Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2513/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” Anonim Şirkətinin Cavabdeh ASC yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Anonim Şirkəti Cavabdeh ASC yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarantiya üzrə 3,000,000 Türk lirəsi məbləğinin, Qarantiya üzrə ödənişin gecikdirilməsi ilə əlaqədar hesablanmış 144.575.34 Türk lirəsi faiz məbləğinin, 18000 Azərbaycan manatı məbləğində vəkil və nümayəndəlik xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Eti Krom Anonim şirkəti və X6 Madencilik Ticaret Anonim Şirkəti 01.04.2019-cu il tarixində podrat müqaviləsi imzalamışlar. Cavabdeh ASC bu podrat müqaviləsi üzrə podratçının öhdəliklərinin icrasının təminatı kimi 3,000,000 Türk lirəsi məbləğində 09.07.2020-ci il tarixli 4080 nömrəli qarantiya (təminat) məktubu vermişdir. Qarantiyanın şərtlərinə əsasən podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, bank şirkətin ilk yazılı tələbi əsasında ******* Türk lirəsi məbləğini Podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə xxxx şirkətinə ödəməlidir. Qarantiyaya əsasən Cavabdeh həmçinin tələb tarixindən ödəmə tarixinədək olan müddət üçün də hesablanmış faizləri şirkətə ödəməlidir. Qarantiya üzrə ödəniş tələbi 08.07.2021-ci il tarixinədək Cavabdeh a təqdim edilməlidir. Qarantiya Türkiyə hüququ və Beynəlxalq Ticarət Palatasının Tələb Qarantiyalarına dair X4 ilə tənzimlənir. İddiaçı 05.10.2020-ci il tarixində Qarantiya üzrə 3 000,000 Türk lirəsi məbləğinin xxxxun bank hesabına ödənilməsi tələbini banka yazılı şəkildə təqdim etmişdir. Lakin Cavabdeh ASC tərəfindən qeyd edilən məbləğ ödənilməmişdir. Bununla əlaqədar, xxxx Cavabdeha eyni tələbi və Qaratntiya şərtlərinə riayət etmədiyinə görə Cavabdehın Qarantiya üzrə öhdəliklərini pozduğunu qeyd edən yazılı pretenziyasını 22.10..2020-ci il və 12.11.2020-ci il tarixlərində Cavabdeha göndərmişdir.Pretenziya məktublarında həmçinin qarantiya üzrə ödəniş tələbinə riayət etmədiyi təqdirdə, Cavabdeha qarşı hüquqi tədbirlə görüləcəyi və Qarantiya məbləğinin ödənilməməsi ilə bağlı hesablanmış fazilərin, xxxxa dəymiş maddi zərərin və onun çəkdiyi xərclərin əvəzinin ödənilməsinin tələb olunacağı qeyd edilmişdir. Lakin bu pretenziya məktublarını aldıqdan sonra da Cavabdeh Qarantiya üzrə öhdəliklərini yerinə yetirməmişdir. İşin hallarında qeyd olunduğu kimi iddiaçı 05.10.2020-ci il tarixində qarantiya üzrə pul məbləğinin ödənilməsi tələbini banka təqdim etmişdir. Qarantiyanın şərtlərinə əsasən xxxxun ilk yazılı tələbi əsasında bank 3,000,000 Türkiyə lirəsi məbləğini podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə ödəməli idi. Yazılı ödəniş tələbinin tarixindən 7 aydan artıq müddət keçməsinə baxmayaraq, bank hələ də tələbi icra etməmişdir. Bankın ödənişdən imtina etməsi üçün AR MM-in 486-cı maddəsi ilə müəyyən edilmiş əsaslardan heç biri mövcud olmamışdır. Belə ki, xxxx tələbini Qarantiyanın şərtlərinə uyğun olaraq təqdim etmişdir və bu tələb Qarantiyanın müəyyən etdiyi müddətədək, yəni 08.07.2021-ci il tarixədək təqdim edilmişdir. Qarantiya şərtlərində banka qarantiya məbləğinin ödənilməsi tələbinin verildiyi tarixdən ödəmə tarixinədək olan müddət üçün qanunla nəzərdə tutulmuş faizlərin hesablanması və Cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qeyd olunmuşdur. Cavabdeh tərəfindən xxxxa ödənilməli olan faiz məbləği 144575.34 Türk lirəsi təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda bildirdi ki, bank tərəfindən təqdim edilmiş qarantiya məktubunun etibarsızlığı hazırda başqa bir məhkəmədə mübahisələndirilmişdir. Hesab edir ki, qarantiya məktubu ilə bağlı başqa bir məhkəmə mübahisəsi mövcud olduğundan hazırki işə baxıla bilməz. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş - Cavabdeh ASC tərəfindən “xxxx” Anonim şirkətinə verilmiş 09 iyul 2020-ci il tarixli Qarantiya məktubundan görünür ki, şirkət tərəfindən keçirilən tender nəticəsində, YİL KEF 1055 və 1082 mədən qalereyasının xrom istehsalı və daşıma işini öhdəsinə götürən podratçı müştəri X6 Madencilik Ticaret Anonim Şirkətinin tenderlə əlaqədar olan qanun və texniki müqaviləyə əsasən və şirkətlə bağlanılan 01.04.2019-cu il tarixli Podratçı Müqaviləsinin hökmlərinə görə, verməli olduğu qəti təminat məbləği olan 3.000.000 TL bank tərəfindən zəmanət verildiyi üçün, adı çəkilən öhdəliklə əlaqədar qanun, müqavilə, texniki müqavilə hökmlərinə görə qismən və ya tamamilə yerinə yetirməməsi halında, ilk yazılı tələbə əsasən etiraz etməyə və adı çəkilənin icazəsini almağa ehtiyac qalmadan və qeyd edilənlə şirkət arasında ortaya çıxacaq hər hansı bir uyğunsuzluq, bunun qanuni nəticələri araşdırılmadan, yuxarıda yazılmış məbləğə qədər olan bir məbləği şirkətə nağd və tam şəkildə, tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizi ilə birlikdə ödəməyi bankın imza səlahiyyətlisi olan nümayəndəsi və səlahiyyətlisi qismində, bankın ad və hesabına öhdəsinə götürür və bəyan edir. Bu təminat məktubundan irəli gələn pay və alacaqlar ötürülə və imtina oluna bilməz. Bu təminat məktubu 08.07.2021-ci il tarixinə qədər (bu tarix daxil olmaqla) etibarlı olub, bu tarixə qədər əllərinə keçəcək şəkildə şirkət tərəfindən yazılı təzminat tələbi olmadığı təqdirdə, məktubdan irəli gələn öhdəlikləri avtomatik olaraq başa çatacaqdır. Bu bank təminat məktubunun etibarlılıq müddəti ərzində Şirkət və X6 Madencilik Ticaret AŞ arasında imzalanan 01.04.2019-cu il tarixli Podratçı Müqaviləsinə əsasən, ödənişlər və vaxtı keçmiş ödənişlərin AZ83MUGA**********00015 TRY00 nömrəli hesaba köçürülməsi şərtdir. Bu təminat məktubuna Türk Hüququ və Millətlərarası Ticarət Palatasının MTO zəmanətlərlə əlaqədar bir nümunə qaydaları 2010 yoxlaması, MTO yayım No 758 UROG "58-ci maddələri tətbiq edilir. URDG 758ci maddə 15A və B-də hazırlanar dəstəkləyən şəxsi bəyan etməklə əlaqədar olan şərtlər tətbiqetməyə daxil edilməmişdir. - “xxxx” Anonim şirkəti tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 05.10.2020-ci il tarixli məktubla bank tərəfindən 09.07.2020-ci il tarixində göndərilən, şirkətin mədən ocaqlarında podratçı firma olaraq YİLKEF 1055 və 1082 mədən qalereyası üçün xrom və daşımacılıq işini öhdəsinə götürən X6 Madencilik Ticaret Anonim Şirkəti üçün verilmiş 3,000,000 TL 08.07.2021ci il tarixinə qədər, 4080 nömrəli təminat məktubunun müddəalarə yerinə yetirilmədiyi üçün Şirkətin TC Ziraat Bankası AŞ (TCZBTR2AXXX) nəzdindəki TR********************5005 nömrəli hesabına köçürülməsi xahiş edilmişdir. - “xxxx” Anonim Şirkəti tərəfindən Cavabdeh ASC-yə 22.10.2020 və 12.11.2020-ci il tarixlərdə pretenziya qaydasında məktub ünvanlanaraq 05.10.2020-ci il tarixli tələb məktubu ilə 09.07.2020-ci il tarixində göndərilən 3.000.000.00 TL məbləğində, 4080 nömrəli qarantiya məktubunun icra edilməsi tələb edilmiş, əks təqdirdə bununla bağlı hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Göründüyü kimi, tərəflər arasında yaranmış hazırkı mübahisə Bank tərəfindən öhdəliyin icrasının təminatı kimi verilmiş 09 iyul 2020-ci il tarixli 4080 nömrəli bank qarantiyasından irəli gəlmişdir. “xxxx” Anonim Şirkəti tərəfindən Cavabdeh ASC-yə 22.10.2020 və 12.11.2020-ci il tarixlərdə pretenziya qaydasında məktub ünvanlanaraq 05.10.2020-ci il tarixli tələb məktubu ilə 09.07.2020-ci il tarixində göndərilən 3.000.000.00 TL məbləğində, 4080 nömrəli qarantiya məktubunun icra edilməsi tələb edilmişdir. Lakin Bank qarantiya üzrə yazılı tələbi icra etməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qüvvədə olan qanunvericiliyə əsaslanaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, bank qarantiyası bank ilə benefisiar arasında bağlanan tək tərəfli müqavilədir. Bu müqaviləyə əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) müştərisinin (prinsipalın) istəyilə, müştərisilə (prinsipalla) alqı-satqı, kirayə, podrat və bu kimi hər hansı bir hüquq münasibətinə daxil olan üçüncü şəxsə (benefisiara), müştərisinin (prinsipalın) bu münasibətdən irəli gələn öhdəliyini icra etməməsi halında müəyyən bir pul məbləğinə qədər ödəniş etmək öhdəliyini üzərinə götürür (MM, m. 478). Bankın benefisiar qarşısında götürdüyü öhdəlik, prinsipalla benefisiar arasındakı münasibətdən doğan, prinsipalın öhdəliyindən tamamilə müstəqildir (MM, m. 480). Qarantiya müqaviləsinin predmetini qarantın, prinsipalın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməməsi halında meydana çıxacaq zərərin əvəzinin ödənilməsi təşkil edir (MM, m. 479.1). 09 iyul 2020-ci il tarixli 4080 nömrəli nömrəli bank qarantiyasından görünür ki, podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, bank şirkətin ilk yazılı tələbi əsasında ******* Türk lirəsi məbləğini podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə xxxx şirkətinə ödəməlidir. Belə ki, xxxx tələbini Qarantiyanın şərtlərinə uyğun olaraq təqdim etmişdir və Bankın ödənişdən imtina etməsi üçün AR MM-in 486-cı maddəsi ilə müəyyən edilmiş əsaslardan heç biri mövcud olmamışdır.Bu mənada, Məhkəmə hesab edir ki, Şirkətin qarantiya üzrə yazılı tələbi MM-in 484.1 və 484.2-ci maddələrinə uyğun olmuşdur. Çünki həmin maddələrə görə, benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipalın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir (484.1). Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir (484.2). Məhkəmə Bankın qarantiya üzrə tələbin ödənilməsindən imtina edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 478-ci maddəsinə görə, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. MM-in 480-ci maddəsinə görə, qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. MM-in 479.1-ci maddəsinə görə, qarantiya prinsipalın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir. 485.2. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir. Həmin Məcəllənin 486.1-ci maddəsinə əsasən əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir. 486.2. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir. MM-in 487.1-ci maddəsinə görə, qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır. Məhkəmə hesab edir ki cavabdeh tərəfindən 3,000,000 Türk lirəsi məbləğində qarantiya məktubu verildiyindən, o üzərinə düşən öhdəliyi icra etməli və müəyyən olunmuş ödənişi həyata keçirməlidir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı, Cavabdeh ASC tərəfindən ümumilikdə 144,575.34 Türk Lirəsi məbləğində faiz borcunun ödənilməsini tələb edir. Belə ki, AR Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qarantiyanın şərtlərindən məlum olur ki, bank tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizin ödənilməsi öhdəliyini də öz üzərinə götürmüşdür. İşin hallarından da məlum olduğu kimi qarantiya 05.10.2020-ci il tarixində təqdim edilmişdir. İddiaçı tərəfindən 07.05.2021-ci il tarixdə məhkəməyə müraciət etməsini və qarantiyanın verilməsindən həmin tarixədək ümumilikdə 211 gün keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin ödəməli olduğu faiz borcu 144,575.34 Türk lirəsi təşkil edir. Odur ki, bu hissədə də məhkəmə iddianı əsaslı hesab edir. İddiaçı tərəfindən tələb edilmiş 18000 manat məbləğində vəkil və nümayəndəlik xərclərinin ödənilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki iş üzrə vəkilllə bağlanmış müqaviləyə əsasən vəkil və nümayəndənin göstərdiyi yardıma görə 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. AR Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Hazırki iş üzrə təqdim edilmiş qarantiyanın icra edilməli olduğu yer Türkiyə Cumhuriyyəti olduğundan, məhkəmə hesab edir ki, iddia tələbində manatla ifadə olunmuş məbləğlər Türk lirəsinə konvertasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən qarantiya üzrə 3,000,000 Türk lirəsi, qarantiya üzrə ödənişin gecikdirilməsinə görə 144,575.34 Türk lirəsi, vəkil və nümayəndəlik xərclərinə görə 500 yüz manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə Türk lirəsi ilə tutularaq iddiaçı “xxxx” Anonim Şirkətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən qarantiya üzrə 3,000,000 (üç milyon) Türk lirəsi, qarantiya üzrə ödənişin gecikdirilməsinə görə 144,575.34 (yüz qırx dörd min beş yüz yetmiş beş lirə, otuz dörd kuruş) Türk lirəsi, vəkil və nümayəndəlik xərclərinə görə 500 (beş) yüz manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə Türk lirəsi ilə tutularaq iddiaçı “xxxx” Anonim Şirkətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2513/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2513/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver