tarixli şikayət ərizəsinin surətindən görünür ki, 2742,58 manat sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət X7 tərəfindən ödənilməməsi ilə bağlı şikayət olunmuşdur. - Azərbaycan Respublikası Dövlət X3 xx xxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, hadisə xx xxxx 2017-ci il tarixdə baş verdiyi üçün sənədlər arxivə verilmişdir, sənədlər arxivdən əldə edildikdən sonra məlumat veriləcəkdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddiaçı iddianın hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1 və 18.2ci maddəsinə əsasən həmin Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət X3 xx xxx 2019-cu il tarixli məktubunda hadisə barədə araşdırma aparılaraq məlumat verəcəyini bildirmiş, ödəniş isə xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Buna görə də iddinın qismən təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Lakin məhkəmə 745,98 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən ilk dövrlərdə sığorta ödənişi ödənilməmiş, ümumiyyətlə ödəniş aparılmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə öna dəymiş zərərin məlum olduğu vaxtdan (xx.xx.2019-cu il tarixə kimi) məhkəməyə müraciət edilməmiş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 745,98 manat dəbbə pulunun məbləği azaldılaraq 450 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxx” X9 Azərbaycan Respublikası Dövlət X1rşı dəbbə pulunun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 450 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət X2 tutularaq “xxxxxxxxxxxx” X10 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 18 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət X2 tutularaq “xxxxxxxxxxxx” X10 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar